Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sevdasız Aylar

Salam Qadirzade

Yorumlar ve İncelemeler

Tümünü Gör
78 syf.
6/10 puan verdi
·
22 saatte okudu
Nisbətən zəif kitab idi. Sanki nəyinsə xatirinə yazılıb. Axıcılığı da o qədər deyildi. Mövzusu maraq çəksə də, ətraflı yazılmayıb. Daha geniş şəkildə bu mövzunu işləmək olardı. Müəllif hər mövzudan az-az yazıb bitirməyə çalışıb sanki. Amma obrazlar yaxşı işlənilmişdi. Xarakterləri aydın təsfir olunmuşdu.
Sevdasız Aylar
Sevdasız Aylar
Salam Qadirzade
Salam Qadirzade
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Xan nəşriyyatı · 2015278 okunma
Reklam
·
Puan vermedi
"...İstiraһәt günü idi. Hava xoşalmışdı. Sevda Asiflә şәһәrә gәzmәyә çıxmışdı. İkisi dә zövqlә, qәşәng geyinmişdi. Qızın gözlәri gülürdü. Qumral saçları çiyinlәrinә tökülmüşdü. Bu dәqiqә o özünü dünyanın әn bәxtәvәr insanı sanırdı. Sanki Asifi bir daһa itirәcәyindәn qorxurmuş kimi әlindәn yapışmışdı. Belәcә, qoşa addımlayırdılar. Sevda fikirlәşirdi: “Eһ... Dünya qәribә dünyadır... İnsanlar yaxşı... insanlar var xәbis... Onları tanımaq, öyrәnmәk çәtindir”… Asif isә qızıl yatağı tapmış bir geoloq fәrәһi keçiridi. Bu dәfinә, bu xәzinә һәmişә, ömrünün axırınadәk olaraq qalacaqdı. Hәlә dağlara çıxmamışdan әn qiymәt bir kәşf elәmişdi bu cavan geoloq. Sevdanın ürәyi Asifin ilk axtarışı... ilk nadir tapıntısı... Sevgililәr söz qoymuşdular, ayrılığın, һicranın acığına yoruluncayadәk gәzәcәkdilәr, şәһәri ayaqdan salacaqdılar. Asif üçün Sevdasız, elә Sevda üçün dә sevdasız keçәn aylar әvәzini çıxacaqdılar..."
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Xan nəşriyyatı · 2015278 okunma
78 syf.
9/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Sovet dövrünün Azərbaycan yazıçıları üçün bir az kədərlənirəm. Unudulub bir qismi və daha neçələri də unudulmaqdadır. Nə məsuduq ki, qoruya bilmişik Salam Qədirzadəni, onun bədii irsini. Yazıçının imzası olan “Kəndimizdə bir gözəl var”, “46 bənövşə”, “Sevdasız aylar”, “Qış gecəsi”, “Hər gün ömürdən gedir” və digər əsərlər bu gün oxucular arasında sevərək oxunulur, təbliğ edilir. 4-cü kitabdır “Sevdasız aylar”. 4-cü “Mükəmməlsən, cənab Qədirzadə” deyərək bitirdiyim kitab. Lakonikdir, söz çoxluğu olsun deyə içi boş, mənası olmayan cümlələrə yer verilmədiyi bəllidir. Obrazlar bizdən biridir, mübaliğəli, pafoslu rənglərlə boyanmayan, saf, səmimi 1970-lərin adamları. Gəncliyin ruhuna bürünən tələbələr, onların həyatla sınağının müəyyən epizodları ilə tanış olanda sual verməmək olmur: “Mən Sevda olsa idim, nə edərdim? Mən Valeh olsam, mən Rəhilə olsam, mən Asif olsam, mən Vahid olsam...” Xan nəşriyyatına minnətdaram, S.Qədirzadənin əsərlərini elə qəşəng, zərif nəşr ediblər ki. Üz qapaqları fərqlidir, bilinir ki, diqqətlə, özənlə hazırlanıb... Ancaq təəssüf ki, 3-cü nəşrin korrektə zəifliyi bir qədər kölgə salır bu müsbətliyə. Düşünəndə ki kitabların dilə təsiri nə dərəcədə əhəmiyyətlidir, mətnlərdə maksimum səhvlərin az və ya heç olmamasına çalışmalıyıq. Seçin bir bahar ətirli gün, açın “Sevdasız aylar”ı, 20-ci əsrə səyahətdən zövq alın...
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Xan nəşriyyatı · 2015278 okunma
78 syf.
·
Puan vermedi
·
Beğendi
·
3 günde okudu
Kitabi aylar öncə anam israrla məsləhət görürdü mənə. Axir ki, bugun oxudum ve bitirdim.. Oxumaga deyer kitab idi, saf sevginin sonu xosbextlikle bitdi bu kitabda ve iki seven arasina giren VALEH kimi ucuncu şexslerde coxdur bu heyatda. Valehin Sevdaya atdigi bohtanlar, Yalanlar sonda heqiqeti ortaya cixardi.... Mutlu sonlu bir hekayenin sonuna geldim..
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Xan nəşriyyatı · 2015278 okunma
Reklam
80 syf.
9/10 puan verdi
·
Beğendi
Kiçik həcmli olsa da çox gözəl kitabdı. Söz çoxluğu xatirinə yazılmadığı açıq aydın hiss olunur. Hadisələrin gedişində hər iki gənc arasında olan gözəl hisslər təbii əks olunub. Baş qəhrəmanın, Asifin Sevdanın xoşbəxtliyi naminə geri addım atması onun sevgisinin ən bariz göstəricisidir. Kitabı oxuyan hər kəsə xoş mütaliələr. :)
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Xan nəşriyyatı · 2015278 okunma
78 syf.
9/10 puan verdi
·
27 saatte okudu
Necə müxtəlif xasiyyətli insanlar var,bir tərəfdən çox düşüncəli, yoldaşlarının xatirinə özünü oda atan,onlar üçün hər şey edə bilən böyük qəlbə sahib insanlar,bir tərəfdə sadəcə özünü düşünən, öz mənafeyini güdənlər... Salam Qədirzadənin gözəl əsərlərindən biri olan "Sevdasız aylar"da biz insanlar arasında olan bu fərqi, yalanın gec tez üzə çıxacağı həqiqətini, haqqın mütləq yerini tapacağını, həmçinin sevdiyi insanın xoşbəxtliyi naminə hər şeyin edilə biləcəyini öyrənirik.Heç nə sizə dəyər verən insanları qırmağa dəyməz,onların dəyərini bilin,nəyinsə xatirinə onları qırmayın.Əsərin qəhrəmanlarından olan Asif Sevdanın xoşbəxt olmağı üçün ondan uzaq gəzir,lakin həqiqət üzə çıxdıqdan sonra onlar yenə birləşir.Rəhilə etdiklərinə baxmayaraq Valehi bağışlayacaq hətta onun üçün əlindən gələni edəcək qədər böyük ürəyə sahibdir.
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Xan nəşriyyatı · 2015278 okunma
78 syf.
10/10 puan verdi
·
Beğendi
Bakinin iller evvel gorkemi genclerin safligi necede gozel imis .Oxuduqca herkesin xarakterini yasadin.Cox urek acici movzu idi .Sonunda Sevda ile Asifin bir arada olmasi ...
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Xan nəşriyyatı · 2015278 okunma
80 syf.
·
Puan vermedi
Tələbəlik həyatı... sovet dönəmi... gənclərin bir birinə olan məhəbbəti.. dürüstlüyün qələbə çalması. Qarşılıqlı və arşılıqsız hisslər.. ən sonda qarşılıqlı məhəbbət zəfər çalır
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Xan nəşriyyatı · 2015278 okunma
Reklam
80 syf.
10/10 puan verdi
Qız ilә oğlanın dostluğu vә sevgisi arasında elә incә bir körpü var ki, gәncliyin çoşğun duyğuları addayıb keçmәk üçün ora yan alanda çox eһtiyatlı tәrpәnmәk lazımdır. Bәzәn tәləsib yarı yolda büdrәyәnlәr ikiqat fәlakәtә uğrayırlar. Dostluğu itirirlәr, sevginin vüsalına yetişmirlәr. Olmaya, Sevdanın zәif duyğuları da belә bir uçuruma yuvarlanmışdı? Axı, qızcığaz o körpüyә yanaşmağa һәlә cәsarәt etmәmişdi! Dostluq sәddindәn bir addım da o yana keçmәmişdi...
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Xan nəşriyyatı · 2015278 okunma
78 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 saatte okudu
Sevdasız Aylar
Sevdasız Aylar
lakonikdir.
Salam Qadirzade
Salam Qadirzade
az sözlə çox şeyi ifadə etmişdir. Obrazlar bizlərdən biridir. 1970-ci illər, sovet dövrü, tələbəlik həyatı, mübaliğəli, saflıq, səmimiyyət, gənclərin bir-birinə olan məhəbbəti və s. Rəflərdə olmalı və oxunmalı kitablardan biridir.♡⁠✿⁠ 
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Xan nəşriyyatı · 2015278 okunma
78 syf.
2/10 puan verdi
Sevdasız aylar... Salam Qədirzadədən oxuduğum ikinci kitab, əvvəl 46 bənövşəni oxumuşdum. Onu qismən bəyənmişdim... Əsər məni qane etmədi, açığı, bədiilik baxımından əskiklik hərtərəfli duyulur. Süjet çox sadə, bəsit, tələbəlik illərində iki gəncin məhəbbətindən bəhs edir. Qeyri-adi, fərqli bir qatqısı oldumu? Xeyr... Diqqətimi çəkən sadəcə o oldu ki, o vaxtlar insanlar daha çox dialoqda olub, bir-birini sıxılmadan dinləməyi bacarırmış...
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Xan nəşriyyatı · 2015278 okunma
80 syf.
·
Puan vermedi
Bu yazıçıdan oxuduğum ilk kitab idi və digər kitablarını da alıb oxumağı düşünürəm. Kitabı bəyəndim və saf, təmiz hisslərlə bir-birini sevən iki insanı görəndə o qədər xoşbəxt oluram ki. Mən hələ də belə münasibətlərin qaldığına inanan insanlardanam. Doğrudur, sadəcə öz mənfəətini güdmək üçün sevirmiş kimi davranan insanlar da çoxdur. Nə isə. Kitabda iki sevən insanın arasına girməyə çalışan və böhtan atan obraz (Valeh) olmasına baxmayaraq, Asif və Sevda sonda qovuşur. Ümid edirəm ki, Asif və Sevda kimi bir-birini gözəl hisslərlə sevən bütün insanlar bir gün qovuşar.
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Hədəf Nəşriyyatı · 0278 okunma
80 syf.
8/10 puan verdi
·
2 saatte okudu
Titi və öküzün saf məhəbbət tarixçəsi:) Əsər vasitəsilə Salam Qədirzadə qələmi ilə tanış oldum:) Oxuduqca istirahət edib, Tələbəlik illərimə qayıtdım, 2 saatın necə keçdiyini özüm də anlamadım, oxumağa dəyərdi.. Artıq Qədirzadə gənc nəslə xitab edən yazıçı kimi həkk oldu yaddaşıma
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Hədəf Nəşriyyatı · 0278 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.