Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yunus Şen

Babil Yanarkən yazarı
Yazar
9.0/10
2 Kişi
41
Okunma
4
Beğeni
1.079
Görüntülenme

Öne Çıkan Yunus Şen Gönderileri

Öne Çıkan Yunus Şen kitaplarını, öne çıkan Yunus Şen sözleri ve alıntılarını, öne çıkan Yunus Şen yazarlarını, öne çıkan Yunus Şen yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
“Tarixdən ibrət götürməyən onu bir daha yaşamağa məcbur olar”. Yohan Volfqanq fon Höte (Alman mütəfəkkiri və filosofu)
311 syf.
10/10 puan verdi
Səddam Hüseyn . Körfəz 1990
Bu kitabda Səddam Hüseyn hakimiyyətinin dağılmasına aparan illərin, günlərin və saatların “içəridən” bir “şəkli çəkilib”. Körfəz böhranını 1990-cı ildən bu yana İraq və region ölkələrində izləyən iki jurnalist – Yunus Şen və Eyüp Coşkun şahidlər, müşahidələr, təhlil və araşdırmaları ilə İraqın uzun bir dövrünə işıq salırlar.
Babil Yanarkən
Babil Yanarkən
Yunus Şen
Yunus Şen
Babil Yanarkən
Babil YanarkənYunus Şen · Mimta Yayınları · 202037 okunma
Reklam
"Silah idxalından asılı olan heç bir ölkə müstəqil deyildir."
Önlüklərini açmış,köynəkləri şalvarlarından çıxıb tökülən şagirdlər müharibədən çox,məktəblərdə tətil ediləcəyi ilə maraqlanırdılar.Onlar savaşın qorxusunu deyil,tətil olacağının sevincini yaşayırdılar;küçələrdə bir-biri ilə zarafatlaşaraq gəzir,səngərlərə girib "dava - dava" oynayırdılar.
Sayfa 256Kitabı okudu
"Bütün dünya tarixini bu həqiqətlə ifadə etmək olar: dövlətlər güclü olduqları zaman ədalətli olmurlar. Ədalət istədikləri zaman isə artıq güclü deyillər".
Sayfa 184 - Uinston ÇörçillKitabı okudu
Nazirini öldürdü
Səddam Hüseyn İran müharibəsi zamanı vəziyyətdən şikayətlənən, əmrlərə tabe olmayan, ya da ona görə "qorxaq" davranan xeyli zabitləri məhkəməsiz, mühakiməsiz öldürtdü. Özü də Balad bölgəsindəki Ducail qəsəbəsində sui-qəsd cəhdinə məruz qaldı. Səddam sui-qəsddən qurtuldu, ancaq Ducail qəsəbəsi yerləyeksan edildi. Daha sonra isə şiə, kürd və kommunistlərə qarşı şiddətli döyüşlər aparıldı. Bu qruplardan yenə xeyli insan öldürüldü. Həmin sui-qəsd isə Səddamın planlı səfərlər etməsinin də sonu oldu.
Reklam
Devrilmək, sui-qəsdə qurban getmək qorxusuvə problemləri zorakılıqla həll etmək alışqanlığı Səddam Hüseynə öz nazirini (Səhiyyə naziri Riyad İbrahim) də öldürtdü.
1997ci ildə S.Hüseyn 100 nəfər tarixçini 10 nəfərlik qruplar halında 10 gün sarayında saxladı
Mənim üçün insanların indi nə düşündüyü əhəmiyyətli deyil. Mənim üçün insanların bundan 500 il sonra nə düşünəcəyi önəmlidir.
Sayfa 77 - Səddam HüseynKitabı okudu
Həmdani hadisəsi
Səddam Hüseyn konfrans zalında ən çox Ədnan Həmdaninin adı "xain"lər arasında çəkilərkən və təhlükəsizlik əməkdaşları tərəfindən aparılarkən ağlamışdı. Ədnan Həmdaninin və digərlərinin güllələnməsindən Səddam Hüseyn "köhnə dost"unun evinə ziyarət etdi. Ədnan Həmdaninin arvadına başsağlığı verdi. Orada da ağladı. "Ədnan mənim ən yaxın dostum idi. Ancaq milli mənafelər şəxsi hisslər və düşüncəlerden öndə gəlir", - dedi. Səddam Hüseyn bu ziyarətdən sonra Həmdani ailəsi üçün Dəcla çayının sahilində bir villa tikilməsini əmr etdi. Eyni zamanda Həmdaninin evini ziyarət edib arvadına başsağlığı verən insanları da bağışlamadı. Bu insanların bir hissəsi edam olundu, bir hissəsi də həbs edildi. Günahları isə "bir xainin ailəsinə rəğbət göstərmək" idi.
32 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.