Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Safura Orujova

Safura Orujova
@Lifelong_learner
Bir gün bir kapı açılır, ve o kadar güzel açılır ki mazideki tüm kapanan kapılar için hamd edersin. instagram.com/lifelong_learne... linktr.ee/Safura_Orujova
208 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 günde okudu
2024-cü ilin ilk kitabı
Salamlar, əziz kitabsevərlər Doğan Cüceloğlunun kitablarından alıntılar qarşıma çıxanda çox bəyənirdim və bu sayədə kitablarını oxumağa qərar verdim. "Yaxşı ki, oxumuşam" deyirəm, çünki kitab bu günə kimi oxuduğum ən möhtəşəm və faydalı kitablardan biri oldu. Kitabı oxuduqca insan olaraq "Həqiqətən özümüzü tanıya bilirikmi? Nə istədiyimizi bilirikmi?" kimi üzərinə düşünməli olduğumuz bir çox sual olduğunu bir daha anladım. Kitabda müxtəlif insanların həyat hekayələrinə yer verilməsi isə məni daha çox düşünməyə məcbur etdi. Bir sözlə, hər kəsə bu kitabı oxumağı tövsiyə edirəm Sonluğu kitabdan bir alıntı ilə bitirim: "Evlilik, bir çiçekçi dükkânı gibi size farklı olanaklar sunar; çiçeklerden nasıl bir buket yaratacağınız size kalmış..." İnşə Allah hər kəs gözəl bir çiçək buketi yaratmağı bacarar
Evlenmeden Önce
Evlenmeden ÖnceDoğan Cüceloğlu · Kronik Kitap · 20218,4bin okunma
Reklam
120 syf.
6/10 puan verdi
·
4 günde okudu
Salamlar, əziz kitabsevərlər. Ştefan Svayqın bir neçə əsərini oxumuşam. Məncə, digər əsərləri bu əsərə nisbətən daha maraqlı və axıcıdır. Kitabın başlanğıcı çox maraqlı gəlmişdi və Albert Kamunun "Yad" əsərinə oxşatmışdım , amma oxuduqca o maraq itirdi. Nəhayət, sonuncu cümləsini çox bəyəndim. Ümumilikdə gözləntilərimin aşağısında olan bir kitab oldu. Hər kəsə xoş oxumalar!
Möcüzəvi Gecə
Möcüzəvi GecəStefan Zweig · Parlaq İmzalar Nəşriyyatı · 2019144bin okunma
160 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Salamlar, əziz kitabsevərlər. Oxuduqca həyatıma nəzər saldığım, məni düşündürən və yol göstərən möhtəşəm kitab... Islam və dinimizin dirəyi namaz haqqında həm öyrənəcəyiniz, həm də həyatınıza tətbiq etmək istəyəcəyiniz maraqlı və lazımlı məlumatlar olan bir kitabdır. Yaxşı ki, oxudum dediyim kitablardan biri oldu. Kitabın yazarından Allah razı olsun. Oxuduqca ağlımdan keçənləri və yaşadığım hissləri indi sözlə ifadə etmək çətin gəlir. Bu kitab və Sözler Köşkü sayəsində neçə insan Islam haqqında öyrənib və ən əsası namazlarını davamlı qılmağa başlayıb. Bir sözlə, insanların həyatının daha da yaxşı olmağına əvəzsiz kömək ediblər. Yaxşı ki, belə insanlar, kitablar, videolar var. Zəhməti olan hər kəsə Allah hər iki dünyanın səadətini nəsib etsin. Amin.
Seviyorsan Git Konuş Bence
Seviyorsan Git Konuş BenceFatih Yağcı · Nesil Yayınları · 20151,023 okunma

Okur Takip Önerileri

Tümünü Gör
348 syf.
6/10 puan verdi
·
23 günde okudu
Salamlar, əziz kitabsevərlər🩷 Adını uzun müddət öncə eşitsəm də nəhayət oxuyub qurtardığım Kazuo İşiquronun "Məni heç vaxt tərk etmə" kitabı haqqında fikirlərimi bölüşmək istərdim. Kitab uşaqlığı Heylşemdəki qeyri-adi internat məktəbində keçən Keti adlı gənc qadının xatirələri əsasında qələmə alınıb. Roman boyunca maraqlı hadisələr cərəyan edir. Ümumilikdə isə gözləntilərimin aşağısında olan bir kitab oldu( Hər kəsə xoş mütaliələr!
Məni Heç Vaxt Tərk Etmə
Məni Heç Vaxt Tərk EtməKazuo Ishiguro · Teas Press Nəşriyyatı · 20177,7bin okunma
288 syf.
8/10 puan verdi
·
Beğendi
·
48 günde okudu
Uzun bir müddətdir ki, Ikigai kitabı haqqında çox eşidirdim və oxumaq istəyirdim. Yaponların həyat tərzi və düşüncə tərzi mənə maraqlı gəlirdi. O kitaba hələ də başlaya bilməsəm də Erin Niimi Longhurstun Japonizm kitabını oxumaq nəsib oldu. İlk öncə onu qeyd edim ki, kitabın dizaynı və içərisində olan şəkillər məni valeh etdi. Düzü bu günə kimi heç bir kitabın dizaynı bu qədər diqqətimi cəlb etməmişdi. Gəlim əsas kitabın mövzusuna. Yaponiya haqqında və həmçinin yaponların həyat tərzini öyrənmək istəyirsinizsə, mütləq bu kitabı oxuyun. Və bir gün Yaponiyaya yolunuz düşsə, bu kitab sizin yol yoldaşınız ola bilər, orda olan çay və yemək mədəniyyəti haqqında çox məlumatlı olarsınız. Bunlardan başqa kitab fərqindəlik qazanmaq, həyatınızı daha yaxşı yönə dəyişmənizdə köməklik edəcək və elə ən çox bəyəndiyim hissələr bunlar idi. Hər kəsə xoş mütaliələr!
Japonizm
JaponizmErin Niimi Longhurst · Pegasus Yayınları · 201958 okunma
Reklam
280 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Sevərək oxuduğum bir kitabın sonuna gəldik... Yazarın kitab sərgisinə gəldiyini bildikdə kitablarını araşdırmağa başladım və bu kitab diqqətimi çox cəlb etdi. Baxmayaraq ki, bu kitabı rəfiqəmə hədiyyə etmək qərarına gəlsəm də ona yazarın başqa kitabını hədiyyə etməli oldum. Nə xoş ki, sonrasında rəfiqəm bu kitabı mənə hədiyyə etdi və yazarın qələmi ilə tanış oldum. Yaxşı ki, tanış oldum! Oxumazdan əvvəl kitabın mövzusu çox maraqlı gəlmişdi və bitirdikdən sonra da bu haqda fikrim dəyişmədi. Ən çox sevdiyim isə dedektiv və romantik hadisələrin bir arada olması oldu. Kitabın bir hissəsini oxuduqda çox yorğun idim və həmin hissəni bir neçə dəfə oxumalı oldum ki, hadisələri anlayım və deyərdim ki, elə kitabın kuliminasiya nöqtəsi həmin hissə idi. Roman oxumağı sevənlərə bu kitabı oxumağı çox tövsiyə edirəm. Xoş oxumalar!
Mart Bənövşələri
Mart BənövşələriSarah Jio · Qanun Neşriyat · 201622,4bin okunma
440 syf.
10/10 puan verdi
·
Beğendi
·
20 günde okudu
Salamlar, əziz kitabsevərlər Kitab XIX əsr ingilis cəmiyyətində olan ailələr və onların qızlarına davranışına həsr olunub. Beş qızı olan Missis Bennetin arzusu qızlarını varlı oğlanlar ilə evləndirməkdir. Ailənin 2 böyük qızı - Ceyn və Elizabet varlı Çarlz və Darsi ilə sevgi macərası yaşayırlar. Kitabın sonuna doğru Elizabet-Darsi cütlüyü arasında Qürur və qərəz əriyib yox olur. Kitabda olan obrazlardan ən çox sevdiyim 3 obraz isə Ceyn, Elizabet və Darsi oldu. Sevgi romanlarını sevənlərə kitabı oxumağı tövsiyə edirəm.
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Parlaq İmzalar · 075,8bin okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Salamlar, əziz kitabsevərlər. Kitab repressiya qurbanı şair Əhməd Cavad və ailəsinin həyatına həsr olunub. Şair "vətən xaini" damğası ilə güllənir, həyat yoldaşı Şükriyyə xanım islah düşərgəsinə sürgün edilir, oğulları isə cəbhəyə göndərilir. Kitabı oxuduqca göz yaşlarına hakim olmaq mümkün deyil. Bu qədər üzücü kitabın ən xoş tərəfi isə oxuduqca Şükriyyə xanımın nə qədər güclü və ağıllı xanım olduğu görünür. Xoş mütaliələr!
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
255 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Salamlar, əziz kitabsevərlər Artıq yazıçının 2-ci kitabıdır ki, oxuyuram və yaxşı ki, oxumuşam deyirəm. Kitabın baş qəhrəmanı Loren adlı təcrübəçi həkim qızdır. Qəza nəticəsində qız komaya düşür. Daha sonra qızın qaldığı evdə Artur adlı bir gənc yaşamağa başlayır və elə bundan sonra maraqlı hadisələr olur. Qız ruh kimi bu evdə yaşayır və bu ruhu ancaq Artur görür. Bir çox hadisələr baş verir və onlar bir-birlərinə aşiq olurlar. Və bir gün gəlir həkimlər Loreni aparatdan ayırmaq istəyirlər. Bu isə Lorenlə bərabər onun ruhunun da ölməsi idi. Artur əlindən gələni edir və kitab gözlənilməz möhtəşəm sonluqla bitir. Kitabın hər səhifəsini maraqla, həyəcanla və sonlarını isə göz yaşları ilə oxudum. Hər kəsə xoş mütaliələr!
Bəlkə də Bu, Həqiqətdir
Bəlkə də Bu, HəqiqətdirMarc Levy · Qanun Neşriyat · 0734 okunma
96 syf.
7/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Salamlar, əziz kitabsevərlər Bu gün Azərbaycan yaradıcıllığına məxsus kitablardan biri haqqında post paylaşacam. Fevral ayında bitirdiyim ikinci kitab Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük yazıçısı Mirzə İbrahimovun həyat yoldaşı Sara xanıma ünvanladığı sevgi məktublarından ibarət "Sevgi məktubları" kitabı oldu. Kitabın adını daha öncə heç eşitməmişdim. Bir kitab mağazasında endirim zamanı diqqətimi çəkmişdi və o vaxt əldə etdim. Kitabı qısa müddətə oxuyub bitirmək olur və çox maraqlı alıntılar var. Hər kəsə xoş mütaliələr!
Sevgi Məktubları
Sevgi MəktublarıMirzə İbrahimov · Qanun Nəşriyyatı · 20214 okunma
Reklam
216 syf.
6/10 puan verdi
·
6 günde okudu
Salamlar, əziz kitabsevərlər Fevral ayında bitirdiyim ilk kitab uzun müddətdir ki, oxuma siyahımda olan Paulo Coelhonun "Kimyagər" kitabı oldu. Kitab axıcı olduğu üçün qısa müddətə oxuyub bitirmək olur və çox maraqlı alıntılar var. Amma nədənsə kitabı daha maraqlı gözləyirdim, təəssüf ki, gözləntilərimdən daha aşağı oldu. Çox güman ki, kitabı gələcəkdə yenidən oxuyacam. Hər kəsə xoş mütaliələr!
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015207,1bin okunma
448 syf.
9/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
SPOILER
Salamlar, əziz kitabsevərlər Kitab bu günə kimi oxuduğum dedektiv kitablardan çox fərqlənirdi. Əsərin əvvəlində baş qəhrəman Treysi günahsız yerə cəzalandırılaraq həbs edilir. Həbsdən çıxdıqdan sonra isə intiqam alır. Bununla da kifayətlənmir, oğruluq etməkdə davam edir və əsl cinayətkara çevrilir. Dedektiv Treysinin oğru olduğuna inansa da yetərli dəlil tapa bilmir və o həbs olunmur. Oxuduğum ilk kitab idi ki, cinayətkar sonda həbs olunmur. Dedektivsevərlərə bu kitabı oxumağı tövsiyə edirəm. Hər kəsə xoş mütaliələr!
Əgər sabah gələrsə
Əgər sabah gələrsəSidney Sheldon · Qanun Nəşriyyatı · 08 okunma
200 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Kaybettiğinde değil, vazgeçtiğinde yenilirsin.
Salamlar, əziz kitabsevərlər 2023-cü ildə ilk kitab incələməmin bu il oxuduğum ilk kitabla bağlı olmasını istədim və ilk kitabımdır ki, yazarının imzası var Kitabı oxuduqca çox fərqli hislər yaşadım və hər an “Yaxşı ki, bu kitabı oxuyuram” dedim. Müxtəlif problemlər yaşayan insanların həyat hekayəsini oxumaq, onların davranışı, yazıçının münasibəti insanı düşünməyə sövq edir. Kitabda olan möhtəşəm alıntılar isə sadəcə insanı valeh edir. Kitabı xüsusən hazırda mental olaraq yorğun olan, həyata küsən hər kəsin oxumasını tövsiyə edirəm. Həyatda siz bir şeyi itirdiyinizi və ya niyə əldə edə bilmədiyinizi düşündükdə əslində olanların sizin xeyrinizə olduğu kitabda çox gözəl izah olunub. Sonluğu kitabın sözləri ilə bitirim: - "Zor zamanlardan geçerken ne yapmalı?" - "Sonsuza dek sürmeyeceğini bilmeli, imtihan olduğunu düşünmeli, daha kötüsü olmadığı için dua etmeli, yanında olmayanları terk etmeli." Hər kəsə xoş mütaliələr!
Hayat Kaybettiğin Yerden Başlar
Hayat Kaybettiğin Yerden BaşlarMiraç Çağrı Aktaş · Indigo Yayınları · 20215,7bin okunma
232 syf.
10/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Möhtəşəm kitablardan biri
Salamlar, əziz kitabsevərlər! Fərqli hekayələrdən, həyat dərslərindən, Mevlana və Şəmsi Təbrizinin kəlamlarından ibarət olan kitab olduqda axıcıdır. Bu baxımdan kitabı qısa zaman ərzində sevərək bitirə bilərsiniz. Xüsusilə depressiyada və mənəvi yorğunluğu olanlara kitabı oxumağı tövsiyə edirəm:) Hər kəsə xoş mütaliələr!
Kalbin Temizse Hikayen Mutlu Biter
Kalbin Temizse Hikayen Mutlu BiterHakan Mengüç · Destek Yayınları · 20206,1bin okunma
230 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Salamlar, əziz kitabsevərlər Sufizmsevərlər üçün maraqlı kitabla gəlmişəm. Bəs Sufizm nədir? Bu suala yazıçının dili ilə cavab verim: ◽"Yaradan'la kul arasına kimsenin girmemesidir. "Sufizm aşktır. Sevgidir. Kendi içindeki Yaradan'ı bulmaktır. Yani ben bunca yıllık eğitimden ve ilimden sonra böyle olduğunu düşünüyorum." Sufizm üzrə araşdırmalar aparan yazıçı əsərin baş qəhrəmanlarından biridir. Əsərdə yazıçının sufizm qaydalarına riayət edərək yola çıxmasından bəhs edilir, amma o bu yolda tək deyildi. Yol yoldaşı Azra ilə başına gələn maraqlı macəraları bilmək istəyirsinizsə, kitabı oxumanızı tövsiyə edirəm. Hər kəsə xoş mütaliələr!
Hiçbir Karşılaşma Tesadüf Değildir
Hiçbir Karşılaşma Tesadüf DeğildirHakan Mengüç · Destek Yayınları · 20215,9bin okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
MÖHTƏŞƏM KİTAB!!!
SPOİLER! Bir neçə ay öncə yayımlanmasına baxmayaraq iyun ayında oxumaq nəsib oldu və yaxşı ki, oxumuşam! Kitabda yazarın gənclik illərində bir qıza aşiq olmasından, o qızın onu tərk etməsindən və bunun nəticəsində yazarın bir yolculuğa çıxmasından bəhs edilir. Əsər bilinməzliklərlə dolu bir yola çıxan yazarın yolda başına gələnlərdən və bu səfər sayəsində qazandığı dostun həyatından bəhs etməsi ilə davam edir. Maraqlı kitab həmin dostun müsəlman olmaq istəməsi və ailəsi ilə bağlı problemləri aradan qaldırması ilə bitir. Əsər Allaha qarşı sevgi və inam, insanlıq və insanlara qarşı sevgi kimi bir çox mövzulara toxunur. Ən əsası isə əsərin əvvəlində 2 insan həyatlarının alt-üst olduqlarını düşünürlər, amma bu vəziyyət onların tanışmasına və sonda hər ikisinin həyatının yaxşıya doğru dəyişməsinə səbəb olur. Kitabda qeyd edildiyi kimi Mevlana’nın kadim dostu Şems’in çok güzel bir sözü var: Düzenim bozulur, hayatımın altı üstüne gelir diye endişe etme. Nereden biliyorsun hayatın altının üstünden daha iyi olmayacağını?” Bəyəndiyim və digər oxuculara tövsiyə edəcəyim kitablardan birinə çevrildi!
Ne İçin Varsan Onun İçin Yaşa
Ne İçin Varsan Onun İçin YaşaHikmet Anıl Öztekin · Destek Yayınları · 20216,2bin okunma
Reklam
100 syf.
8/10 puan verdi
·
2 saatte okudu
Çox qısa zaman ərzində oxuyub bitirəcəyiniz kitablardan biri - "Allahsızlar şəhəri" Əvvəllər kitabın adını bir neçə dəfə görmüşdüm və təəssüf ki, hər zaman məndə mənfi fikirlər yaradırdı. Oxuduqdan sonra isə yanıldığımı gördüm. Kitabda ağıl, həqiqət, vicdan, ədalət, xəcalət, sevgi, qorxu, güc, şübhə, xəyanət, yalan, şeytan və ölüm kimi müxtəlif insani keyfiyyətlərin bir-biri ilə mübarizəsini, dostluğunu görürük. Kitabda cəmiyyətdə olan bir çox məsələlər məharətlə təsvir edilib və bütün bunlar oxucuları düşünməyə vadar edir. Qısa kitab olmasına baxmayaraq, insani keyfiyyətlər çox gözəl və detallı təsvir edilib. Sonda kitaba görə müəllif bəyə təşəkkür edir, uğurlar arzulayıram. Bu cür maraqlı kitablarınızın ardı gəlsin!
Allahsızlar Şəhəri
Allahsızlar ŞəhəriUraqan · Xan Nəşriyyatı · 2020110 okunma
400 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Qadınlar zəif deyil, zərif qəhrəmanlardır!
Spoiler Kitabda İkinci Dünya müharibəsində iştirak edən yüzlərlə qadının müharibəyə necə getmələri, müharibədə yaşadıqları və müharibədən sonrakı həyatları məharətlə təsvir edilib. Qadınlar da kişilər kimi Vətəni müdafiə etmək üçün könüllü olaraq ordu sıralarına qoşulublar, bəzilərini bir neçə dəfə orduya qəbul etməmələrinə baxmayaraq onlar
Müharibənin Qadın Olmayan Üzü
Müharibənin Qadın Olmayan ÜzüSvetlana Aleksiyeviç · Qanun Nəşriyyatı · 20161,056 okunma