Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Meryem

313 syf.
8/10 puan verdi
Kitabı adının mənasında yatan incəlikləri oxuduğum zaman daha yaxşı anladım. Evli oğlan və subay qızın sevgisindən bəhs edir. Belə qəribə səslənir lakin kitabı oxuyanlar empati qurub anlaya bilər ancaq. Kitabı oxuduqca anlayırsan ki, onların xarici görünüşləri hər nə qədər zidd olsada ruhən tam əksinədir bu. Onlar bir-birini cəzb edən, yaxınlaşdıqca daha çox uzaqlaşan ulduzlar kimi idilər. Bu kitabın yeri məndə bambaşqadır fərqli sevgi romanı oxumaq istəyənlərə mütləq tövsiyyə edirəm və onuda qeyd edim ki, Məsudə Cabbardan oxuduğum ilk kitabdır. Qələmini bəyəndim. Həmçinin kitabın şəkilli olması və aşağıda musiqilər qeyd edilməsini də ayrıca bəyəndim.
Xoşbəxtliyə Çatanda Əldə Qalanlar
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018161 okunma
Reklam
80 syf.
8/10 puan verdi
Bir oturuşta bitirə biləcəyiniz fəqət həzm edilməsi çətindir. Amma diqqət çəkən məqam odur ki, bu kitab əslində Zweig'in qələmindən çıxmayıb. Hər birimizin "Olağanüstü bir gece"si vardır (ya da olacaqdır) kim bilir¿.
Olağanüstü Bir Gece
Olağanüstü Bir GeceStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2021144,3bin okunma
144 syf.
7/10 puan verdi
"İntihar dükkanı" əslində başlıqdan belə insanın marağını kəsb edir. Uzun zamandır belə fərqli kitab oxumamışdım. Alan'ın hər bir şeyə pozitif yanaşması=mən ahshhsha Mütləq oxumağa şans verməlisiniz!
İntihar Dükkanı
İntihar DükkanıJean Teule · Sel Yayıncılık · 20207,3bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
236 syf.
6/10 puan verdi
Kitabın başlanğıcında "oxuyarkən ağlınıza kim gəlirsə ona" dediyi üçün, kitabı mənim üçün dəyərli olan birinə hədiyyə etmişdim, oxuyub içinə notlar qeyd edərək. Gələk kitab haqqında düşüncələrimə... Oxuyarkən onu fərq etdim ki, məndə belə bir şey yaşatmışdım vaxtı ikən birinə... Bu üzümə şapalaq kimi dəydi. Bəzən sıxıldım, bəzən acgözlüklə oxudum ama sonunda Əziz Yaqubzadə ilə bu görüşümdəm məmnun oldum, təşəkkürlər.
Ona
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 201582 okunma
336 syf.
5/10 puan verdi
Kitabı sevdim amma şişirdildiyi qədər dərin bir hekayəsi, süjet xətti yoxdur. Bu qədər bəyənilən olduğunu görüb oxumaq istədim. Amma bu qədər tərifləyən kütlə zənnimcə əsil tərifə layiq kitab hələ heç oxumayıblar:) Bir ümidlə də olsa sonuna fərqli olmasını gözləyirdim. Üz qabığında yazılsa da, niyə belə bir şey gözlədiyimi bilmirəm((
Ve Sonunda İkisi de Ölür
Ve Sonunda İkisi de ÖlürAdam Silvera · Pegasus Yayınları · 20193,040 okunma
Reklam
280 syf.
8/10 puan verdi
Ümumiyyətlə Ç.Abdullayevin qələmini sevirəm. Axıcı tərzdə, mövzudan kənara çıxmadan oxucunu kitaba bağlaya bilir digər aze dedektiv yazıçılarından fərqli olaraq. Həmçinin kitablarında reallıqların əks olunması və bunun ironiya qarışıq bizə çatdırılmasınıda bəyənirəm.
İnsan Ovu
İnsan OvuÇingiz Abdullayev · Qanun Nəşriyyatı · 201155 okunma
240 syf.
9/10 puan verdi
Varisin qələmini o qədər də bəyənmirəm ama bu bambaşqa bir şeydi bu milli qəhrəmanımız Əlif Hacıyevin; Xocalı eşqindən, Qalina ilə olan sonsuz sevgisindən bəhs edir. Başlarda sıxılsamda sonlarına doğru hönkürməkdən yoruldum. Hələ sondaki "qırmızı başınağacı" detalı məndə qəlb qoymadı.
Qırmızı Ləçəklər
Qırmızı LəçəklərVaris · Teas Press Nəşriyyatı · 202023 okunma
351 syf.
8/10 puan verdi
Kitabı çox bəyəndim. Mənim üçün çox özəl bir kitabdı. Sevgi janrında kitab məsləhəti istəyən hər bir kəsə gözü qapılı söyləyirəm. Bunun dəvamı olan Son məktubu da oxumağı unutmayın))
Sonuncu Ölən Ümidlərdir
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,011 okunma