Elm inqilabı, informasiya inqilabı, aqrar inqilabdan, "Homo Sapiens"in dünənindən, bu günündən, və sabahından bəhs edən elmi kitab.
Sapiens beyninizdəki bütün paslanmış torları təmizləyəcək bir kitabdır, yüksək yazıçılıq qabiliyyətinə malik müəllif Harrari isə məntiqli sıçrayışları ilə sizləri heyrətləndirən intellektual kəndirbazdır...O, yazmağı bacarır.Digər müəlliflər kimi hislərlə deyil, ağılla, zərifliklə, sərrast və heyranedici məcazlarla.
Fikrimcə, kitab hər bir kəsin oxuyacaqları listində ən ön sıralarda olmalıdır.Keçmişimizi bilməliyik, indini yaşamaq və gələcəyə ümid bəsləmək üçün.İnsanlıq, tariximiz, bəşəriyyətə dair hər şeyin olduğu bu kitabda nəinki tarixin və müasir dövrün müəmmalı qalmış suallarına toxunulub, həmçinin sadə dildə yazıldığı üçün tezliklə bestseller bir əsərə çevrilmişdir.Bu kitabı oxumaq insan beyni üçün soyuq duşdur.Qısacası, bəşəriyyətin iddialı tarixçəsi, dəqiq, cəlbedici, öyrədici, 70 minlik insan tarixi haqqında sürətlə oxunan, məzhəkəli və səs-küylü bu kitabı siz də çox sevəcəksiniz:) Bəli, sevəcəksiniz, çünki kitab sizi sözün əsl mənasında təəccübləndirəcək və düşünməyə vadar edəcək.