Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zahra Nazirli

Həmvətənlərimizin Rusiya və digər ölkələrdə aktiv fəaliyyətləri
Müsəlmanlar son bir-iki onillikdə İslam dünyasının şərq və qərbində, hətta qeyri-müsəlman ölkələrində həqiqi və güclü hərəkata başlayıblar. Bunu İslamın yeni həyat hərəkatı adlandırmaq lazımdır.
Sayfa 245Kitabı okudu
Reklam
Vəhdət üçün lazımi qədər çalışmalıyıq.
Təbii şəkildə vəhdəti pozan bəzi amillər mövcuddur: milli fərqlər, məzhəb və tayfa fərqləri, siyasi fərqlər. Onlara qarşı mübarizə aparmaq lazımdır.
Həzrət Rəsulun (s.ə.s) eşqi
Lakin bütün müsəlmanların düşüncə, etiqad, əsasən də emosiya və hissiyyat baxımından birləşdiyi və anlaşdığı nöqtə sonuncu peyğəmbər və əziz elçi olan həzrət Məhəmməd ibn Abdullahdır (s). Bunu dəyərləndirmək lazımdır. Bu sevgini günbəgün artırmaq, müsəlmanlarda və xalqda o müqəddəs varlığa mənəvi və psixoloji təmayülü gücləndirmək lazımdır.
Sayfa 224Kitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Vilayət barədə bəzi hədislər göstərir ki, belə şəxslər bütün ömürlərini ibadətə sərf etsələr, lakin Allah vəlisini tanımasalar, ibadətin onlara xeyri olmaz.
Sayfa 220Kitabı okudu
Əvvəla, əsl İslamı açıqlamaq, Quranı düzgün təfsir etmək və İslam etiqadlarına dair aydın təsəvvür yaratmaq, ikincisi, İslam cəmiyyətində imamət və siyasi hakimiyyət məsələsini başa salmaq, üçüncüsü isə uyğun cəmiyyəti qurmaq, böyük İslam peyğəmbərinin və bütün peyğəmbərlərin ədaləti bərqərar etməkdən, Allaha şərik çıxanları hakimiyyətdən uzaqlaşdırmaqdan və cəmiyyəti Allahın xəlifələrinə, saleh bəndələrinə tapşırmaqdan ibarət məqsədini həyata keçirməyə çalışmaqdır.
Sayfa 217Kitabı okudu
Reklam
O iki vasitə nədir?
İslamın başqa iki vasitəsi var, bunların köməyilə bütün dünya dinlərinə qalib gələ, bütün ürəkləri cəlb və qarşısındakı bütün puç məntiqləri məğlub edə bilər. Biri güclü məntiqdən, möhkəm əsaslandırmadan ibarətdir. İslam buna malikdir. Digəri həqiqi və mütləq ədalətdən ibarətdir. Bu iki vasitə İslamın inkişaf amilləridir.
Sayfa 212Kitabı okudu
Zahidlik,yoxsa tərki dünyalıq?
Əlbəttə, İslamın düşmənləri və yanlış anlayan müsəlmanlar elə bildilər, yaxud göstərdilər ki, İslamda zahidliyə tövsiyə olunmuşdursa, bu, təbiət və məişətlə maraqlanmamaq deməkdir. Halbuki belə deyil. Orada pis, məzəmmət olunmuş dünya, bizim özümüzü və maddi maraqlarımızı hədəf seçməyimiz, onların ardınca getməyimiz nəzərdə tutulmuşdu.
Sayfa 211Kitabı okudu
Dinlər arasında İslam elmə ən çox önəm verən dindir...
Əziz İslam elmə həvəsləndirən ən böyük amildir. Bu gün elmi cihad bizim ən böyük vəzifələrimizdən biridir.
Sayfa 208Kitabı okudu
Soruşmaq və düzgün araşdırmaq
Soruşmaq haqqı axtarmağın, tapmağın, hərəkətin və nəhayət, haqqa qovuşmağın müqəddiməsi və açarıdır.
Sayfa 208Kitabı okudu
Təvəkkül və Təvəssül
Allahla mənəvi əlaqəni gücləndirmək, istər elm öyrənməkdən, istər quruculuq yolunda çalışmaqdan ibarət dünya işlərində çalışmaq, siyasi və iqtisadi məsələlərdən xəbərdar olmaq və ilk növbədə ümidi qorumaq inşallah çox da uzaq olmayan gələcəkdə bütün yer üzünü İslam Respublikasının işığı ilə işıqlandıracaq, bəşəriyyəti İslamın faydalarından bəhrələndirəcək və Allah-Taalanın vəd etdiyi kimi, yer üzündə bəşəriyyətin birliyinə səbəb olacaq amil və xüsusiyyətlərdir.
Sayfa 205Kitabı okudu
Reklam
Mərd kəlməsi insan kimi təzahür etsəydi...
İslam inqilabının Rəhbəri imam Xamenei :
Uca Allaha iman gətirin və Ona təvəkkül edin və bilin ki, Allahın möminləri müdafiə etmək üçün verdiyi vədi qəti və toxunulmazdır!
Kimin belə rəhbəri var??
Əlinizin Çində müalicəsi var. Niyə buna razı olmursunuz? -Əgər bu müalicənin pulu beytül-maldan ödənəcəksə, gərək bütün müharibə əlilləri Çində müalicə ola. Yox, mən bunu öz cibimdən ödəyəcəmsə, mənim bu müalicənin xərclərini ödəyəcək qədər pulum yoxdur...
İslam bütün boşluqları lazımlı şəkildə doldurdu
qiyam və əməl İslamı halsızlıq və passivlik İslamını əvəz etdi; fərd və cəmiyyət İslamı formal və təsirsiz İslamı əvəz etdi;
Sayfa 188Kitabı okudu
Dünya bunları istəyir...
Peyğəmbərin dəvət etdiyi məsələlər bəşərin bütün tarix boyu ehtiyaclı olduğu məsələlərdir. Bu gün İslam Respublikasının şüarı azadfikirlilik, elm və biliyin inkişafı, insan hüquqlarının bərpası, insanlar arasında mehribanlıq və məhəbbətdir. Bunlar İslamın şüar və mesajlarıdır.
Sayfa 187Kitabı okudu
796 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.