Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Heyran Zöhrabova

Heyran Zöhrabova
@Heyran_Zohrabova
Yaxşı olmaq hələ də mümkündür..
2 okur puanı
Nisan 2024 tarihinde katıldı
Şu anda okuduğu kitap
Basdırılmış həqiqətlər..
Gündüzlər qələbəlikdəki gülən simanı axşamlar təklikdə üzündən soyunanda nə görürsən güzgüdə? Xoşbəxtlik maskası geyinmiş saxta gülüşlərinlə, kimi aldatdığını düşünürsən onları, yoxsa özünü? Kənardan baxanda saray stünlarını xatırladan dik duruşun neçə yerdən qırıq olduğunu heç saymısan? Ya da polad iradənin arxasında gizlənmiş uşağın neçə yaşı olduğunu xatırlayırsanmı? O hər döyüşdə qalib, o hər mühitdə məğrur ədanın kölgəsində uyuyan məğlubiyyətləri yuxuya verməkdən ötrü neçə gecə yuxusuz qaldın sən? Vecsizmiş kimi, ya da hər şey yolundaymış kimi dolaşarkən əslində özünü yağmağa hazır bulud və ya yad planetdəymiş kimi hiss etməyindəmi yalandır yoxsa? Bir bax üfüqdəki o boz-bulanıq buludlara, yağış əlbət bir gün yuyacaq üzündəki boyaları. Günəş gözünün altına çökmüş nəmlə birlikdə, kölgəndəki çəlimsizliyi də utandıracaq. Suyu süzülə-süzülə üşüyərkən o müdafiəsiz uşağı hiss edəcəksən bütün iliklərində. Etiraf elə hansı, hansı yoxluqdur gözünün altındakı o bənövşəyi?
Reklam
Nə qədər çalışsan da ömrü-ömrə, günü-günə qəlbi bir başqa qəlbə calaya bilmirsən.. Əgər təməl zəifdirsə o təməl üzərində qurulan bina əvvəl-axır çökməyə məhkumdur. Kənardan hər nə qədər bəzək vurmağa çalışsan da, kənardan hər nə qədər xoşbəxt görünməyə çalışsan da,  almanı qurd içindən yediyi kimi bəzək vurub örtməyə çalışdığın həqiqətlər də eyni