Xəyalə Murad

Bir Yarpağın Arzusu author
Author
7.0/10
3 People
24
Reads
5
Likes
790
Views

Xəyalə Murad Updates

You can find the Xəyalə Murad updates, reader opinions on 1000Kitap.
Kitablar ruhun, görüşlər isə zehnin qidasıdır.
Bu gün kitab oxuya bilməsəm də, (avtobusda oxuduğum bir neçə səhifəni saymasaq) zehnimin dincəldiyi bir gün keçirtdim. Əlbəttə ki, qızımla. "Kitab qurdu" yarışının bu günkü marafonunda BUKNİK var idi. Yazıçılar, layihə rəhbərləri, psixoloqların iştirakı ilə möhtəşəm tədbirdə uşaqların əyləncəsini də unutmayan hər kəsə minnətdaram. SimArt layihəsinin heyət üzvləri, təşkilati dəstəyi ilə "Bilim Bakı" rəhbərliyi və könüllüləri günü daha maraqlı etməyi bacarmışdı. Fotolar; 1. Bilim Bakı rəhbəri Ahmet Köse 2. SimArt layihə rəhbəri, eyni zamanda hekayələrə və nağıllara səsi ilə həyat verən, Yaşar Kamal. 3.
Dovşan Nə Üçün Yeni İl Şənliyinə Qatılmadı?
Dovşan Nə Üçün Yeni İl Şənliyinə Qatılmadı?
kitabının müəllifi
Amin Sükut
Amin Sükut
4.
Buku, Qaranlıq və Toki
Buku, Qaranlıq və Toki
kitabının müəllifi
Fatimə Alxaz
Fatimə Alxaz
5.
Bir Yarpağın Arzusu
Bir Yarpağın Arzusu
kitabının müəllifi
Xəyalə Murad
Xəyalə Murad
6.
Yumağın Macəraları
Yumağın Macəraları
kitabının müəllifi
Elgüsel
Elgüsel
7.
Novruz Nağılı
Novruz Nağılı
kitabının müəllifi
Sevinc Elsevər
Sevinc Elsevər
Tədbirdə "Valideyn saatı" hissəsi də var idi. O qədər səmərəli keçdi ki, ruhum dincəldi. Yalnız kitab oxumaqla deyil, eyni zamanda o kitablara ruhu toxunanlarla da vaxt keçirtmək insana həyat verir. Evə yorğun gələn vücudum, dincəlmiş zehnimə minnətdardır.