Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Türkanə Meşədiyeva

Türkanə Meşədiyeva
@Meshadiyeva
Telaş etme, kalıcı değiliz..
Jurnalist
Ali
Bakı
Azərbaycan, 4 Ekim 2005
16 okur puanı
Şubat 2024 tarihinde katıldı
Kimisə xilas etməyə çalışmayın, özünüzü xilas edin. Boğulsanız belə sahilə getdiyini bilə-bilə ölmək daha yaxşıdır..
Qanun nəşriyyatıKitabı okudu
Reklam
208 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
İndiyə qədər yazılmış ən yaxşı elmi fantastika romanı. Rey Bredberi bəlkə də elmi fantastikanın yaxşı ədəbiyyat ola biləcəyini sübut edən ilk müəllifdir. Nəşr edildiyi zaman klassik hala gələn və distopiya ədəbiyyatının dörd əsas kitabından biri olan Fahrenheit 451 XX əsrin şah əsərlərindən biridir. Guy Montag yanğınsöndürən idi. Televiziyanın hakim olduğu bu dünyada kitablar itmək üzrə idi, çünki yanğınsöndürənlər onları söndürmək əvəzinə od vururdular. Monteqin missiyası qeyri-qanunilərin ən təhlükəlisini, kitablarını yandırmaq idi. Monteq bir gün belə işini şübhə altına almadı və bütün günü televizorlarla örtülmüş otaqlarda keçirən arvadı Mildredlə birlikdə yaşadı. Ancaq yeni qonşusu Clarisse ilə tanış olduqdan sonra bütün həyatı dəyişdi. Kitabların dəyərini anlamağa başlayan Monteq indi bildiyi hər şeyi sorğulayacaqdı. Bu kitablarda insanlar nə üçün canlarını fəda etməyə hazır idilər? Faktları dərk etdikdən sonra bu qaranlıq cəmiyyətdə yaşamaq olarmı?- suallarının cavabını tapa biləcəyimiz kitabdır. “Xoşbəxt olmaq üçün hər şeyimiz var, amma xoşbəxt deyilik. Nəsə çatışmır. ətrafa baxdım. Əmin olduğum tək şey on-on iki ildir yandırdığım kitablar idi.”
Farengeyt 451
Farengeyt 451
Ray Bradbury
Ray Bradbury
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201989,8bin okunma
208 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Farengeyt 451
Farengeyt 451Ray Bradbury
7.9/10 · 89,8bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
267 syf.
7/10 puan verdi
·
52 günde okudu
Bu kitab sanki yarımçıq bitti, ya da mən yarımçıq imiş kimi hiss etdim, bilmirəm. Amma belə bitməməli idi sanki. Sonrada oxuduğum təhlillərə əsasən anladım ki, yazıçının bənzədiyi bir obraz da əsərdə yer alır. Əvvəllərini sevmədim nə yalan deyim, hətta günlərlə sonlandıra bilmirdim kitabı. Axıcı gəlmirdi. Amma sonları yaxşı bitdi. Ən azından təəccübləndirməyi bacardı. Ömər obrazına həm kədərləndim, həm də nifrət bəslədim. Macidə isə mənim görmək istədiyim bir qadın obrazı deyildi. Bədi-çox fədakarlıq göstərir, pis niyyəti yoxmuş kimi görünür..
İçimizdeki Şeytan
İçimizdeki Şeytan
Sabahattin Ali
Sabahattin Ali
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · İş Bankası Kültür Yayınları · 2021172,5bin okunma
Reklam
504 syf.
10/10 puan verdi
·
Beğendi
Xalid Hüseyninin ən sevdiyim ikinci əsəri. Ömrüm boyunca oxuduğum kitablar içərisində ən unudulmazları, ən dəyərliləri. Əslində əsərlərinin sonunda həmişə pis oluram. Amma bu mənə təkcə mənfi aura yox həm də, çox şey öyrədir. Abdulla və Pərinin ayrılmaqları məni çox kədərləndirmişdi. Məsələn: hər şeyin fərqli bir şəkildə ola biləcəyini düşünüb daha həyatı dolu-dolu yaşamaqlarını istəyərdim.. Amma sonraki həyatlarında nə qədər çətin olsada ordan öyrəndikləri çox şeylər oldu. Əsərdə məni kədərləndirən ikinci nüans Abdulla qızının adını Pəri qoyması idi. Aradan illər keçməsinə baxmayaraq o bacısını unutmamışdı onu hər zaman qəlbində gəzdiməyi bacarmışdı..Əsərin sonunda onların görüşməlıri xüsusi maraq qatmışdı. Hər kəsə tövsiyyə edə biləcəyim bir əsərdir. Xoş mütaliələr <3
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda Gəldi
Khaled Hosseini
Khaled Hosseini
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
360 syf.
5/10 puan verdi
·
10 günde okudu
Düzünü desəm roman mənə elə də maraqlı gəlmədi. Amma təsirli anlar bağışladığı oldu. Məsələn: Orxan və Əqdəmin ölümü. Gülmirənin yalnız qalması və Nadirənin acı talehi. Düşünürəm ki, başdan bəri bütün günahlar Salman Qurbanzadənin idi. Kitabın adı çox maraqlıdır.. amma çox təəssüf ki, təyyarəni idarə edən həmin şəxs Gülmirəyə yenidən qovuşa bilmədi. O artıq göylərdə yox, yerdə, torpaqda idi. Orxan torpaqda olsada, yazdığı əsərləri ilə oxucularının qəlbində daim yaşayacaqdı..
Təyyarə Kölgəsi
Təyyarə Kölgəsi
Alibala Hacızade
Alibala Hacızade
Təyyarə Kölgəsi
Təyyarə KölgəsiAlibala Hacızade · KitabKlubu · 201541 okunma
Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə başqasının ədalət haqqını oğurlayırsan.. #thekiterunner
448 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 günde okudu
Həyatım boyunca oxuduğum ən kədərli, ən qüssəli və ən cazibədar əsərlərdən biridir. Çərpələng uçuran əsəri məni öz təsiri altına sala bilməyi bacarmışdı. Hətta imkan tapıb ikinci dəfə də oxumuşdum. Dostluq, günah hissi, bilə-bilə nəyisə gizlətmək, iftira, daha sonra isə bağışlanmaq üçün əlindən gələni etmə duyğusu.. Bütün bunlar romanda öz əksini tapıb. Əfqanistan həyatı və bir-birindən xəbərsiz 2 ögey qardaşın ürəkparçalayan əhvalatı.. Əsər haqqında çox şey danışmaq olar. Roman #1 New York Times Bestseller siyahisina əlavə edilib. Xalid Hüseyninin qələmi tək kəliməylə möhtəşəmdir!
Çərpələng Uçuran
Çərpələng Uçuran
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011165,3bin okunma
67 öğeden 46 ile 60 arasındakiler gösteriliyor.