Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ləpirçi: Mən Yeməli Deyiləm

Rövşen Abdullaoğlu
“Ləpirçi” silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, bö­yük bir materikin taleyini dəyişməyə cəhd edən cəsur və mərd insanların mü­barizəsindən danışır. Bu kitablar, eyni zamanda oxucunu müxtəlif Afrika tay­falarının qədim mədəniyyəti, inanc və əfsanələri, insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış edəcək; həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psi­xologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirəcək. Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalq­ları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ov­layıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağ­də­rili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dün­yanın ən qısaboy xal­qı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “tə­kamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar. Yumruq boylu insanların talelərini dəyişmələri üçün qarşılarında duran ən mühüm sual bizi, bəlkə də, heç vaxt düşündürməyib: insan olduğunu isbat etməyin bir yolu varmı?
Yazar:
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Tahmini Okuma Süresi: 7 sa. 29 dk.Sayfa Sayısı: 264Basım Tarihi: 2020Yayınevi: Qədim Qala Nəşriyyatı
ISBN: 9789952837421Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 saatte okudu
Kitabı oxuyandan sonra Afrikada yaşamaq istədim lap >//< Afrika həyatı, təbiətlə bu qədər iç-içə olmaqları həmişə mənə qəribə gəlmişdi. Düzü, belə mövzunun diqqətimi çəkəcəyini də düşünmürdüm. Lakin kitaba başladıqdan sonra oxumağa can atdım. Sanki, artıq onlara haqq verirdim, həmçinin sözlərlə belə olsa təbiət təsvirlərindən zövq alırdım. Digər hissələrini də oxumaq üçün səbirsizlənirəm:D
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
Reklam
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Mimi si çakula, mimi si çakula!
Səmimi olaraq deyim ki, kitaba başlamazdan qabaq kitaba qarşı önyarğım var idi. Niyəsini özüm də bilmirəm, bu qədər bəyənəcəyimi düşünməzdim. Bu kitab da məni kövrəldən kitablar siyahısına qoşuldu. Afrikada insanların yaşayış tərzi, münasibətləri mənə həmişə maraqlı olub. Kitabı oxuyarkən özümüzü həmin insanların yanında hiss etməyə bilmirik. Bununla bərabər dostluq, sevgi üçün aparılan mübarizəyə şahid oluruq. Çox maraqlı idi və Rövşən Abdullaoğlununun bu kitabı da uğurlu alınıb. Kitabın sonu çox üzücü oldu. Kitabın adı isə həqiqətən, əla seçimdir. Mən yeməli deyiləm.. Mimi si çakula..
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
264 syf.
6/10 puan verdi
·
7 günde okudu
Normalda bu kitab Rövşən Abdullaoğludan oxuyacağım son kitab olacaqdı. Çünki romanlarını bitirmişdim, motivasiya, fərdi-inkişaf janrnda olan kitablarını da oxumağı planlaşdırmırdım. Geriyə də iki ayrı silsilədən iki ayrı kitab qalırdı bununla da onları bitirəcəkdim. Amma kitabın əvvəlində yazıçının fəaliyyəti ilə bağlı məlumatlandırıcı mətn
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
310 syf.
·
Puan vermedi
Rövşən Abduloğlunun digər kitabları kimi Ləpirçi də axıcı idi.Ümumiyyətlə yazıçının heç bir kitabına incələmə yazmağı ehtiyac bilməmişəm ancaq bu kitabda tərəddülü qaldım.Doğrusunu desək,digərləri kimi möhtəşəm deyildi.Amma özünə məxsus bir fərqliliyi varıydı.Burada göstərilirdi ki,İnsanın harada yaşamağından asılı olmayaraq, o insandır.Eyni pis və yaxşı xislətlərə sahibdir.Kitabı oxuyarkən tamam ayrı bir dünyaya keçid edirsən,əslində oxuyarkən çox maraqlıdı ancaq haqqında məlumat verməyə gələndə heç nə deyə bilmirsən.Nə qazandım desək,sadəcə vaxtım maraqlı keçmiş oldu və insani duyğuların dəyişməyəcəyini öyrənmiş oldum.
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
Reklam
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Kitabın müəyyən bir hissəsindən sonra insan olduğunu necə sübut etmək olar, deyə bir sual sona qədər insanı düşündürür. Boyunun ölçüsü, dili, inancları və s. bu xüsusiyyətlər insan olmağına sübut ola bilərmi? Bunlarla yanaşı Lanonun hadzaların başçısı ilə olan dialoqu mzunquların gəlişi ilə tayfanın qarşılaşdığı çətinliklər insanın təbiətə dağıdıcı təsirini də gözəl vurğulayır. Məncə, romanın en sevimli hissələri Xolo və Lanonun söhbətlərdir.
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
264 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Rövşən Abdullaoğlunun qələmindən sayca oxuduğum 7 ci roman oldu.Afrikaya səfəri zamanı müxtəlif qəbilələrlə tanış olub,onlar haqqında topladığı materiallardan ərsəyə gətirdiyi bu roman oxuduğum ən gözəl romanlardan biri oldu.Rövşən Abdullaoğlunun yazdığı bütün romanlar sətir altı mesajlarla doludur.Bu romanda da Allahın vahidliyinə və bu Allah sevgisinin hər bir fərdin qəlbində olduğuna,insanlar arasında irq və milliyətçilik ayrı seçkiliyinə qarşı göndərmələr verir.
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
264 syf.
8/10 puan verdi
·
4 günde okudu
Mən yeməli deyiləm
Kitaba neqativ düşüncələrlə başlasam da kitabı oxuyarkən bu düşüncələrdən uzaqlaşdım və mənim üçün xoş bir oxuma oldu. Kitab sizə Afrika və insanların, həyatın və mədəniyyətin nə qədər fərqli ola bileceyini göstərir. Böyük işlər üçün böyük əllərə yox, böyük ürəklərə ehtiyac var.
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
264 syf.
·
Puan vermedi
·
10 günde okudu
Yenə özümü ağlamaqdan güclə saxladığım bir kitab... Bu şəhərdə kimsə yoxdurdan sonra bu kitabın pis olacağına qarşı heç bir şübhəm yox idi.))) Elə də oldu. İnsan nədir,insan necə olmalıdır,fədakarlıq duyğusu. Sanki birəbir şahidi olursan bu kitabda. Fiziki gücün hər şeyi həll etmədiyini, qəlbin üstələdiyini bir daha şahidi oldum. Hisslər,duyğular heç vaxt inkar edilə bilməz. İnsanı insan edən onlardır. Əgər onlar yoxdursa demək ki,sıxıntı var.(((
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
Reklam
264 syf.
·
Puan vermedi
" Doğrudanmı, birinə nifrət etmək üçün onun səndən fərqlənməsi bəs edir?" Bu sözlər ilə başlamaq istədim kitab haqqında olan fikirlərimə. Kitab afrika həyatından bəhs edir yazıçının oxuduğum ilk əsəridir və həqiqətən də çox qürur duydum ki , belə istedadlı yazıçılarmız var . Kitabın dili çox sadədir və olduqca axıcıdır siz çox maraqla oxuya biləcəyiniz möhtəşəm bir romandır . Romanda insanların bir birlərindən fərqli olması dili , boyu və başqa xüsusiyyətləri əks olunub. Siz bu romanda Afrika xalqlarının qədim mədəniyyəti, fərqli yaşayış tərzi, inanc və əfsanələri , insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış olacaqsınız. Bir sözlə kitab vasitəsilə siz Afrikanı yazarın gözləri ilə görəcəksiniz. Çox özəl bir yeri var kitabın məndə tövsiyə edirəm ki mütləq oxuyun. Sitatlar : "Aslan qocalanda onu yemək üçün ətrafına çaqqallar toplaşarlar" . "Bəndəyə layiqincə şükür etməyən Məbuda da edə bilməz". "İnsan insanı yeyərmi ? Biz yeməli deyilik. " "Ancaq darıxdığım birinin olduğunu düşünəndə özümü xoşbəxt hiss edirəm." "Səni sevməyəndən sevgi dilənmə, sənə güvənməyənə nəsə isbat etməyə çalışma. Çünki xeyri yoxdur. " Və sonda onunda qeyd edim ki , bu əsərdə siz insanın insana nifrətin və heyvanın insana məhəbbətini görəcəksiniz. Xoş mütaliəyələr ♡
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
311 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Mimi si çakula...
Sən necə möhtəşəm bir aləmsən?! Oxuduqca içinizdə kəpənəklər uçurdacaq,üzünüzü güldürəcək,gözünüzü yaşardacaq bir kitab... Oxumayanlar bunu uşaq kitabı kimi görsə çox yanılmış olar))Mən də yanılmışdım.Kitabda gözəl məlumatlar,psixoloji fikirlər yer alır. Şiddətlə tövsiyə edirəm)
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
264 syf.
7/10 puan verdi
·
9 günde okudu
Yazarın bir neçə əsəri ilə tanışam, roman tərzi olan əsərlərində nəsə əskikliklər var, tapa bilmirəm nələrdir. Ümumilikdə yaxşı yazır, axıcıdır. Roman macəra tərzi bir romandır. Hadisələr Afrikada cərəyan edir və qəhrəmanımız Lano ilə birlikdə mən də Afrikanın bölgələrini səhayət edib, əyləndim.
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
264 syf.
·
Puan vermedi
·
36 saatte okudu
Yaxşı ki oxudum dediyim kitablardan oldu. Dilin ,dinin fərqi olmadan insanı insan olaraq sevmənin önəmini xatırladırdı . Insanı insan edən dəyərləri , heyvandan ali olmasına baxmayaraq , bəzən heyvanlardan da aşağı olabiləcəyini... Bizim kimi insan olan , ancaq tamam başqa "dünyalarda" yaşayan insanlardan , tayfalarından bəhs edən , axıcı , şirin bir macəra kitabıdır.
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
319 syf.
8/10 puan verdi
·
63 günde okudu
Ayrı-seçkilik, siyasət, heyvan və insan fərqlilikləri, sevginin ehtivası
Ağ insanların ağ əməlləri yoxdur. Kimə tabe olsan, ona bənzəyərsən.... Kimi bir neçə əsaslı fikirləri özündə əks etdirən bu kitab oxumağa dəyər. "Belgesel" tərzi mövzular maraq dairəm də olmasa da, insan və heyvan aləmindəki fərqlilik və bənzərliklər insanı sehrləyir. Rövşən Abdullaoğlunun qələminin güclü olduğu məlum məsələdir. "Mən yeməli deyiləm" sadəcə bir region üzrə deyil, bir çox materikə, dünyaya qanad açması insanı vəsf edir. Bəzi hissələrdə sıxılmağım və təsvirin çox olmağı yorsa da, ümumilikdə dəyər qazanacağınız kitabdır. Xoş mütaliələr.
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.