Yaponlar utancaqlığı pis tərbiyənin nəticəsi sayırlar. Bizə isə əksinə, utancaqlığın yaxşı şey olduğunu aşılayıblar. "Elə abırlı, utancaq qızdır, elə başıaşağı qızdır”. Utancaqlıq niyə pis tərbiyənin göstəricisidir? Çünki yaxşı tərbiyə başıaşağılığı yox, dik durmağı öyrətməkdir. Danışarkən insanların gözünün içinə aydın baxmağı, hüquqları üçün çalışmağı, özünü tanımağı tanıtmağı, özgür olmağı öyrətməkdir. Yaxşı tərbiyə başıaşağılıq deyil. Başıaşağılıq mütilikdir, özünü tapmamaqdır, özün ola bilməməkdir, çəkingənlik, gözüqıpıqlıqdır, seçimsizlikdir, azadlığın olmamasıdır. Köləlikdir. Azad insan başını aşağı salmır.
Qızlar Ağlamaz, Aysel Əlizadə