Salamlar, əziz kitabsevərlər
Doğan Cüceloğlunun kitablarından alıntılar qarşıma çıxanda çox bəyənirdim və bu sayədə kitablarını oxumağa qərar verdim. "Yaxşı ki, oxumuşam" deyirəm, çünki kitab bu günə kimi oxuduğum ən möhtəşəm və faydalı kitablardan biri oldu.
Kitabı oxuduqca insan olaraq "Həqiqətən özümüzü tanıya bilirikmi? Nə istədiyimizi bilirikmi?" kimi üzərinə düşünməli olduğumuz bir çox sual olduğunu bir daha anladım. Kitabda müxtəlif insanların həyat hekayələrinə yer verilməsi isə məni daha çox düşünməyə məcbur etdi.
Bir sözlə, hər kəsə bu kitabı oxumağı tövsiyə edirəm
Sonluğu kitabdan bir alıntı ilə bitirim:
"Evlilik, bir çiçekçi dükkânı gibi size farklı olanaklar sunar; çiçeklerden nasıl bir buket yaratacağınız size kalmış..."
İnşə Allah hər kəs gözəl bir çiçək buketi yaratmağı bacarar