Qədim kitablarımızın, adətlərimizin təlqin etdiyi ideyalar bizi buxovlamışdı. Nüfuz və avtoritarlıq varlığımıza və ağlımıza hakim kəsilmişdi. Bədənimizi buxovlayan zəncirlər pis şey olsa da, ağlımızı kəməndləyən gözəgörünməz zəncirlər ondan daha da pisdir. O zəncirləri döyüb hazırlayan biz özümüzük, çox vaxt onların varlığını dərk etməsək də, onlar bizi öz dəhşətli məngənələrində saxlayır.