Yorum

︎Mehdi Mehdili isimli okurun asıl gönderisini gör
Jalə İslam okurunun profil resmi
Unudulmaq! Nə gözəl bir duyğu! Olmayanların, gəlməyənlərin aləmindəsən, Elə bir aləmdə ki, burda heç kim yoxdu, heç özün də. Yaddaşın bir dövrü gəlir, yaddaşsızlığa çevrilir. Və insan zamanı unutmamaq üçün saatı kəşf edir. Şəxsən mən, hərdən saatımı yox, sol qolumu axtarıram evdə Sevgi də, bir növ yaddaşsızlıqdı. İnsan özünü yaddan çıxarır sevəndə. Hamımız beləyik: o da, mən də, sən də!
Aqşin Yenisey
Aqşin Yenisey
︎Mehdi Mehdili okurunun profil resmi
gecə düşür yer üzünə zamanın qaranlıq yaddaşı çökür. evdə anam qarğış edir yalqız bayquşun səsinə. köhnə ulduzlar düzülür insanların olmadığı göy üzünün geniş, məğrur sinəsinə. və qəfildən bir it hürür öz vəzifəsini yerinə yetirir. mənsə tək-tənha uzanıb keçmişi xatırlayıram özümü hazırlayıram gələcək günlərin vahiməsinə. #AqşinYenisey
Jalə İslam okurunun profil resmi
Aqşin Yenisey
Aqşin Yenisey
Ümid gerçəyə çevrilə bilməyən arzudu Tanıdan bizə qalan xatırə, yalnız alnımızdakı yazıdır İnsanın da elə bir günü gəlir ki, bu, onun ömrünün payızıdır Hamıyla vidalaşmaq vaxtıdır artıq Dərd odur ki, hamı bu vidaya razıdır. Aqşin Yeniseyin şeirlərini sıralayası olsaq bu o həyatdan köçənə qədər davam edəcək)
You need to log in to be able to comment.