Yusif Rzalı

Məməlilərin əksəriyyəti ana bətnindən, sobadan çıxan saxsı qab kimi çıxar, onlara yenidən forma verməyə çalışmaq - onları zay etməklə, yaxud sındırmaqla nəticələnir. İnsan isə ana bətnindən, sobadan çıxan ərimiş şüşə kimi çıxırlar, onlara təəccüblü dərəcədə istənilən formanı vermək mümkündür. Buna görə də bu gün uşaqlarımızı xristian və ya buddist, kapitalist və ya sosialist, müharibə tərəfdarı və ya sülhsevər kimi böyüdə bilirik.
Reklam
İnsanlar özlərini düşündükləri üçün sağ qalmırlar, onları yaşadan insanlardakı sevgidir.
İstədiklərinizin hamsını kitablar sizə dərhal verməyəcək. Onları mümkün olan hər yerdə - köhnə qrammofon vallarında, köhnə filmlərdə, köhnə dostlarınızda özünüz axtarın. Sizi əhatə edən təbiətdə, özünüzdə axtarın. Kitablar vur - tut unutmaqdan qorxduqlarımızı saxladığımız anbarlardan biridir. Onlarda heç bir sirr, heç bir sehr yoxdur. Möcüzə yalnız onların nədən bəhs etməsində, ayrı - ayrı parçalardan necə vahid kaninat tikməsindədir.

Reader Follow Recommendations

See All
Başqa millətlərin torpaqlarını işğal edən komandirlərdən niyə bu qədər çox danışıldığını başa düşmürəm. Makedoniyalı İsgəndər, Hannibal, Scipion, Sezar, Napoleon və onlar kimi minlərlə komandir başqa xalqların torpaqlarını işğal etməkdən başqa nə ediblər ki?
İstədiyiniz qədər mükəmməl konstitusiya hazırlayın. Müstəqillik çərçivəsində də xalqa istədiyiniz qədər hüquq verin.Sosializmin və ya liberalizmin sehrli gücünə istədiyiniz qədər inanın. Əgər uşaqlarınız lazımi səviyyədə təhsil almasalar, həyata heç bir əhəmiyyət daşımayan şəxslər kimi atılacaqlar.
Reklam
Reklam
42 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.