Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Kəndimizdə Bir Gözəl Var

Salam Qadirzade

Yorumlar ve İncelemeler

Tümünü Gör
198 syf.
7/10 puan verdi
·
Beğendi
·
33 saatte okudu
Kəndimizdə Bir Gözəl Var-Salam Qədirzadə
Hər kəsə tövsiyyə edirəm bu kitabı.İlk dəfə Salam Qədirzadənin qələmə aldığı əsərə müraciət etdim və heç peşman olmadım.Oxuduğum çox təsirli əsərlərdən biridir. ️ Hər kəsə xoş mütaliələr arzu edirəm.Fikirlərimi instagram hesabındada daha geniş şəkildə paylaşmışam, linkə keçid edib baxa bilərsiniz instagram.com/p/CdV0WWyKZVs/?...
Kəndimizdə Bir Gözəl Var
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · XAN · 2015227 okunma
Reklam
208 syf.
7/10 puan verdi
·
11 günde okudu
Əsər müəllifin qələmindən oxudum ilk əsər olmasa da daha çox diqqətimi çəkən əsər oldu.    •Həyatımızda da qarşımıza müxtəlif xarakterli,ən pis halda da xaraktersiz insanlar çıxır, fikrimcə,bu qaçılmazdır.Nə istədiklərini bilməyən,arzu və məqsədləri olmayan,dünyaya isə dünya gözüylə deyil sadəcə öz kiçik pəncərəsiylə baxan insanlar...Bu dünyada qonaq olduğunu unudan insanlar..Yalnız yeyib-talayıb,gəzib- dolaşmaq üçün Bura gələnlər...   • Əsas obraz,özünün kirli keçmişi ilə,kirli də gələcək quran Yeganə kimi...Qaraçı qız olmaqla başlayan uşaqlığı ilə həyatın ən çirkli quyularına bilərəkdən bəlkə də məcburən düşdü.Yalanları ilə hər kəsin gözünü boyuyaraq təkcə teatrda yox həyatda da rola girdi.Mehriban və igid ,bununla yanaşı bir o qədər də saf olan Əkrəmlə tanış olur və hər şey bundan sonra başlayır.Əkrəm 4 il müharibədəykən Yeganənin həyatı necə keçir?!.Əkrəmin müharibədən gəlməsiylə hər şey dəyişir.Artıq geridə onun üzünə xoş davranan Yeganə yox idi.Çətin də olsa eşitdiklərinə inanaraq bir müddətdən sonra öz doğru qərarını verir. Sonda Yeganə öz cəzasını alır...Mənəvi Əkrəmin hisslərini,fiziki olaraq isə Günəşin körpəsini öldürərək qatil olur... Hələlik bircə ulduz kəşf eləmişəm. Onu da göydə yox, yerdə. Bəzən nəciblər, xeyirxah niyyətlərlə yaşayanlar vaxtından tez ölür, xəbislər, bədxahlar isə elə hey ömür sürürlər.” İnsanın gözləri qəlbinin tərcümanıdır Neyləyim ki, mən bədbəxtəm! Könlüm arzular qəbiristanıdır..
Kəndimizdə Bir Gözəl Var
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · XAN · 2015227 okunma
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Salam Qədirzadə-Kəndimizdə Bir Gözəl Var 5/5 Bir müddət öncə @kitab_oxuyan_dostlar ilə canlı yayında danışmışdıq. (Bu arada keçid edib @kitab_oxuyan_dostlar səhifəsini İGTV videoları qismindən izləyə bilərsiniz) Dedim ki, mütləq postunu yazmalıyam. Yazıçının qələmi ilə ilk tanışlığım idi və ciddi anlamda çox bəyəndim. Fikirlərini, duyğularını çox
Kəndimizdə Bir Gözəl Var
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · XAN · 2015227 okunma
208 syf.
·
Puan vermedi
·
23 saatte okudu
İnsanın gözləri qəlbinin tərcümanıdır. Dil çox şey danışa bilər- yalan da, həqiqət də. Düşmənə-dost, yaxşıya-pis... Günəşli gündüzə-zülmət gecə... Bu, bir tikə sümüksüz ət parçası dil üçün asandır. Zatən, acı bir mətah dilin özünü yandırsa da, dildə ona şirindir demək, çətin deyil. Lakin göz riyakarlıq bacarmır... O elə real bir ekrandır ki, ürəyin dəruni, mübhəm sirrlərini olduğu təkin, düzgün əks etdirir, xislətini dəyişmək istəsə də, göz bacarmır, özünün lal, eşidilməz dili ilə anladır, həqiqəti biruzə verir...
Kəndimizdə Bir Gözəl Var
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · XAN · 2015227 okunma
Reklam
208 syf.
6/10 puan verdi
·
Beğendi
Adı Leyladır onun... deyirəm nə yaxşı bu qız anasına oxşamıyıb... çox təsirli əsərdi. Azərbaycan qadınının adına ləkə olan Yeganə... pozğun həyat tərzi seçməsinə baxmayaraq qeyrətli bir kişiyə ərə gedir. Əri Əkrəm müharibəyə gedir, və bu qadın öz meşşan həyatına davam edir.. Əkrəm müharibədən kor qayıdır.. sənəti aktrisa olan Yeganə həyatda da aktrisa rolunu oynayır. Obrazdan obraza girir. Və rahat həyat saydığı bu çirkin həyatına davam etmək üçün öz doğma balasını boğub öldürür, və buda sən demə onun öz balası deyilmiş bunun öz qızıyla illərdir övlad həsrətində olan bir ailənin oğul övladı dəyişik düşübmüş xəstəxanada.. və hər kəs ayılanda artıq iş işdən keçmişdi.. yeganə həbs olur və qızı Leyla gözəl bir ailədə tərbiyə alır... tale də onu Göydəniz adlı bir gənclə birləşdirir.. Əkrəm də ailə qurur və xoşbəxt olur... yeganə də öz layiqli cəzasına çatır
Kəndimizdə Bir Gözəl Var
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · XAN · 2015227 okunma
208 syf.
9/10 puan verdi
·
Beğendi
Qəlbimizdə bir gözəl var
Oxuduğum və bəyəndiyim əsərlərdən biri oldu. Həyatda yolunu azanlar da var, yolunu azmışların yolunda qurban olanlarda.... Kaş ziyanı qabaqcadan bilə bilsək... Ama hər halukarda "ziyanın harasından dönərsən kardır." Yeganə sadəcə olaraq mal,mülk, şöhrət düşünərək gözlərini kor etmişdi. Əsil gözlər olaraq qəlbin gözünü düşünərsək. Əkrəm hər şeyi görür, Yeganə isə heç nə görə bilmirdi, çünki o, kor idi. Həqiqi sevgini, məhəbbəti görməyənlər bu dünyada ömürlük kordur. Sevgini pulda axtarmaq, məhəbbəti maddiyyatda görmək insanlığın bəlasına çevrilir. Leylaya gəldikdə isə həqiqi atasının qəlb gözü ilə dünyanı gördüyü üçün mən buna sevinirəm.
Kəndimizdə Bir Gözəl Var
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · XAN · 2015227 okunma
208 syf.
·
Puan vermedi
·
Beğendi
·
35 saatte okudu
İnsanın gözləri qəlbinin tərcümanıdır.
Qəlbindən keçən sözləri gözlərinə baxaraq, hiss edərək duya bilərsən. Hə, amma seçimində yanılmamısansa.. Ilk olaraq, əsərdən çox gözləntim yox idi. Amma oxuduqdan sonra o qədər təəccübləndim ki, bu hissi gizləmək üçün bəzi məqamlarda əlimlə ağzımı tuturdum. Ön yarğımı "Kəndimizdə bir gözəl var" əsəri ilə yıxmış oldum. Həyatımıza addım atan insanlara ilk görüntüləri etibarı ilə, müəyyən xüsusiyyətlər "yerləşdirərik", bu onlarda olmasa belə. Və gözümüzdən asdığımız bu "pərdə"nin nə zaman və necə düşəcəyi sizdən asılı olacaqdır. Ya çox erkən ya da çox gec .. Təsadüftəndir ki, Əkrəmin gözündən enən bu "pərdə", onun qaranlığa məhkum olduğu zamanda enmişdi. Müharibə səbəbindən gözlərini itirən Əkrəmin həsədini apardığı görmək istəyi, tək bircə an uçub getmişdi ; vəfasız həyat yoldaşı qarşısında. Həyatın mənasını gəzib, əylənməkdə, yalnız olmadan yaşamaqda gören Yeganə, bir çoxlarının ilk sevgisi və son təcrübəsi olaraq, yenə də yalnızlığa məhkum olacaqdır... Axıcı dillə yazılmış novellalar romanını bir nəfəsə bitirəcəksiniz. Xoş mütailələr
Kəndimizdə Bir Gözəl Var
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · XAN · 2015227 okunma
208 syf.
10/10 puan verdi
·
Beğendi
kendimizde bir gozel var
Ne edim ki qelbim arzular qebirstanligidir. Dunyaya bir kere gelirik xosbext olmaq arzulamaq herkesin haqqidir. Men de istediyim kimi yasamaq isteyirem.
Kəndimizdə Bir Gözəl Var
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · XAN · 2015227 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.