Əziz Qənbərov

Vicdanın Köməyi author
Author
0.0/10
0 People
9
Reads
13
Likes
752
Views

About

Qənbərov Əziz Nailoğlu 1993-cü ildə Azərbaycanda Gəncə şəhərində dünyaya gəlib. 2000-ci ildə məktəbə gedib. Məktəb illərində incəsənətin bir neçə sahəsinə marağı olub. Hər zaman rəsm çəkərək öz düşüncələrini biruzə verməyə çalışıb. Yuxarı sinifə keçdiyi vaxtlarda idmana da həvəsi artmağa başlayıb. Əsasəndə futbol idman növündə öz oyununa görə yaşıtları arasından seçilib. 2011-ci ildə məktəbi bitirib. 2012-ci ildə hərbi xidmətə gedib. 2013-cü il hərbi xidmətdə 18 ayı tamam olan Əziz mülki həyatına davam edib. 2014-cü ildə Rusiyanın Moskva şəhərinə gedib orda da bir ilə yaxın işlıdikdən sonra vətəninə geri qayıdıb. 2015-ci ildə Gürcüstanın Tiblis şəhərində univeristetə daxil olur. Həmin illərdə kitaba marağı yaranmağa başlayır. Əsasəndə romanlara. O illərdə yaranan həvəs sayəsində artıq kitab yazmaq haqqında düşünməyə başlayır. Ən son Martin İden romanını oxuyandan sonra bu iş haqqında öz qəti qərarını verir. 2019-cu ildə ali məktəbi qurtarır. Həmin ildə ilk romanı olan “Vicanın köməyi” romanını yazır ancaq kitabın nəşri həm vaxt mümkün olmur. Yazarın əsəri dedektiv janrda yazılıb. Maddi durumunu yaxşılaşdırana kimi kitabın nəşri bir qədər gecikir. Daha sonra yazarın şeirlərə də marağı yaranır. 2020-ci ildən etibarən heca vəznində şeirlər yazmağa başlayır. 2021-ci ildə lazım olan məbləği toplayanda artıq kitabını nəşr evinə göndərir. Kitab nəşrdən çıxandan sonra Azərbaycanın bir sıra şəhər və rayonlarında satılır. Getdikcə bu işə marağının artdığını görən Əziz ikinci dedektiv romanını yazır. “Ailə qisası” romanı 2022-ci ildə yazır lakin onun nəşri hələki mümkün olmayıb. Yazarın günümüzdə 2 dedektiv romanları və 300-ə yaxın heca vəznində şeiri vardır.
Title:
Yazar
Birth:
Gəncə, Azərbaycan, 1993

Readers

13 readers liked.
9 readers read.
9 readers will read.
Reklam

Quotes

See All
"Risk edirik, amma ehtiyatı əldən verməmək şərti ilə."
Sayfa 35 - PDF
“Vicdan kompas kimidi, onu izləsən, doğru yolu taparsan”
Sayfa 30 - PDF
Reklam
Reklam