Yorum

Rüqəyya Şükür isimli okurun asıl gönderisini gör
Ülkər Qarayeva okurunun profil resmi
Yazdıqlarınızın çoxu ilə razılaşa bilmədim. Qaraqan qətiyyən heç bir kitabında qadınları, nə də kişiləri alçatmayıb. O hətta belə deyirdi "Qadınlar və kişilər bərabər deyil, onlar bir-birindən üstündürlər. Kitabda rastlaşdığınız bu 1-2 cümləyə əsaslanaraq "dar düşüncəlidir" qənaətinə gəlməniz, məncə heç də düzgün deyil. Kitabı və yazarını bəyənməyə bilərsiniz, fəqət bu belə bu cür şablon ifadələrlə onu küçümsəmənizə əsas gətirmir. Bunu oxudum ətim töküldü, onu oxudum belə oldu. Kitabı belə analiz edirlər? Gələk, "ilk görüşdə eşq" söhbətinə. Açığı, heç vaxt nə Mələyi, nə də A'nı oxuyanda oradakı sevgiyə fokuslanmamışam. Nə də Qaraqan orada bizə eşq hekayəsi yazmayıb.Yəni önəmli olmayıb bu. Deyəsən, əsl oxuyub dərk etməli olduğunuz yerlərdən keçib bu cür lazım olmayan məqamlardan yapışmısınız. Dünya şöhrətli yazarların da kitablarında ilk baxışda eşq yaşayanları az deyil. Bu o demək deyil ki, kitabın mövzusu elə həmin eşq üzərində qurulub. A'nı oxuyub da, bu cür qənaətlərə gələni ilk dəfədir görürəm. Yenə deyirəm, kitaba lap nifrət də edə bilərsiniz, amma bu sizin onu bu cür ictimailəşdirib, əsassız tənqid edə biləcəyəniz demək deyil.
Rüqəyya Şükür okurunun profil resmi
İncələməmi sona kimi oxuyubsunuz? Mən orda yazara dar düşüncəli deməmişəm. Əksinə sonacan oxusanız görərdiniz ki "yazarın çox gözəl düşüncələri var" ifadəsini işlətmişəm. Altından xətt çəkiləsi ifadələr çoxdu və bu mükəmçəldir bunuda demişəm. Altından xətt çəkiləsi ifadələr dedikdə kitabın əsas məğzini nəzərdə tutmuşam. Dar düşüncə dediyim isə kitabda işdədilən o cümlədir. Xahiş edirəm əvvəlcə düzgün oxuyub sonra fikir bildirin. Eşq diqqətimi çəkdi çünkü çox cringe yazılıb diqqət çəkməyəcək kimi deyil. Kitabı təriflədiyim kimi tənqiddə etmişəm. Və buna hər yazar açıq olmalıdır. Mən təhqir etməmişəm tənqid etmişəm;) tənqid pis birşey deyil.
Ülkər Qarayeva okurunun profil resmi
Rüqəyya Şükür
Rüqəyya Şükür
Fikirlərimi tam oxumadan yazmaram, əlbəttə.Sonacan oxumuşdum. Üçüncü səfərdir qeyd edirəm, bəyənməmək, tənqid etmək qəbul edilən şeylərdir. Amma fərqindəsinizsə, incələmədə yazıçını küçümsəmisiniz. Lap küçümsəniləcək bir halla qarşılaşsanız belə bunu daha fərqli şəkildə edə bilərsiniz, məncə. Elxan bunu 18 yaşında yazıb, o özü də ilk kitabını elə də bəyənmədiyini vurğulamışdı. İldən-ilə daha da inkişaf edirik məlum. Bu yazınızı Qaraqanı heç oxumayan bir oxucu oxusa, şəksiz, həmən yazıçıya qarşı antipatiyası yaranacaqdır. Çünki elə simlərə basmısınız ki, bu cür düşüncənin yaranması da qaçınılmazdır. Xüsusilə də, qadınlar barədə. Şəxsən mən heç oxumamış biri olsam, o hissədəki fikirlərinizdən sonra heç müsbət tərəflərə baxmaram da. Bir mövzua dar düşünən bir yazar digər mövzularda da axsayacaqdır. Ümid edirəm, başa düşdük bir-birimizi)
Yorum yapabilmek için giriş yapmanız gerekmektedir.