Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yorum

Ferman Mamedov isimli okurun asıl gönderisini gör
Günel Həsənova okurunun profil resmi
İncələmıniz çox maraqlıdı. Axundov haqqında deyilənlər diqqətimi çəkdi. Axundovun həmişə dinə qarşı olduğunu eşitmişəm ama əsərlərindən də gördüyüm qədəriylə o daha çox mövhümata və xürafata qarşı mübarizə aparmışdır. Belə bir sözü də var bir zamanlar şərq qərbdən daha öndə gedirdi, hal-hazırda geri qalmasının səbəbi islam mövhümatıdı. Düşünürəm ki, bu barədə ona haqq qazandırmaq olar.
Ferman Mamedov okurunun profil resmi
Bir tərəfdən baxanda Axundovu haqlı çıxarmaq mümkündür. Çünkü din və dindarlıq elə səviyyəyə gəıib ki. Müqayisə edəndə görürük ki Sabir de, Cavid de ve digərləri mövhumat ve xurafata qarşı yazıblar. Ancaq Axundovda bu artıq dinsizlik səviyyəsiə çatıbdır. Bizə məktəb və universitet dərsliklərində nə yazılır nə göstərilir açıq aşkar İslam alimlərinə "dil uzadan" yazıları var. Dramaturgiyanın ve komediya janrının xüsusiyyətlərindən ən önəmlisi deyə bilərəm ki güldürərək qüsurları göstərməktir. Lakin hər işdə bir hüdud vardır.
Ferman Mamedov okurunun profil resmi
Məsələn, Axundovun əlifba islahatı faaliyətləri - tərkibi nədən ibarettir ətrflı bilməsəm də təqdirə layiqdir. Qorxuram ki o da İslam hərfləriindən qurtulmaq üçün olmasın.
Günel Həsənova okurunun profil resmi
O güldürərək ortaya çıxarmaq istədiyi qüsurlar məncə çox önəmlidir.Baxın o deyib ki radikal islamçılar başını ancaq dinlə qatır digər heç nə ilə maraqlanmırlar məhz insanlarında geri qalmalarının səbəbini bunda görürdü bunuda xalqa çatdırmağın ən asan yolunu komediyalarda görürdü. Mən də Axundovun ateist mövqeyini çox da müdafiə etmirəm ama onun fikirlərinin çoxunda həqiqət görürəm və təkcə o zamanı üçün deyil bu gün üçün də aktualdır. Dindən insanı soyudan dindarlar, radikallar. Ama əlbəttə fikirlər müxtəlifdir. Əlifba islahatında isə Axundov xalqın ərəb əlifbasına qarşı yad olduğunu pnu öyrənməyin çətinliyini görüb islahat aparmaq istəyib məhz xalqı düşündüyündən. Bilmirəm Dəli Kür filminə baxmısız və ya əsəri oxuçusuz ya yox orada uşaqların ərəb əlifbasını öyrənməkdə necə çətinlik çəktiyi görsənir. Yəni Axundovun despotizmə xurafata qarşı mövqeyi bizə çox şey qazandırıb.
Ferman Mamedov okurunun profil resmi
Geri qalmışlığın sebebini tekce dində axtarmaq da doğru deyildir. Biz nə vaxt inkişaf eləmək istedik də din qoymadı. əlifba reformu əgər ərəb əlifbasıının çətin olmasına bağlıdırsa bəs Çin, Rus və b. əlifbalara nə deyək? O xalqlar çətindir deyə sahip olduqları əlifbanı dəyişdirməlidirlərmi? Təbii ki yox. Demək bu inandırıcı səbəb deyil. C. Məmmədquluzade de eyni fikirdədir təəssüf ki. Mənim nəzərimdə bu, məsələyə primitiv yanaşmaqdır. Onlar mütəfəkkirdirlər, peyğəmbər deyillər ki səhvləri olmasın. Eger bele düşünsek bunun özü ən adi, ən primitiv düşünce olar. Mefkure, idealogiyalara dayanan sistemler bizim gözümüzde bəzi şəxsiyyətləri elə böyüdüb dür ki elə bilirik onlar heç səhv etmiş olmaz.
Günel Həsənova okurunun profil resmi
Razıyam əlbəttə geri qalmışlığın tək səbəbi din deyil, amma müəyyən çətinlik törədirdi və o əlifba bizə yad idi ona görə qəbul etmək asan deyildi. Deyək ki, biz hansısa ideologiyanın təsiri ilə əlifba islahatını keçirdik, bəs Türkiyə o hansı ehtiyac üzündən əvvəl istifadə etdiyi əlifbanı dəyişdirmə məcburiyyəti hiss etdi? Hansı ki Axundov eyni islahatla onların da qapısını döymüşdü və rədd cavabı almışdı.
Ferman Mamedov okurunun profil resmi
Günel xanım, sizə cavab yazdım ancaq tam da o əsnada barmağımı səhvən geri düğmesine basdım 😔 yaxşı ki vərəqə yazmışam. Onu yazaram buraya
Günel Həsənova okurunun profil resmi
Başa düşürəm☺
Ferman Mamedov okurunun profil resmi
Əlifbanın yadlığını nəyə istinad edirsiniz? Belə baxanda Latın ve yaxud Kiril əlifbası da yad sayılmalı. Qədim türk, latın, kiril ve ərəb əlibaları ilə yazmış və fonetik xüsusiyyətlərinə az-çox aşina olan biri olaraq deyim ki, ərəb əlifbası digərlərinə görə türk dilinə fonetik baxımdan daha uyumludur. Ne demək istədiyimi tam olaraq ancaq qədim türk əlifbasıyla maraqlandığınız zaman anlaya bilərsiniz. İstər Türkiyədə istər Azərbaycanda əlifba məsələsini ortaya atanlar eyni zehniyyətdə olan şəxslərdir. Orada "İttihat ve Tərəqqi", burada "Müsavat" ve tesirinde olanlar. Bunların fikir babaları yahudilərdir-Fransa burjua inqilabını çıxaran yəhudilər. Onlar isə bütün xalqlara və dinlərə düşməndirlər. Bunlar məslənin siyasi müstəvidə uzanan tərəfi... Əlifba islahatı Türkiyə ilə müqayisədə bizdə daha şükür ediləcək vəziyyətdədir. Osmanlı əlifbasını qaldırıb yerinə ingilis əlifbasını copy+paste eləyiblər. Bizdə yenə yaxşı ki 'ə' 'x' 'q' səsləri qalıb. Xalq arasında danışıqda indi də bu səslər olduğu kimi qalıb amma yazıda yox. Niyə? Çünkü əlifbayı dilə deyil, dili əlifbaya uydurdular. Yetməzmiş kimi nə qədər süni şəkildə sözlər yaradıb türk dilinə daxil ettilər. Ərəb və fars sözlərinin böyük əksəriyyəti fransız və ingilis sözləriylə əvəzləndi. Nə dəyişdi ki? Ha ərəb/fars ha ingilis/fransız. Adına milliləşdirmə, türkçülük dedilər. Reform dedilər. Türkcənin o gün bugündür sabit bir imlası yoxdur. Hələ qurcalıyıb dururlar. Mən də islahat tərəfdarıyam ancaq belə yox daaa. Bunun adı "vəhşilik"dir. Belə deyim türkcənin anasını ağladıblar. Azərbaycan dilinin isə şükür ediləcək səviyyədə fonetikasını pozublar, qrammatikasını əməlli başlı pozublar. Ərəb və Ruus dili qramatikalarının qarışığından ibarəttir. Yaxşı ki Ahəng qanunu qalıb... Uzun söhbettir. Kəsirəm burada. Bu yazdıqlarımdan dolayı mənə pessimist deyə bilərsiniz ancaq bilin ki bunlar səthi olsa da birər həqiqətdir. Her işdə xeyir var :)
Günel Həsənova okurunun profil resmi
Ərəb əlifbasının heç bir baxımdan türk dilləri ilə yaxın olduğu deyilə bilməz çünki türk dillərində olan saitlərin ərəb əlifbasında yoxdu buna görədə çətinlik yaradırdı hətta bizim dildə olan fonemlərin bəziləri ərəb əlifbasında ümumiyyətlə yoxdu. Çox dərin məlumatım olmasada bızi hərflırin bir neçə səsi ifadə etdiyi və ya yerinə əlavə olunan işarələrə görə fərqli tələffüz olunması savad təlimin uzadılması ilə nəticələnirdi. Uşaqların ibtidai təhsili yalnız əlifba öyrənməyə həsr olunurdu. Bunun isə heç bir heç bir əhəmiyyəti yox idi. Daha rasional bir təhsil sisteminə ehtiyac var idi ki bu da ərəb əlifbasının dəyişilməsi ilə mümkün idi. Əlbəttə düşünmək olar ki, bəs ərəb dilində oxumaq tamamilə savadsız olmaq deməkdir? Bir az mübahisəli məsələdi. Ancaq bizə də çex dilində təhsil versələr bizim zamanımız ancaq o dili öyrənməyə sərf olunacaq, ama bur çev üçün bu zaman bilik almağa sərf olunacaq. Əlbəttə bu mənim subyektiv fikrimdi. Bəlkədə yanılıram :)
Ferman Mamedov okurunun profil resmi
Ərəb əlifbası deyirik ancaq bunu biraz dəqiqləştirək ki, bu məhz ərəb əlifbası yox bizim Azərbaycan Əski Əlifbası dediymiz əlifbadır. Bu isə türk dili fonetikasına uyğunlaşdırılmış əlifbadır. Üniversitetdə bizə yanlış öyrədiblərsə nə deyə bilərəm ki :) Çətin olmaya həqiqətən çətindir çünki hərflərin başda, ortada, sonda yazılışları fərqlidir. Hətta özündən əvvəl və sonra birləşən və ya birləşməyən olurlar. Lakin mən yenə sözümdə durmaq istəyirəm ki, bu vəziyyət əlifba islahatı üçün əsas səbəb olamaz ve olmamalıdır. Bir millətin keçmişi ilə əlaqəni qoparmaq və hətta bu keçmişi saxtalaşdırmaq üçün ən ideal metod dil və əlifba islahatıdır. Mən istəyirəm ki məsələyə yaxşı tərəfindən baxım. Ne yapsam da olmuyor :)
Günel Həsənova okurunun profil resmi
Yaxşı siz öz dediyinizdə durun, məndə öz dediyimdə :)
Yorum yapabilmek için giriş yapmanız gerekmektedir.