Xəlil Yusifli

Seçilmiş Əsərləri 1.Cild derleyeni
Derleyen
0.0/10
0 Kişi
0
Okunma
0
Beğeni
49
Görüntülenme

Hakkında

Yusifli Xəlil Həmid oğlu 1935-ci ildə Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş və 1960-cı ildə həmin universiteti bitirmişdir. Filologiya elmləri doktoru, professor Yusifli Xəlil Həmid oğlu 1961-ci ildən elmi fəaliyyətlə məşğuldur. Ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmuşdur. “Nizaminin lirikası” (Bakı, Azərb.EA nəşriyyatı, 1968), “Şərqdə İntibah və Nizami Gəncəvi”( Bakı, Yazıçı, 1982) monoqrafiyaları bu tədqiqatın əsas nəticələridir. Bundan əlavə Nizami ilə bağlı çoxsaylı məqalələr yazıb, əsərlərini farscadan tərcümə edərək nəşr etdirmişdir. Azərbaycan ədəbiyyatı tarixinin qədim və orta əsrlər dövrünün ən yaxşı bilicilərindən biri kimi, Əlyar Səfərli ilə birlikdə ali məktəb üçün həmin dövr ədəbiyyatımızın ilk dərsliyini yazmış, eyni zamanda qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının on il ərzində tədris olunan orta məktəb dərsliyinin iki müəllifindən biri olmuşdur. Onun araşdırmalarından ali və orta məktəb dərsliklərində indi də istifadə olunmaqdadır. Filologiya elmləri doktoru, professor Yusifli Xəlil Həmid oğlu çapdan çıxmış 150-dən artıq elmi əsərin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adı, 2015-ci ildə isə “Şöhrət ordeni” ilə təltif edilmişdir. Ailəlidir. İki övladı var.
Tam adı:
Xəlil Həmid oğlu Yusifli
Unvan:
Yazar
Doğum:
Aslanbəyli, Azərbaycan SSR, 1935
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam