Leyla

Kimdə sevgi varsa,o, Tanrının yanındadır, Tanrı da onunladır, çünki Tanrı özü elə sevgidir
Reklam
Hər insanın sevgi ilə yaşadığını öyrəndim
İnsan özünə bir illik ehtiyat yığır, amma axşam həyatda olmayacağını bilmir.

Okur Takip Önerileri

Tümünü Gör
Sevgini sözlə və dillə deyil, əməllərimizlə və həqiqətlə göstərək!
Reklam
Köhnə günahların kölgəsi uzun olur
Sayfa 104Kitabı okudu
-Çox şeyi sakitliklə qarşılayırsınız +Adətən bu ən yaxşı çıxış yoludur
Hər yolun öz sonu var, hər evin öz açarı. Ayrılığa dözməyi hərə bir cür bacarır. Çoxdu hirsi,acığı yarı yolda sönənlər. Bir vaxt çırpıb çıxdığı qapılara dönənlər.
Sayfa 175Kitabı okudu
Qara paltarlı qadın
Kişilər bir olmur, atam balası, - qorxağı var,igidi var. Amma hər kişinin öləndən sonra qəbri üstə ağlayası Bir qara paltarlı gözəl qadına ümidi var. Sən öləndə kim olacaq gözlərini bağlayan?
Sayfa 154Kitabı okudu
...Sağımız-solumuz adamla dolu, Qol-qola kişilər, qadınlar keçir. Özündən xəbərsiz ömründə min yol Özünü öldürən adamlar keçir. Keçir öz qanına batan adamlar, Bir də ki, qan hanı? Qan axı yoxdu... Hamı günahkardı dünyada, amma Dünyada heç kəsin günahı yoxdu. Bizsiz yazılmışdı bu tale, bu baxt , Sapanddan atılan bir cüt daşıq biz. Bəlkə bu dünyada on-on beş il yox, Min il bundan qabaq ayrılmışıq biz. Halal yolumuzu dəyişib,nəsə Çaşmışıq, bir özgə yoldan getmişik. Bəlkə min il qabaq səhv düşüb nəsə, Minillik bir səhvə qurban getmişik.
Sayfa 147Kitabı okudu
Reklam
Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik,xəbərimiz yox. Aradan nə qədər il keçib görən, Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim,məni bağışla! "Ölmədim" deyirəm,nə bilim axı, Bəlkə də mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Sayfa 146Kitabı okudu
Bu ötən ömrümün günahlarını gözümün yaşıyla yuyub ağlaram. Ürəyim min yerdən min bir dərd çəkib, dərdimi-qəmimi boğa biləydin. Bu ötən ömrümün üstən xətt çəkib, kaş məni təzədən doğa biləydin
Sayfa 129Kitabı okudu
Səhər ölmək istəyirəm, Gecə ölsəm, bağışla. Bilmirəm necə yaşadım, Necə ölsəm, bağışla. Tanrıdan bəxt borc alsaydım, Sənə də saxlayardım. Ağlamağı bacarsaydım, Sənə gün ağlayardım. Gizli ölmək istəyirəm, Xəbər tutsan, bağışla. Qorxuram unutmayasan, Yox, unutsan, bağışla. Qışda ölsəm, qəm eləmə, Yerim isti olacaq. Ruhum uçub cəhənnəmə Gedən tüstü olacaq. Səssiz ölmək istəyirəm, Səsim gəlsə, bağışla. Sənsiz ölmək istəyirəm, Sən də ölsən, bağışla!..
Sayfa 121Kitabı okudu
Bir yiyəsiz qəmin varsa, Ver çəkim, ovutma məni. Məndən əziz kimin varsa, Sev... amma unutma məni. Mömünəm, Allahım sənsən, Kafirəm, günahım sənsən, Ən əziz qonağım sənsən, Qapımdan qayıtma mənim. Yuxumda könlünü alsam, Qolumu boynuna salsam, Lap ölüm yuxusu olsa, Qoy yatim, oyatma məni...
Sayfa 114Kitabı okudu
Küsmərəm, gəldin-gəlmədin, Sən getdin, mən ki ölmədim, Heyif, gətirə bilmədim "Sevgi" adlı dinə səni. Yollarına sərilim kaş, Divarına hörülüm kaş, Yüz yol ölüm-dirilim kaş, Sevim dönə-dönə səni...
Sayfa 102Kitabı okudu
1.206 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.