Leyla

Qadın,Qadın?! Onu duymaq duyurmaq istərkən Yaxar düşüncemi bir şöle,bir zəhərli diken. Bütün həyatı çiçəkləndirən fəqət o..niçin, Niçin əzilsin o,bilmem niçin sürüklensin?! Qadın-günəş,çoçuq-ay..nuru ay günəşdən alır, Qadınsız ölkə çabuq məhv olur, zavallı qalır. Qadın əlilə fəqət bəxtiyar olur şu cihan. O bir mələk..onu təqdis edər böyük yaradan. O pek sevimli, gözəl,ince, nazlı bir xilqət, Onun ayaqları altındadır fəqət cənnət. Qadın gülərsə şu ıssız mühitimiz güləcək, Sürüklenen bəşəriyyət qadınla yüksələcək! Hüseyn Cavid