Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fidan Gözəlova

Fidan Gözəlova
@Fido_G
Yüz dəfə yansaq eşq oduna, qorxu bilmərik, Çünki diyarımız bizim odlar diyarıdır.
28 okur puanı
Ağustos 2023 tarihinde katıldı
311 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Mimi si çakula...
Sən necə möhtəşəm bir aləmsən?! Oxuduqca içinizdə kəpənəklər uçurdacaq,üzünüzü güldürəcək,gözünüzü yaşardacaq bir kitab... Oxumayanlar bunu uşaq kitabı kimi görsə çox yanılmış olar))Mən də yanılmışdım.Kitabda gözəl məlumatlar,psixoloji fikirlər yer alır. Şiddətlə tövsiyə edirəm)
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020163 okunma
Reklam
408 syf.
·
Puan vermedi
·
5 günde okudu
Spoiler ola bilər)
Elxan Elatlının oxuduğum digər kitabları qədər axıcı və maraqlı bir kitab oldu.Ancaq bəyənmədiyim nüansları oldu və onları qeyd etmək istərdim.Bəyənmədiyim ilk nüans Ələmdar və Gültənin münasibəti oldu.Hər nə qədər bu münasibət müdafiə edilməyə çalışılsa da ,təəssüf ki,uğursuz alınıb)Çünki bu müdafiə Ayçöhrənin ev xanımı,Gültənin isə döyüşçü olması üzərində qurulmuşdu.Bu hissədə müharibədə iştirak edən qadınlarla müqayisədə ev xanımının alçaldılmasını görürük.Gültənin dövlətin xeyiri üçün əvəzsiz addımlarını göz ardı etmək olmaz,ancaq bunu Ayçöhrənin başına vuraraq onun qadın hüquqlarını,qürurunu qoruması üçün hər hansın cəhd göstərmək haqlarını əlindən almaq, qətiyyən, doğru bir şey deyildi.Digər bəyənmədiyim nüans isə dövlət işçilərinin qeyri-qanuni əməliyyat yerinə yetirməsi idi.Bəli, bunu edərək dövlətə xain "adamlara" layiq olduqları cəza verildi.Amma bunun ,tamamilə, qeyri-qanuni yolla və dövlət adamları tərəfindən həyata keçirilməsilə razı deyiləm .Hətta Ayxanın işlətdiyi bu cümlə, fikrimcə,tam yerinə düşdü: "Özünü dövlət adamından çox ,bir avtoritet və ya mafiya başçısı kimi aparan Ələmdar..." Bundan əlavə ,Surxayın ölümü də adi bir hadisə kimi qarşılandı... Razılaşmadığım hissələri nəzərə almasaq oxumağa dəyər kitab idi :)
Alternativ Əməliyyat
Alternativ ƏməliyyatElxan Elatlı · Teas Press · 0145 okunma
356 syf.
6/10 puan verdi
·
13 günde okudu
İlk öncə deyim ki,kitab motivasiya janrındadır.Bu janrla maraqlananlar üçün yaxşı bir tövsiyə ola bilər.Kitabda ən sevdiyim cəhət onun dizaynı oldu.Səhifələr arası şəkillər zövqlə çəkilmişdi.Amma sevmədiyim tərəfləri üstünlük təşkil etdi deyə bilərəm. Kitabdakı dialoqlar çox sıxıcı idi.Dialoqlar absurd şəkildə qurulmuşdu , insanı yorurdu."Çox sağolun", "minnətdaram", "əlbətdə", "məmnuniyyətlə " və.s kimi ifadələrə həddindən artıq yer verilmişdi.Buna görə də kitab axıcı olsa da mənə sıxıcı gəldi.
Dan Ulduzu
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 201977 okunma

Okur Takip Önerileri

Tümünü Gör
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Anam...Anam sənə əmanət...
Kitabı düşünüb-düşünüb saatlarla ağlaya bilərəm.Mənə məlum olan,ancaq fərqinə varmadığım çox şeyi tapdım.Kitablar olub,bəzi yerində üzülürsən, bəzi yerində gülürsən.Ancaq mən bu kitabı hüznlə oxudum.Hansi ki,o hüzn mənə aramlıq qatırdı.Bu aramlıq buraxdığım səhvlərin nəticəsinin qarşıma qoyulmasından doğurdu.Çarəsizliyi,peşmanlığı iliklərinə qədər hiss edirsən.Gündəlik həyatımızda o qədər xırda hadisələr olur ki,onları göz ardı edirik.Vaxt gəlir onlar bizim ən böyük yaralarımızın açılmasına səbəb olur. Həqiqətən,biz bəzən ən böyük faktı unuduruq. Bu həyatda səni öz canından artıq ANAndan başqa kim istəyə bilər?Bunu dərk etsək,həyatımızı onu razı salmaqdan başqa heç nəyə sərf etmərik...
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Qanun Nəşriyyatı · 2019282 okunma