Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Heyran Zöhrabova

Heyran Zöhrabova
@Heyran_Zohrabova
Yaxşı olmaq hələ də mümkündür..
2 okur puanı
Nisan 2024 tarihinde katıldı
Şu anda okuduğu kitap
Heyran Zöhrabova yorumladı.
Beş qarpız
İndi iki il əvvəlki halım ilə indiki halım arasında olan o böyük fərqi müəyyən etməyə çalışıram. Əslində, bəzi istisnaları hesaba qatmasaq dəyişən elə də çox şey yoxdur. Məsələn, cəsarətdən hələ də mükəmməl səviyyədə nəsibimi ala bilməmişəm və yaxud hələ də başqalarının fikirləri ilə özümü yönəltməkdən əl çəkə bilməmişəm. Hətta ən pisi də budur ki, mən hələ də "bəli" və "xeyr" cavablarını doğru yerdə, məqamda işlətməyi bacara bilmirəm. Bəzi "xeyr" cavablarının, əslində, "bəli" olması bir-birinin ardınca tükənməz sayda "bəli", " bəli", "bəli",... doğurur. Və hər şeyi itirdikdən sonra " yox" deyə bir küncə çəkilib özünlə mübarizədə məğlub olursan. Asandan çətini çıxarıb, çətini çətinlə toplayıb yoluna davam edirsən. Bir müddət sonra içində olduğun vəziyyətin səni, həqiqətən də, yorduğunu, incitdiyini qəbul etməli olursan. Həyatım boyunca bu bəlli bir periodla davam edib və bəllidir ki, edəcək. Anamın dost-tanış içərisində yerə-göyə sığdıra bilmədiyi gözü-könlü tox övladı indi göydən buludları dərmək üçün can atır. Və indi isə anası tərəfindən bir əlində beş qarpız tutmaq kəliməsi ilə təqsirləndirilir.Bəs o zaman məchul olan nə idi? Məchul olan bu idi ki, əl tutmadığı bir qarpızın hesabını bütün ömrü boyunca beş qarpızı daşımaqla ödəyir. Nəticə isə ürəyə gedən bütün damarların kütləşməsidir. Səbəb isə olmalı olanların gərəkdiyi zamanda və gərəkdiyi yerdə olmamasıdır.
Heyran Zöhrabova okurunun profil resmi
Atılan hər bir yeni addımda bir əvvəlki özündən bir addım daha yaxşıya doğru irəliləməyə çalışarkən, mütənasib olaraq özünə də bir addım atıb özünü biraz daha qəbul etmək və gərəkdiyi zamanda, gərəkdiyi yerdə olmayanlarla barışıb, bundan sonra gərəkdiyi yerdə özünü incitməkdən vaz keçib xeyr deməyi öyrənərək yola qaldığın yerdən davam etməyə ehtiyacımız var bəlkə də..
Jalə İslam okurunun profil resmi
Tabii siz anneleri tarafından size emanet edilən çocukları hər bakımdan yetərsiz gördüğünüz bir kadının annelik etmesine şiddetle karşısınız ama...