Gönderi

Sinqulyarlıq
Ehtimal ki, dünyanın gələcək ağaları ilə aramızdakı fərq, bizimlə Neandertallların arasındakı fərqdən daha çox olacaq; biz də, Neandertallar da ən azından insanıq, amma bizim varislərimiz tanrı kimi olacaq.
Sayfa 442 - Qanun nəşriyyatı·Kitabı okudu
Tarih ve Siyaset
·
152 Gösterim
1 Yorum
Gələcək 100 ildən az vaxt kəsiyindədi.. düzü yenə də bu qədər fərq üçün kifayət qədər vaxt var.. maraqlı gəlir biz valideynlərimiz yaşda olanda yaşam və inanclar hansı yerdə olacaq
Önceki 4 yanıtı göster
Zəfinə
Zəfinə
müharibələr hər zaman olacaq, müharibələr üçün hər zaman bir bəhanə vardır. İnsanların çoxalması problemi ibtidai dövrdən, yəni insanların oturaq həyata keçməsi ilə başlamışdır. Asılılıq, ərazi bölünmələri, qanunlar, iyeyarxiya və bu kimi bənzər şeylər hamısı oturaq həyata keçdikdən sonra yarandı. Artıq geriyə dönüş yoxdur. Mən düşünürəm ki, təkamül hümanizmi daha effektiv rol oynayır. Üstinsanlar qalsın digərləri isə məhv olmağa məhkumdur. Üstinsan dediyim Nitşenin üstinsanı deyil, burada elmə, cəmiyyətə faydası olan, insanlığın ən əlverişli yolla davam etməsinə fayda verən üstinsanı nəzərdə tuturam. Necə gəldi artımdansa üstinsan DNT-si daşıyan insanların artması daha vacibdir. Digərləri dediyim isə, heç bir şeyə faydası olmayan, sadəcə yeyib, içib, yatan və çoxalan insanları nəzərdə tuturam. Onlar sadəcə yer tuturlar. Ya bu mövqedən hərəkət edərək insan sayının balansını saxlamaq lazımdır, ya da başqa planet. Əlbəttə bu sistemə nəzarət edən rəhbər qrup da gərək özü üstinsan kriteriyalara uysun. Birinci seçim hələki daha real görünür. Süni intellekt sadəcə hələki məlumat bazası rolunu oynayır, onları praktiki cəhətdən öz seçimlərinə buraxmırıq. Ancaq bir fikirləş adi son 20 ildəki texnalogiyalardakı dəyişikliyi fikirləş. Səncə daha neçə il lazımdır süni intellekt sadəcə məlumat bazası rolunu oynasın ? Süni intellekt heç bir duyğu, vicdan və bu kimi anlayışlara sahib olmadığı üçün onlara görə öldürmək silmək mənası daşıyır, onlara görə bundan artıq məna yüklənilmir. Onlar ən əlverişli üsullarla hərəkət edir, bu hərəkət ya bizim sonumuzu gətirəcək, ya da davam etdirəcək. Bunu da zaman göstərəcək.
1 yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.