Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Balzakreader

Reklam
Balzakreader yorumladı.
72 syf.
10/10 puan verdi
·
Beğendi
Kafkanın qələmindən oxuduğum ilk əsər idi "Dönüşüm". Digər oxucular tərəfindən paylaşılan qeydlərdə gördüm ki,
Babaya Mektup
Babaya Mektup
əsərini "Dönüşüm"dən əvvəl oxumaq lazımdır, təəssüf ki, bu məlumatla gec qarşılaşdım. "Dönüşüm" əsəri məndə çox fərqli hisslər yaratdı, insanın işini, ailəsini düşünməkdən özünə vaxt ayıra bilməməsi, dəyərsizləşməsi, çürüyüb məhv olması idi bu. Yuxudan ayılırsan və görürsən ki, həşərata dönüşmüsən. Buna baxmayaraq yenə də bacısını, ata və anasını, işini düşünmək Gregorun sonunu gətirir, onu məhv olmağa sürükləyir. Lakin əsərin sonlarına yaxın, görürük ki, Gregor artıq ailəsini belə düşünəcək vəziyyətdə deyil. Bu onun öz iradəsi ilə etdiyi bir şey deyildi, artıq elə vəziyyətdə idi ki, özünü belə düşünə bilməzdi, çünki bu onun sonu idi, məhv olurdu artıq. Bu əsəri hər yaşda olan insan oxumalıdır, fikrimcə. Çünki əsər bütün dövr və yaş üçün aktuallığını itirməyən bir mövzuda yazılıb. Hər kəsə xoş mütaliələr🩷
Dönüşüm
DönüşümFranz Kafka · Karbon Kitaplar · 2021223,5bin okunma
Balzakreader okurunun profil resmi
"Babaya mektup" , "Cəza Kaloniyası" , "Çevrilmə" , "Dava" , "Milenaya Məktublar" (və digər əsərləri) kimi bir oxuma sistemi var Kafkanın.Ataya məktubda atası ilə olan münasibətlərinin yəni atasının əzən , özünün əzilən tərəfinin Kafkanın həyatında necə bir təsir buraxdığını , o təsirin həm "Çevrilmə"ni yazdırdığını həm də Milena ilə son dəfə görüşmək üçün müdüründən işdən icazə ala bilməyən bir zəif ruh halı yaratdığını görürük.Ona görə də oxucu ilk "Ataya Məktubu" oxusa Kafkanı daha dərindən tanıyar , əsərlərini tamamilə başqa bir gözlə oxuyar.
Balzakreader bir yorumu yanıtladı.
Kərimzadə qələmindən XVI əsr Gəncə və əhli Gəncə.
Gəncə elə yerdi ki burda kənardan gələn çətin hörmət izzət qazanırdı.Şeyx Nizami dövründən belə bir qayda qalmışdı.Gəncə , gəncəli hamıdan , hər gələnnən üstün olmalıdı , istər sənətdə , istər qonaqpərvərlikdə , istər təkəbbürdə , istərsə də sadəlikdə.Bu şəhərdə gəncəliylə gəncəlilik eləmək olmazdı.Gəlmisən , çox yaxşı , yetim qızsan , qıvrıl yat Cızığından çıxanı çızığına salırdılar.
Sayfa 247