Zaur Ustac Zaur Mustafayev

Yazar 9,9/10 · 213 Oy · 1 kitap · 208 okunma ·  226 beğeni

Yazarın Bilgileri

  • Yazarın Adı:
    Zaur Ustac
  • Yazarın Tam Adı:
    Zaur Mustafayev
  • Unvan:
    Yazar, gazeteci, editör
  • Doğum:
    Azerbaycan/ Ağdam/ Yusifcanlı 8 Ocak 1975

Yazar İstatistikleri

226 okur beğendi.
213 puanlama · 41 alıntı
0 haber · 3.676 gösterim
208 okur kitaplarını okudu.
33 okur kitaplarını okumayı planlıyor.
5 okur kitaplarını şu anda okuyor.
0 okur kitaplarını yarım bıraktı.

Yazar ile İlgili Haberler

Henüz ilgili bir haber eklenmedi.

Paylaş

ya da direk bağlantıyı paylaş

Zaur Ustac'ın Biyografisi

Zaur Ustac, 1975-ci il ocak ayının 8`in de Bakü`de doğdu. Okul hayatına Ağdam`ın Yusifcanlı köy orta okulunda başlamış, ardından Bakü Dövlet Üniversitesinde, Bakü Ali Birleşmiş Kumandanlık okulunda, "Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu"da ve "Şamahı Humanitar Kolleci"nde tahsil hayatını devam ettirmişdir. Birinci Karabağ savaşına katılmışdır.

Zaur Ustac, 1988-ci yılldan itibaren gazeteci olarak çalışıyor.

Zaur Ustac, "Yazarlar" dergisinin kurucusu ve baş editörüdür.

Zaur Ustac'ın Kitapları Kitap Ekle

9,9/ 10  (213 Oy) ·  208 Okunma
Inci DERYA, bir alıntı ekledi.
02 Eki 2015

SEV
Sən sev, səni sevəni, seçibdi sevgi səni,
Sevməyəni sevənlər sevgisidə suçludur....
Sevdiyini söyləyən seçibdi sevgisini,
Sevgisin sezdirməyən sevgisində suçludur....
* * *
Sevgi, sevib-sevilmək, sevənin sevincidir,
Sevgi, sonsuz səxavət, sevdanın sonucudur,
Sevgi, sona sərmayə, sabahın sulqucudur,
Sevgisin sevdirməyən sevgisində suçludur....
* * *
Sevdalının sevgisi, sirli, sonsuz, sınırsız,
Sevib, sezdirməməyi sultanlıqmı sanırsız????
Sevməyəni sevməyi sədaqətmi sayırsız????
Sevdiyini, sevdirən sevgisində suçludur....

Zaur Ustac (Sayfa 1 - dergi--http://senet.az/gozun-gozu/)Zaur Ustac (Sayfa 1 - dergi--http://senet.az/gozun-gozu/)
Inci DERYA, bir alıntı ekledi.
 05 Eki 2015

"Qızıl dəmirçinin əlində ancaq,
Uzağı ən nəfis bir nal olacaq...."

Zaur UstacZaur Ustac
Inci DERYA, bir alıntı ekledi.
22 Eyl 2015

Gülən gözün gözəlliyi gözəldir,
Gülən gözü görünməyən göz görər....
Gözün gülür, gözün gözü gülməyir,
Gözdə gözü görünməyən göz görər....
* * *
Gözü gözdən gözün gözü gizlədir,
Gözdə gözü gözün gözü gizlədir,
Gözün gözü gözümüzdə gizlidir,
Gizli gözü görünməyən göz görər....
* * *
Göygöz giryan, gözü gülməz, gülümsər,
Gülən gözün gözü gözdən gülümsər,
Gülməyən göz, gözə gözdən gülümsər,
Giryan gözü görünməyən göz görər......

Zaur Ustac (Sayfa 1 - "GÖZÜN GÖZÜ"   https://www.facebook.com/zaur.ustac?pnref=story)Zaur Ustac (Sayfa 1 - "GÖZÜN GÖZÜ" https://www.facebook.com/zaur.ustac?pnref=story)
Gulu Ze, bir alıntı ekledi.
11 Eki 2015 · Kitabı okudu · Beğendi · 10/10 puan

Seyidin diqqətini çəkən yaxın keçmişimizdə, Çanaqqala döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan topçu əri Mehmet oğlu Seyit Çavuşun başına gələnlər idi - həmin qanlı döyüşdə Seyit Çavuşun atdığı bir mərmi döyüşün taleyini həll edən amillərdən biri olmuşdu, ancaq burada Seyidin diqqətini çəkən Seyit Çavuşun mərmini necə atması idi. Deməli, növbəti düşmən mərmisi partlayandan sonra Seyit Çavuş görür ki, top, Əli adlı başqa bir əsgər yoldaşı ilə onun ümidinə qalıb. Düşmən gəmiləri də sahilə yaxınlaşır, yəni əsgər şərəfinin, vətən torpağının bundan ağır və çıxılmaz vəziyyəti ola bilməz. Əsgər yoldaşı Əli ilə bu müşkülü dartışırkən, Seyit Çavuş özündə elə bir güc hiss edir ki, təxminən 300 kg-a yaxın mərmini təkbaşına bir neçə dəfə topa qoyub, atəş edir axır ki, düşmənin ən ünlü gəmilərindən birin vurur... Ağır, sürüşkən mərmiləri götürmək, bir neçə pilləkən qaldırıb, topun lüləsinə yeritməkdən əlavə burda iki maraqlı məqam Seyidi düşündürürdü; birincisi, nə Seyit Çavuş, nə də yoldaşı Əli tuşlayıcı, nişançı deyildi, sadəcə heyət nəfəri idi, ikincisi isə, bu hadisə məşhur olandan sonra komandiri fotoqrafçı gətirdir istəyir ki, mərmini qaldıran vəziyyətdə Seyit Çavuşun şəklini çəkdirsin, ancaq Seyit mərmini qaldıra bilmir ki, bilmir... Düşünə-düşünə Seyid özü üçün yəqinləşdirdi ki, Cənabi- Haqq istədiyi məqamda istədiyi adama elə bir güc verər ki, uca dağlar belə insanın qarşısında duruş gətirə bilməz. Necə ki, Fərhad Şirin eşqi ilə Bisütunu yerlə bir etmişdi...

Orientir Yıldızı, Zaur Ustac (Sayfa 12 - Kitap)Orientir Yıldızı, Zaur Ustac (Sayfa 12 - Kitap)
Inci DERYA, bir alıntı ekledi.
21 Eyl 2015

MÜTLƏQ

İlahi nurundan pay alan gözəl,
Görsən ki, nurundan pay alaq biz də...
Lütf eylə, bu səmtə bir, pişvaza gəl,
Görsən ki, hərarət qalmayıb, sözdə...

Ay Yerin cəzbində, təşnə Günəşə,
Bülbül Gülə möhtac, qəfəs nə işə?
Adam lap, mat qalır inan, gərdişə,
Görsə ki, ötəsi olur yüzün də...

Zaur bir, qonaqdı, külli-cahana,
Niyəti bəllidi, tək Yaradana,
Sürünə-sürünə yetər murada,
Görsə ki, taqəti yoxdu dizində...

Zaur Ustac (Sayfa 14 - KİTAP --- http://yeniyazim.com/seirler/43-mtlq.html)Zaur Ustac (Sayfa 14 - KİTAP --- http://yeniyazim.com/seirler/43-mtlq.html)
Inci DERYA, bir alıntı ekledi.
12 Eyl 2015 · Kitabı okudu · İnceledi · Beğendi · 10/10 puan

"....Xüsusən, son vaxtlar onda belə bir fikir yaranmışdı ki, Uca Tanrı istədiyi bəndəsinə lazımi məqamda, haqq işi üçün elə bir güc verər ki, böyük bir ordu da bu gücün qarşısında aciz qalar. Necə ki, uzaq keçmişimizdə Həzrəti Əli Allahin iradəsiylə düşmən ordusu ilə dəfələrlə təkbaşına döyüşə girmiş, həmişə də onun köməkliyi ilə qalib olmuşdu. Seyidin diqqətini çəkən yaxın keçmişimizdə, Çanaqqala döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan topçu əri Mehmet oğlu Seyit Çavuşun başına gələnlər idi - həmin qanlı döyüşdə Seyit Çavuşun atdığı bir mərmi döyüşün taleyini həll edən amillərdən biri olmuşdu, ancaq burada Seyidin diqqətini çəkən Seyit Çavuşun mərmini necə atması idi. Deməli, növbəti düşmən mərmisi partlayandan sonra Seyit Çavuş görür ki, top, Əli adlı başqa bir əsgər yoldaşı ilə onun ümidinə qalıb. Düşmən gəmiləri də sahilə yaxınlaşır, yəni əsgər şərəfinin, vətən torpağının bundan ağır və çıxılmaz vəziyyəti ola bilməz. Əsgər yoldaşı Əli ilə bu müşkülü dartışırkən, Seyit Çavuş özündə elə bir güc hiss edir ki, təxminən 300 kg-a yaxın mərmini təkbaşına bir neçə dəfə topa qoyub, atəş edir axır ki, düşmənin ən ünlü gəmilərindən birin vurur... Ağır, sürüşkən mərmiləri götürmək, bir neçə pilləkən qaldırıb, topun lüləsinə yeritməkdən əlavə burda iki maraqlı məqam Seyidi düşündürürdü; birincisi, nə Seyit Çavuş, nə də yoldaşı Əli tuşlayıcı, nişançı deyildi, sadəcə heyət nəfəri idi, ikincisi isə, bu hadisə məşhur olandan sonra komandiri fotoqrafçı gətirdir istəyir ki, mərmini qaldıran vəziyyətdə Seyit Çavuşun şəklini çəkdirsin, ancaq Seyit mərmini qaldıra bilmir ki, bilmir... Düşünə-düşünə Seyid özü üçün yəqinləşdirdi ki, Cənabi- Haqq istədiyi məqamda istədiyi adama elə bir güc verər ki, uca dağlar belə insanın qarşısında duruş gətirə bilməz. Necə ki, Fərhad Şirin eşqi ilə Bisütunu yerlə bir etmişdi...
- Allahım, mənə də belə bir güc ver!!! Əllərini Haqqın dərgahına uzatdı Seyid. Nə fikirləşdisə, qələm-dəftər götürüb, yazmağa başladı:-..."

Orientir Yıldızı, Zaur Ustac (Sayfa 7 - kitap)Orientir Yıldızı, Zaur Ustac (Sayfa 7 - kitap)
Inci DERYA, bir alıntı ekledi.
 20 Eyl 2015 · Kitabı okudu · İnceledi · Beğendi · 10/10 puan

"..... Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi... Sanki, kimsə onu gəzdirirdi; bura Ağdərədi, bura Kəlbəcərdi, bura Laçındı, bura Göyçədi, bura Borçalıdı,bura Dərbənddi, bura İrəvandı, bura Zəngəzurdu, bura Təbrizdi, bura Füzulidi, bura Zəngilandı, bura Qubadlıdı, bura Cəbrayıldı, bura Xocavənddi, bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı- Qaladı eee, Qala- bura Qarabağdı- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura Adəmin vətənidi, bura Azərbaycandı, bu torpaqlar türk oğluna Uca Tanrının ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda Şəhid olmaq hər kəsə nəsib olmur... O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bir az əvvəl bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatanda doğan Günəşə doğru gedirdi. Birdən dayandı mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım Vətən oğullarına, düşüncəsi ilə uçdu göylərə...
İndi, Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki, gəl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir deyir..."

Orientir Yıldızı, Zaur Ustac (Sayfa 24 - Kitap  - http://kitabxana.net/files/books/file/1430716832.pdf)Orientir Yıldızı, Zaur Ustac (Sayfa 24 - Kitap - http://kitabxana.net/files/books/file/1430716832.pdf)
Inci DERYA, bir alıntı ekledi.
04 Eyl 2015 · Kitabı okudu · İnceledi · Beğendi · 10/10 puan

"İstəyirdi ki, illərdi mərd ogulların nəşinə təşnə qalan, şərəfsiz düşmən əsarətində inləyən VƏTƏN TORPAĞINA yetirsin özünü... Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az... Yavaşca sağ dizi üstə çöküb, sag böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kelmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi... " -

Orientir Yıldızı, Zaur Ustac (Sayfa 28 - kitap)Orientir Yıldızı, Zaur Ustac (Sayfa 28 - kitap)
Inci DERYA, bir alıntı ekledi.
09 Eyl 2015 · Kitabı okudu · İnceledi · Beğendi · 10/10 puan

".....-“Ağdamın Yusifcanlı, Tərtərin Qızıloba kəndləri istiqamətində ermənilər atəşkəsi pozmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdu...”- aparıcının səsi eşidildi.
- Pozmadıqları gün olur ki? - Seyid ayağa durdu.
Zərblə əlini stolun üstünə elə vurdu ki, nə yaxşı dəftər-kitabdan başqa heç nə yox idi... Az qala bütün bilindaj silkələndi.
-Pozublar, pozublar... Qurban olum, ay Allah, sən özün mənə səbr ver... - deyə-deyə Seyid bayıra çıxdı, tranşeylə lap ön müşahidə nöqtəsinə gəldi. Üzü dağlara tərəf baxdı, baxdı, baxdıqca göz dağına çevrilmiş bu dağlar ağırlığında suallar sıxmağa başladı onu. Görəsən, “HÜCUM” əmrini çoxmu gözləyəcəyik? Qurban olum , ay ALLAH, Ali Baş Komandan bircə, bu “HÜCUM” Əmrini versəydi!!! Bəs, bu torpaqları kim azad edəcək? Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq? Düşünə- düşünə dərə boyu dağlara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü... "

Orientir Yıldızı, Zaur Ustac (Sayfa 4 - Kitap, http://kitabxana.net/files/books/file/1430716832.pdf)Orientir Yıldızı, Zaur Ustac (Sayfa 4 - Kitap, http://kitabxana.net/files/books/file/1430716832.pdf)
Inci DERYA, bir alıntı ekledi.
04 Eyl 2015 · Kitabı okudu · İnceledi · Beğendi · 10/10 puan

"Buludları Ayın üzərinə örtük kimi çəkməsini, dualarının qəbul olunması kimi düşündü Seyid. Bir andaca hər yan zülmət qaranlığa qərq oldu. Bununla Uca Tanrı Seyidin yolunu açır, bu işə öz razılığın bildirirdi.Seyid dərə aşağı elə gedirdi ki, elə bil, uşaq vaxtı məktəbə gedib-gəldiyi yolla addımlayırdı. Bu yerlərin hər iki tərəfdən də dəfələrlə minalandığın bilsə də, sanki, indi yadından çıxmışdı. Futbol meydançasında top qovan kimi, qovurdu kol-kosu...."

Orientir Yıldızı, Zaur Ustac (Sayfa 16 - kitap)Orientir Yıldızı, Zaur Ustac (Sayfa 16 - kitap)
Bütün Alıntıları Göster

Zaur Ustac ile iligli okur yorumları Yorum Ekle

"Gülən gözün gözəlliyi gözəldir,
Gülən gözü görünməyən göz görər....
Gözün gülür, gözün gözü gülməyir,
Gözdə gözü görünməyən göz görər....
* * *
Gözü gözdən gözün gözü gizlədir,
Gözdə gözü gözün gözü gizlədir,
Gözün gözü gözümüzdə gizlidir,
Gizli gözü görünməyən göz görər....
* * *
Göygöz giryan, gözü gülməz, gülümsər,
Gülən gözün gözü gözdən gülümsər,
Gülməyən göz, gözə gözdən gülümsər,
Giryan gözü görünməyən göz görər......" - ilahi bu gozellik insan oglunun qeleminden mi cixib??? - cox maraqli sualdir.......

"SEV
Sən sev, səni sevəni, seçibdi sevgi səni,
Sevməyəni sevənlər sevgisidə suçludur....
Sevdiyini söyləyən seçibdi sevgisini,
Sevgisin sezdirməyən sevgisində suçludur....
* * *
Sevgi, sevib-sevilmək, sevənin sevincidir,
Sevgi, sonsuz səxavət, sevdanın sonucudur,
Sevgi, sona sərmayə, sabahın sulqucudur,
Sevgisin sevdirməyən sevgisində suçludur....
* * *
Sevdalının sevgisi, sirli, sonsuz, sınırsız,
Sevib, sezdirməməyi sultanlıqmı sanırsız????
Sevməyəni sevməyi sədaqətmi sayırsız????
Sevdiyini, sevdirən sevgisində suçludur...." - bu numunenin yoruma ehtiyaci varmi?- inamla deyerdim ki. yok coxlari indi bu tue seirler yazmirlar........... ancaq sheirin gozelliyi ele bundadir....

Gülsün

Bir baxıb, baxmamaq olurmu, Gülüm?
Dil qəlbin oxusun, göz gözə gülsün...
Qaynayıb, axmamaq olurmu, Gülüm?
Sözlər gül qoxusun, göz gözə gülsün...

Al rəngli tər qönçə bəzək gül üzə,
Ruhun mehman ola, gəzək gül üzə,
Süz dolsun qədəhlər içək, gül üzə,
Üz üzə toxunsun, göz gözə gülsün...

Ustacam, söyləməm, heç zaman yarın,
Çoxdan cəzbindəyəm, sənin tək yarın,
Əgər, inanmırsız bu qəlbi yarın,
Arzular qovuşsun, göz gözə gülsün...

22.05.2015. Bakı.

Ne guzel, sag ol Fidan bu ling ucun burada ne guzel sheirler var....

GÖRÜM

Üzünü üzümə uzaq tutmusan,
Görüm, üzün üzə üz ilə gülsün....
Gözünü gözümə duzaq qurmusan,
Görüm, gözün gözə naz ilə gülsün....

Yaradan yadını yad tutub mənə,
Yadım heç, yadını yad tutub mənə,
Doğmam, doğmalığın yad tutub mənə,
Görüm, gül cəmalın nur ilə gülsün....

Zaur zəvvarlıqdan qalıb kənarda,
Həcərül Əsvədim, Zəm-zəm iraqda,
İhramım bükülü qalıb qıraqda,
Görüm, arzuların üzünə gülsün....


17-24.05.2015. Bakı.


bu sehirlerin bir qelemden cixdigi nece melumdursa, eyni derecede de bir-birinden ferqli ve guzel.... Sag ol, Fidan ! sag olun , dostlar!

Düzü, Zaur USTAC adı gələndə nədənsə o an ani olaraq Emmanuil Kazakoviç - Oqarkov obrazı və ya Dino Bussati - Droqo canlanır gözüm önündə..... Əgər Zaur USTAC-ın şeirləri ilə tanış olmasaydım, onu sadəcə Emmanuil Kazakoviçdən təsirlənmiş "kopyaçı" beləə adlandırmaq olardı... Ancaq onun "Oriyentir Ulduzu" - Seyid obrazı tam müstəqil formalaşmış, əsil Milli Azərbaycan Ordusuna məxsusus bitkin xarakterli peşəkar hərbiçi obrazıdır.... Əlavə olaraq onun xüsusi ilə Vətəni, Anannı tərənnüm edən və ya təmiz ülvi məhəbbətə həsr olunmuş, sevgi şeirlərini oxuyanda özüünü misilsiz eyni zamanda təkrarsız biraləmdə hiiss edirsən.... Bu bitkin nümunələri hardasa ya sitat da ya başqa bir yerdə ayrıca bənd, misra şəklində oxusan da Zaur USTAC - a aid olduğu ilk sözdəcə bilinir...- onun işlətdiyi sözlər elə bil qoca nənə-babaların söz boxçasından süzülüb gəlir.........

Məncə Zaur USTAC müasir Azərbaycan ədəbiyyatının ən orjinal dəsti-xətti olan və ya ümumiyyətlə xüsusi bir üslubu olmayan, maraqlı fikirləri və şeirləri ilə "SEV", "GÖZÜN GÖZÜ" seçilən nümayəndələrindən biridir - o hamı kimi deyil- bütün bunlar özyerində ancaq onun bütün Türk xalqının qəhrəman oğlu Mübariz İbrahimova həsr etdiyi "ORİYENTİR ULDUZU" - [http://www.kitabxana.net/...ile/1430716832.pdf]- xüsusi ilə misilsiz bəzi ədəbi tənqidçilərin qeyd etdiyi kimi Çağdaş ədəbiyyatda bu qəbildən olan yeganə nümunədir.....

Soz o qeder oynaq ve yumshaqdir ki bu yazarin qeleminde.... her sheir de mutleq bir iki yeni soz oyrenirem....

......bir kelme de ben artırmaq isterim, o doğru ki herbden, asger heyatından yazan az ələxsus da indiki vaxtda yazanlar da sanki dedektiv fantzi bir roman yazırmış kimi ağillarına geleni yazirlar bu iş böylə olmuyor... bilmek sonra yazmaq lazımdır.....

Bu yakınlarda müəllifin-yazarın "Tuncaya" adlı bir şeirin okudum mükkemmel bir nümunedir. Məsələn:-
"Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi..."- mence burada artiq sözə ehtiyac yok.....

Sheirlerin cok beyenirim.. xususen de sevgiye aid olanlari. bir de Mubarizden behs eden kitabin oxumusham .... bu kitabi oxuyanda butun asgerliyim geldi durdu gozumun qabaginda .. men ozwm de Beyleqanda doyush postunda qulluq etmishem ...

Bütün Yorumları Göster