Yağış insanlara bütün günahlarını xatırladır deyirlər.Başını aşağı sallayıb boş küçələrdə sanki günahlarını qəbullanmış kimi gəzir insanlar .Bu şəhəri məncə bunun üçün sevmək lazım idi.Yağışı buna görə sevmək lazım idi...
Evə tələsirdi.Bir yerə çatmaq üçün.Başını aşağı dikib iri addımlarla irəliləyirdi.Amma görünür nə ağlındaki suallara cavab tapa nə də düşüncələrini susturmadan dura bilirdi.Halbuki,bütün susqunluğu durğun gözlərində gizlənmişdi.Sanki özüdə hiss edirdi...Hər zaman nəsə lazım olduqda,gözünü qırpmadan hazır olan o insan artıq yox olurdu.Etdiyi bunca şeyin qarşılığında heç bir şey görmədiyinin fərqinə varmışdı çünki...Düşüncələrdən bir anlıq ayılıb dinlədiyi musiqi dəyişdiyinin fərqinə vardı.Deyəsən yerinə düşmüşdü.Sanki suallarına cavabı bu əsərdə tapmağa çalışırdı."Ürəyimi sənə açsam,dərtlərimi sənə danışsam.Neylərsən,mənə görə neylərsən?"