Zahra Nazirli

Uşaqlar gedəndən sonra İbrahimin yanına keçdim. O hələ mənim gəlişimi duymamışdı, hər neçə saniyədən bir iynəni üzünə və kirpiyinin arxasına vururdu. Birdən təəccüblə dedim: "Nə edirsən, dadaş İbrahim?!" Orada olduğumu bilib yerindən qalxdı və özünə gəldi. Bir az sonra dedi: "Heç nə, heç nə. Bir şey deyil". – Sənin canın üçün olmaz, gərək iynəni nə üçün üzünə vurduğunu deyəsən. Bir az sükut etdi və qəhərli adamlar kimi çox sakitcə danışmağa başladı. – Naməhrəmi görən gözün cəzası budur.
Sayfa 172Kitabı okudu
Reklam
Bir qədər sakitləşəndən sonra əlavə etdi: "Mən əminəm ki, İbrahim şəhid olub. O, son dəfə çox dəyişmişdi. Ona çox dedim ki, gəl, elçiliyə gedim, səni evləndirmək istəyirəm. O isə deyirdi: "Yox, ana, mən əminəm ki,qayıtmayacağam. İstəmirəm ki, evin küncündə ağlar bir göz məni gözləsin".
Sayfa 213 - İbrahim Hadini anasıKitabı okudu
İbrahim həmin günlərdə azan verib uşaqları namaza hazırlayırdı. Biz elə ağır şəraitdə bütün namazlarımızı cəm halda qılırdıq. İbrahim bu işlərlə bizi ruhlandırır və gələcəyə ümidvar edirdi.
Sayfa 206Kitabı okudu

Reader Follow Recommendations

See All
Sonra bir qədər dayanıb əlavə etdi: "Gecə gözümə yuxu getmirdi, amma sonra bir qədər yata bildim. Yuxuda həzrət Fatimeyi-Zəhranı (ə) gördüm. Mənə dedi: "Oxumayacağam" - demə. Biz səni sevirik. Kim "oxu" desə, sən də oxu!"
Sayfa 183Kitabı okudu
Axşam gəzişəndə soruşdum: "Sənin arzun şəhid olmaqdır, eləmi?!” Güldü. Bir neçə saniyədən sonra dedi: "Şəhadət mənim arzularımın bir zərrəsidir. İstəyirəm ki, məndən heç nə qalmasın, kəfənsiz ərbabım İmam Hüseyn kimi tikə-tikə olum. Cənazəmin qayıtmasını da istəmirəm.
Sayfa 188Kitabı okudu
Reklam
813 öğeden 796 ile 810 arasındakiler gösteriliyor.