Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Lamiyə Mehralı

160 syf.
9/10 puan verdi
·
12 günde okudu
Hər nə qədər ilk kitaba nəzərən gec bitirsəm də, hadisələr daha maraqlı idi. Film və serialdan tanıdığımız Mary Morstan ilə (Dr. John Watson'un ürəyini oğurlayan xanım) bu kitabda keçən hadisələr səbəbi ilə tanış oluruq. Watson və Mary'nin necə tanış olduğunu oxumaq maraqlı idi. Xatırladığım qədəri ilə film və ya serialda buna yer verilməyib. Arthur Conan Doyle' un qələmində ən sevdiyim nüans isə hadisələrin yersiz uzadılmamasıdır. Seriyaya indi ara versəm də, bitirməyi düşünürəm.
Dörtlerin Esrarı - Sherlock Holmes
Dörtlerin Esrarı - Sherlock HolmesArthur Conan Doyle · Kızıl Panda Yayınları · 202011,9bin okunma
Reklam
182 syf.
9/10 puan verdi
·
4 günde okudu
İllər əvvəl 15 yaşım olanda oxumuşdum bu kitabı. Sherlock Holmes seriyasından oxuduğum ilk kitab idi. İllər sonra yenə də eyni maraqla oxudum. Xüsusilə Holmes'u ilk tanıdığım kitab olduğu üçün yeri məndə bir başqadır.
Kızıl Soruşturma
Kızıl SoruşturmaArthur Conan Doyle · Kızıl Panda · 202114,8bin okunma
456 syf.
10/10 puan verdi
Deyirlər ki, kitab oxumaq dünyaya bir dəfə gəlib minlərlə həyat yaşamaq deməkdir. Bu kitabı oxuduqda sözün əsl mənasında minlərlə həyat yaşamış olursunuz. Bir tərəfdən özünü həmin qadınların yerinə qoymaq dözülməz gəlir, digər tərəfdən onları əsgər olaraq yox, qadın olaraq başa düşürsünüz. Bir gecədə saçı ağaran... Müharibəyə kiçik yaşda getdiyi üçün dörd ilə 10 sm boyu uzanan... Müharibədə çox qan gördüyü üçün qırmızı rəngə allergiyası olan...(sözün həqiqi mənasında) Düşmən əlinə keçməmələri üçün öz körpəsini bataqlıqda boğmaq məcburiyyətində qalan...(əvvəllər bu hissə senzuradan keçməyibmiş) Sırf qadın olduqları üçün müharibədən sonra xorlananlar. Axı onlar dörd il kişilərlə bir yerdə döyüşmüşdülər... Bu kitabda onlar rus, əsgər hətta insan olaraq yox, qadın olaraq danışırlar... Son olaraq əsərdən bir cümlə ilə bitirmək istəyirəm: "Bu kitabı oxuyana yazığım gəlir, elə oxumayana da..."
Müharibə Qadın Simalı Deyil
Müharibə Qadın Simalı DeyilSvetlana Aleksiyeviç · Xan Nəşriyyat · 20151,061 okunma