Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Meryem

"Xoşbəxt olmaq üçün öz cənnətində yaşamalısan! Yoxsa fikirləşirdiniz ki, eyni bir cənnət, istisnasız olaraq, bütün insanları təmin edə bilər?" Mark Tven
Reklam
"Bu dünyada hər şeydən artıq daimi olan nədir? Dəyişikliklər! Ardı-arası kəsilməyən və amansız dəyişikliklər..." Entoni Dor
"Bəzən mənə elə gəlir ki, bütün aləm, bütün həyat, dünyadakı hər şey mənim içimdə məskən salıb və məndən tələb edərək deyir: "Bizim səsimiz ol, bizim əvəzimizə danış". Mən hiss edirəm ki... Ah, bilmirəm, bunu neca izah edim... Mən bunun nəhəng olduğunu hiss edirəm, amma danışmağa başlayıram - körpə qığıltısı çıxır. Nə qədər çətin imiş - hissləri, duyğuları kağızda, yaxud danışanda elə sözlərlə ifadə edəsən ki, eşidən, yaxud oxuyan da hər şeyi eynilə sənin kimi hiss etsin." Cek London

Okur Takip Önerileri

Tümünü Gör
"İncəsənət, pərdədir. Dünya cəhənnəm. Pərdə, cəhənnəmin üzərinə örtülüb..."
"Mən axı nə edə bilərəm ki, bütün insani keyfiyyətlərin əsasında dərin eqoizmin olduğundan xəbərdaram. Gördüyümüz əməllər nə qədər yüksək mənəviyyatlıdırsa, bir o qədər də çox eqoizm doğurur. Özün-özünü sev, bu mənim etiraf etdiyim yeganə qaydadır. Həyat - ticarət müqaviləsi kimidir..." F.M.Dostoyevski
Reklam
"İstənilən çətinliklərə tab gətirmək olar - çünki onlar qəflətən, gözlənilməyən anda törəyirlər. Amma öz səhvlərinə görə əziyyət çəkmək - həyatda bundan başqa daha ağır heç nə ola bilməz." Oskar Uayld
" - Bəzən vidalaşmaq belə çox gözəl ola bilər. - Gözəl olduğu qədər, iztirablı ola bilər... - Bəzən iztirab çəkmək belə gözəldir." Erix Mariya Remark - 'Xəyalların kölgəsində'
"Sevişmək - yalançı hisslərdən qorxunc şəkildə qisas alır. O yalançı, saxta sevgi üçün acımasız və məhv edicidir." D.Lourens
"Əsl sevgi heç bir andları və ya əmrləri tanımır." Marqarita Navvarskaya
"Evli qadının məhəbbəti ağlasığmaz qədər əzəmətlidir. Evli kişilər isə bunu heç yuxularında belə görməyiblər." Oskar Uayld
Reklam
"Çəkdiyimiz acılar, həqiqətən, də, dərrakəmizin oyanmasının başlıca vasitəsidir. Biz real olaraq yalnız itirdiklərimizi dəyərləndirməyi bacarırıq." Horhe Anhel Livraqa
"Yaşamaq üçün səbəb olanlar, həmçinin ölmək üçün səbəb ola bilərlər." Albert Kamyu
"Kişilər yorğunluqdan, qadınlar isə maraqdan evlənirlər." Oskar Uayld
"Qorxu irəliləmək istəyinin yaranması üçün ən gözəl vasitədir." Mixael Laytman
"Maraq qədər heç bir şey bakirlərin həyatını korlamır." Yevgeni Çiçvarkin
68 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.