Mənim tanıdığım rəssamlar arasında yalnız istedadsız olanlar insan kimi sevimlidirlər. Yaxşı sənətkarlar ancaq öz əsərləri üçün yaşayırlar, buna görə də şəxsiyyət kimi maraqsız olurlar. Böyük şair, əsl böyük şair həmişə ən darıxdırıcı, ən bayağı insanlardan olur. Amma zəif şairlərin hamısı valehedici insanlardır. Şeirləri nə qədər zəifdirsə, zahiri görkəmləri bir o qədər cəlbedicidir. Əgər bir adam zəif sonetlər toplusu nəşr etdiribsə, deməli onun cazibəsinə qarşı dayanmaq mümkün deyil. O yaza bilmədiyi şeiri yaşamağa başlayır. Amma o biri şairlər həyatda cürəti etmədikləri şeyləri şeirə köçürürlər.