Yorum

Rəhimə Əsgərova isimli okurun asıl gönderisini gör
Nitsşe anlamadı ki, sazında daha çox teli olan insan da 2 teli olan insanı anlaya bilmir. Əslində problemlərin təməl nöqtəsi bundan ibarətdir. Hər kəs sadəcə bir-birini mühakimə etməklə məşğuldur və hər kəs öz həqiqətini müzakirə etmə cəsarətinə sahib deyil. Eləcə də Nitsşe.
iki telli, ya çox telli, fərqi yoxdur. Hər kəs öz imkanını öz sərhədləri daxilində anlayır və öz həqiqətini mütləq hesab edir. Nitsşe sadəcə ümumi problemi bir bucaqdan göstərib, özünü istisna etdiyini deyə bilmərik
Rəhimə Əsgərova
Rəhimə Əsgərova
Nitsşe hər zaman özünü istisna edib, onun əsərlərini haqqında bir qədər o istiqamətdə təhlil etsəniz sözümə haqq verəcəksiz. Nitsşe übermensch konsepsiyasını formalaşdırdıqda belə xristian əxlaqını inkar edərək özünü ön plana (immoralist düşüncələrini) çalışmaqdadır. Çünki hər bir inkar öz daxilində bir təsdiqdir. A inkar edilirsə, mütləqdir ki B təsdiq olunsun. Bu baxımdan, əmin olaraq deyə bilərik ki, Fridrix Nitsşe sadəcə cəmiyyəti mühakimə etməkdədir. Təbii ki bunun müsbət və mənfi tərəfləri müstəvisində müzakirə aparıla bilər. Lakin Nitsşe tədqiqatlarım nəticəsində onu fərqləndirən əsas xüsusiyyətlərdən birinin məhz bu olduğunu deyə bilməkdəyəm.
İsmayıl.
İsmayıl.
Übermensch irəli sürmək və xristian əxlaqını inkar etmək o demək deyil ki, Nitsşe özünü ön plana qoyur. Onun əsas məqsədi müəyyən bir fərdi yüksəltmək yox, insanın öz dəyərlərini yaratmaq potensialını vurğulamaqdır. Xristianlıqda qarşı çıxdığı məqam isə köhnə əxlaqa (özünü inkar, təvazökarlığın ucaldılması, əzabın mənəvi üstünlük kimi təqdim olunması və güc, fərdiliyin “pis” sayılması) qarşı çıxmaq idi. Ümumi olaraq buradakı problem sorğulanmadan qəbul edilən hər cür əxlaq sistemidir. Digər məsələ, bir tərəf təsdiqdirsə, digəri inkardır deyəndə isə Nitsşe “mən düzəm, siz səhvsiniz” demir, bütün həqiqətlərin sorğulanmalı olduğunu deyir. Düzdür, bu düşüncə də öz daxili baxımdan bir-biri ilə ziddir, çünki “heç bir mütləq həqiqət yoxdur” deyir, amma öz fikirlərini çox güclü şəkildə müdafiə edir (bəzən qəti şəkildə). Yəni onun fəlsəfəsi də tənqid etdiyi struktura bənzəyir, amma yenə də özünü istisna etdiyini düşünmürəm, sadəcə öz fəlsəfəsini Übermensch-ə çatmaq üçün prosesin bir hissəsi kimi görüb və təqdim edir
Rəhimə Əsgərova
Rəhimə Əsgərova
Übermensch anlayışını və moralist düşüncələrini açıqladığınız üçün minnətdaram, lakin bunu hər iki tərəfin bildiyini öncədən qəbul edərək müzakirəni davam etdirirdim. Ecce Homo əsərində Nitsşe çox gözəl formada özünü tərifləyir. Heç bir filosof “mən düzəm siz səhvsiniz” demir onsuz da, ancaq bunu yazılarında bariz formada gösdərənlər var, Nitsşe də onlardan biridir. İkinci olaraq “Nitsşe xristian əxlaqını tənqid edir və insanın öz dəyərlərini (dolayısıyla əxlaqi kodekslərini) yaratma potensialını dilə gətirirdi” deyə qeyd edirsiz. Mən isə Nitsşe tədqiqatlarımda, Nitsşenin bu induktiv metod ilə özü üçün formalaşdırdığı etik kodeksləri insanlarda da yaratma cəhdini anlayıram. “Bir tərəf təsdiq bir tərəf inkar” deyə bir arqumentimi interpretasiya etmisiz. Lakin orada dediyim bir mövzunu anlamamısız. İnsanlara bir anlayışı izah etmək üçün, özün o anlayışın məğzinə varmalısan. Əgər Nitsşe bunu izah etməyə cəhd edirsə bu o deməkdir ki, Nitsşe bunu bacarıb. Yəni inkar etdiyi şeyi özü aşıb və bunu insanlar üçün təhlil və izah edir. Üçüncü olaraq, “heç bir mütləq həqiqət yoxdur” deyir və sonra öz iddialarını qəti formada müdafiə edir deyirsiniz. Bu da bir nöqtədə mənim tezisimi doğrulayır. Təşəkkür edirəm müzakirə üçün.
İsmayıl.
İsmayıl.
yanaşmanızın məntiqini başa düşürəm. Mövzu üzərində daha çox oxuduqca bəlkə bəzi məqamlarda sizin baxışınıza da yaxınlaşaram, amma hazırda öz interpretasiyam mənə daha uyğun görünür. Hər halda, yaxşı və düşündürücü müzakirə oldu, mən də təşəkkür edirəm
Yorum yapabilmek için giriş yapmanız gerekmektedir.