"Mələk" əsərini dinlədikdən sonra kitabını oxuyacağımı artıq bilirdim. Qaraqan mənim üçün əvəzolunmaz qələmi ilə fərqlənib hər zaman.
Kitabın ilk səhifələrində fantastik əsərlə qarşılaşdığımı və gözləntilərimi qarşılamayacağını düşünürdüm. Lakin sonluq, hadisələrin gedişatı məni təəccübləndirdi. Kitabda "Mələk"in sadəcə bir obraz deyil, eləcə də, insanların daxilində yatan yırtıcı, yaradıcı, vicdani, səmavi, inanclı və digər bütün hisslərin təcəssümü olduğunu düşünürəm. Ən əsası isə, Ədalət hissi - hansı ki, yaşadığımız əsrdə bir çoxumuzun fərqində olmadan tükətdiyi, yadlaşdığı və unutduğu..