Zahid Sarıtorpaq

Dərdin Sarı Çəpkəni yazarı
Yazar
Çevirmen
9.0/10
2 Kişi
4
Okunma
1
Beğeni
886
Görüntülenme

Hakkında

Yaradıcılığı: İlk şeiri 11 yaşında Şamaxıda çıxan «Yeni Şirvan» qəzetində çap olub. 1981-87-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat institutunda təhsil alıb. Şeirləri «Ulduz», «Azərbaycan», «Ədəbiyyat və incəsənət» və digər ədəbi orqanlarda çap olunub. «Üfürülmüş çırağın ruhu», «Tək işığın haləsi» şeirlər və "Dərdin sarı çəpkəni", "Quşların intiharına ağlamayın" nəsr kitablarının, «Əlifba bayramında qətl», «Dərdin sarı çəpkəni», «Kül» , «Qarğa marşrutu», "Quşların intiharına ağlamayın", "Köhnə mücrüyə elegiya" romanlarının müəllifidir. Zahid Sarıtorpağın tərcüməsində ingilis klassiki Con Miltonun «İtirilmiş cənnət» və «Qaytarılmış cənnət» epopeyaları, Artur Rembonun, Fransua Moriakın seçilmiş əsərləri («Keçmiş zamanların yeniyetməsi», «Sevgi səhrası» romanları), Lev Tolstoyun "İvan İliçin ölümü" povesti, Fyodor Dostoyevskinin "Gülməli adamın yuxusu", "Bobok", "Milad yolkasındakı oğlan" hekayələri, Anton Çexovun "6 nömrəli palata" əsəri və həmin əsərin müəllifi haqqında görkəmli rus rəssamı Konstantin Korovinin yazdığı xatirələri, Yuri Trifonovun seçilmiş əsərləri («Qoca» romanı və hekayələri), Aleksandr Soljenitsının üç cildlik «QULAQ Arxipelağı» əsəri, Vsevolod Meyerholdun seçilmiş əsərləri, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun yeniyetmələr üçün seçilmiş əsərləri nəşr olunub. Eləcə də çağdaş Ukrayna şairlərinin əsərlərindən ibarət "Kişi, qadın və çətir" adlı şeirlər kitabı (Salam Sarvan və Mahir N. Qarayevlə müştərək), Höte, V.Skott, C.Coys, M.Prust, E.İonesko, C.Steynbek, B.Pasternak və bir sıra başqa dahilərin əsərlərindən nümunələr Azərbaycan dilində işıq üzü görüb. Onlarla kitabın bədii və texniki redaktorudur. 1989-cu ildən Yazıçılar Birliyinin üzvüdür. 1989-95-ci illərdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, 2009-cu ildə Prezident Təqaüdçüsü olub. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin «Xəzər» dünya ədəbiyyatı dərgisinin redaktoru olub,. 2018-ci ilin yanvarından isə, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin lüğət və linqivistika şöbəsində dil mütəxəssisi işləyir. Kitabları: «Üfürülmüş çırağın ruhu» (şeir) 2009-cu il «Tək işığın haləsi» (şeir) 2013-cü il «Dərdin sarı çəpkəni» (nəsr) 2017-ci il "Quşların intiharına ağlamayın" (nəsr) 2019-cu il Romanları: «Əlifba bayramında qətl» «Dərdin sarı çəpkəni» «Kül» «Qarğa marşrutu» "Quşların intiharına ağlamayın" "Köhnə mücrüyə elegiya"
Tam adı:
Məmmədov Zahid Lətif oğlu
Unvan:
Çevirmen, Şair, Yazar
Doğum:
Şamaxı, Azərbaycan, 11 Mayıs 1057

Okurlar

1 okur beğendi.
4 okur okudu.
1 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Henüz kayıt yok
Reklam