Yorum

Hüseyn isimli okurun asıl gönderisini gör
Gələcək 100 ildən az vaxt kəsiyindədi.. düzü yenə də bu qədər fərq üçün kifayət qədər vaxt var.. maraqlı gəlir biz valideynlərimiz yaşda olanda yaşam və inanclar hansı yerdə olacaq
Süni intellekt yerimizi alacaq çox güman, super-insan dedikləri də əslində budur, onların da nə inancı nə də hissləri olacaq. Bu da dinə xələl gətirəcək. Artıq yaratmaq feili nə Tanrıya, nə də insana məxsus olacaq. Onlar özləri yaradıb, inkişaf edəcək. Qısaca hələki süni intellekt uşaq mövqeyindədi müstəqilləşib yetkin hala gəldikdə biz onlardan asılı olacayıq
Hüseyn
Hüseyn
elm texnologiya günü gündən inkişaf edir, hər şeyi asanlaşdırmağa çalışdıqlarını düşünürlər bəlkə də ancaq gələcəyin süni intellekt əlində olması qorxuncdur mənə görə.. və nə qədər olmasa da müəyyən yerdə həmin super-insanlar bizdən asılı tərəfi olacaq deyə düşünürəm.. amma yenə də insan əməyinə demək olar ehtiyac qalmayacaq.. ya yeni epidemiyalar yaratmaqla, ya müharibə adıyla kütləvi qırğınlarla insanlığın minimuma endirilməsi normallaşdırılacaq.. məs indi bəzi ölkələrdə 2 uşağı olana pul mükafatı verirlərsə, gələcəkdə 2 uşağı olana cərimə yazarlar yəqin ki mxnskshjs
Zəfinə
Zəfinə
bu barədə fikrimi yaxın zamanda yazacam
Zəfinə
Zəfinə
müharibələr hər zaman olacaq, müharibələr üçün hər zaman bir bəhanə vardır. İnsanların çoxalması problemi ibtidai dövrdən, yəni insanların oturaq həyata keçməsi ilə başlamışdır. Asılılıq, ərazi bölünmələri, qanunlar, iyeyarxiya və bu kimi bənzər şeylər hamısı oturaq həyata keçdikdən sonra yarandı. Artıq geriyə dönüş yoxdur. Mən düşünürəm ki, təkamül hümanizmi daha effektiv rol oynayır. Üstinsanlar qalsın digərləri isə məhv olmağa məhkumdur. Üstinsan dediyim Nitşenin üstinsanı deyil, burada elmə, cəmiyyətə faydası olan, insanlığın ən əlverişli yolla davam etməsinə fayda verən üstinsanı nəzərdə tuturam. Necə gəldi artımdansa üstinsan DNT-si daşıyan insanların artması daha vacibdir. Digərləri dediyim isə, heç bir şeyə faydası olmayan, sadəcə yeyib, içib, yatan və çoxalan insanları nəzərdə tuturam. Onlar sadəcə yer tuturlar. Ya bu mövqedən hərəkət edərək insan sayının balansını saxlamaq lazımdır, ya da başqa planet. Əlbəttə bu sistemə nəzarət edən rəhbər qrup da gərək özü üstinsan kriteriyalara uysun. Birinci seçim hələki daha real görünür. Süni intellekt sadəcə hələki məlumat bazası rolunu oynayır, onları praktiki cəhətdən öz seçimlərinə buraxmırıq. Ancaq bir fikirləş adi son 20 ildəki texnalogiyalardakı dəyişikliyi fikirləş. Səncə daha neçə il lazımdır süni intellekt sadəcə məlumat bazası rolunu oynasın ? Süni intellekt heç bir duyğu, vicdan və bu kimi anlayışlara sahib olmadığı üçün onlara görə öldürmək silmək mənası daşıyır, onlara görə bundan artıq məna yüklənilmir. Onlar ən əlverişli üsullarla hərəkət edir, bu hərəkət ya bizim sonumuzu gətirəcək, ya da davam etdirəcək. Bunu da zaman göstərəcək.
Hüseyn
Hüseyn
aydındır, minnətdaram
Yorum yapabilmek için giriş yapmanız gerekmektedir.