Zaur Pənahov

Qaranlıq Günəş author
Author
9.0/10
18 People
51
Reads
10
Likes
751
Views

About

Birth:
Şamkir, 3 April 1988

Readers

10 readers liked.
51 readers read.
4 readers are reading.
39 readers will read.
2 readers left half.
Reklam

Quotes

See All
Əgər qaranlıqdırsa,gözlərini aç. Yenə də qaranlıqdırsa,səmaya bax Ulduzları görmürsənsə əlini qəlbinə apar. Əgər döyünürsə sabah işıq olacaq.
Sayfa 334Kitabı okudu
Sənin düşmən dediyin sənə yem deyirsə, öldür onu. Yox əgər o da səni düşmən görürsə bir də düşün.
Sayfa 309Kitabı okudu
Reklam
Bəzən düşməndən gizlənməyə ən yaxşı yolu onun kölgəsində durmaqdı.
Sayfa 278Kitabı okudu
İnsan nə itirdiyini bilmədiyi müddətcə xoşbəxtdir.
Sayfa 226Kitabı okudu
Əfsanə və nağıllar insanların inanmaq istəmədikləri tarixdir.
Sayfa 127Kitabı okudu

Updates

See All
Henüz kayıt yok

Comments and Reviews

See All
Reklam
398 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 37 days
Azərbaycanda İlk Dolğun Bədii-Fantastik (Epik) Janr Nümunəsi
(Qeyd: Spoyler!) 27 fəsildən ibarət olan (400 səhifəlik) Qaranlıq Günəş seriyasının birinci kitabı Xeyrin Çöküşü Azərbaycanda epik-fantastik, yüksək fentezi və ya fantastik-qurğu janrında yazılmış ilk ədəbi nümunədir. Romanın ilk fəslində baş qəhrəmanlarımıza çevriləcək iki xüsusi təyinatlı döyüşçü ilə - Etrak və Aqrenlə qarşılaşırıq. Onlar
Qaranlıq Günəş
Qaranlıq GünəşZaur Pənahov · 040 okunma
400 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 6 days
Əsərdə dünya üç hissəyə bölünüb və bu üç hissənin hər birindən bir nəfər olmaqla "Üçlük" tərəfindən idarə edilir. "Üçlük"ün üzvləri və dünyanın əsas idarəediciləri insanüstü varlıqlardır. Yəni onlar çox uzun, əsrlərlə yaşayır, insanlardan fərqli olaraq heç bir şey hiss etmirlər. Onlarla eyni qandan olan qaranlıq güclər isə dünya hakimiyyətini öz əllərinə almağa çalışırlar. Axıcı, maraqlı bir əsər idi, bəyəndim. Davamı olan iki kitabı oxumağa həvəs oyatdı.
Qaranlıq Günəş
Qaranlıq GünəşZaur Pənahov · 040 okunma
398 syf.
9/10 puan verdi
·
Read in 7 days
QARANLIQ GÜNƏŞ: XEYRİN ÇÖKÜŞÜ . Azərbaycanda bədii-fantastik janrda yazılan ilk kitab məhz "Qaranlıq Günəş" seriyasının ilk kitabı hesab edilir. Seriya 3 kitabdan ibarətdir. Əvvəla, onu qeyd edim ki, kitabın ilk səhifələrində məzmunu tam anlamaya bilərsiniz. Qəribə şəxs və yer adları sizi çaşdıra bilər. Bununla belə, oxuduqca hər detal sizə aydın olacaq. Kitabı oxuduqca elə hiss edirdim ki, sanki hansısa dünyaca şöhrətli fantastika yazarının dilimizə tərcümə olunmuş əsərini mütaliə edirəm. Çox maraqlıdır kitab və sizə də tövsiyə edirəm. Məzmun haqqında ətraflı məlumat vermək istəmirəm, çünki özünüz oxuyub anlasanız, daha yaxşı olar, fikrimcə. Mən kitabın məzmunu ilə yanaşı, yazısındakı, durğu işarələrindəki xətalara da çox diqqət yetirirəm. Kitabla bağlı bircə bu iradım var ki, punktuasiyada müəyyən səhvlər mövcud idi. Amma kitab sizi elə cəlb edir və elə axıcıdır ki, həmin səhvlərə də nəzər yetirmirsiniz. Gənc yazıçımıza öz fəaliyyətində uğurlar! II və III kitabların nəşrini səbirsizliklə gözləyirəm!
Qaranlıq Günəş
Qaranlıq GünəşZaur Pənahov · 040 okunma