Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Türkanə Meşədiyeva

Türkanə Meşədiyeva
@Meshadiyeva
Telaş etme, kalıcı değiliz..
Jurnalist
Ali
Bakı
Azərbaycan, 4 Ekim 2005
16 okur puanı
Şubat 2024 tarihinde katıldı
184 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
“Yalnız uşaqlar nə axtardıqlarını bilirlər”, – deyirdi Eqzüperi. Biz bu həqiqəti “Şirin portağal ağacım”da balaca Zezenin timsalında görürük. Zeze kasıb bir ailənin dəcəl uşağı olsa da, qəlbi günəş kimi parlaq və insan sevgisiylə doludur. Beşyaşlı uşağın vaxtından tez ağrı-acı ilə üzləşməsi, ətrafındakılara həssaslığı, onların iztirablarını dərindən hiss etməsi, dostluqdakı sədaqəti insanı heyrətləndirir. Onun zəngin xəyal dünyası uşaq məsumluğu ilə birləşib böyüklərin zamanla itirdiyi bir paklığı yaşadır bizə.
Şeker Portakalı
Şeker Portakalı
jo
José Mauro de Vasconcelos
José Mauro de Vasconcelos
Şeker Portakalı
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022231,3bin okunma
Reklam
·
Puan vermedi
Qadağan olunmuş əsər bestsellerə çevrildi
Əsər çox möhtəşəm və axıcıdır. İran həyatında yaşayan insanlardan çox geniş bəhs edir. Bir qadının necə mübariz olması daim güclü olmağa çalışmasının ən gözəl portreti yaradılıb. Keçmiş xatirələrini hələ də unuda bilməməsi yaşaya bilmədiyi hadisələrə görə pis olması. Uşaqları üçün canını belə verməyə hazır olması.. Bir sözlə oxuyun oxutdurun!
Mənim Payım
Mənim Payım
Parinoush Saniee
Parinoush Saniee
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,564 okunma
·
Puan vermedi
Kim daha təmiz? -Üstü başı parlayanmı? -Yalan danışmayıb ürəyi işıq saçanmı? Kim dost? - Yara bandı yapışdıranmı? - Yaralarını öyrənməyə çalışanmı? Hansı gerçək? - Ölümmü? -Yaşammı?
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0121,3bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
208 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
İndiyə qədər yazılmış ən yaxşı elmi fantastika romanı. Rey Bredberi bəlkə də elmi fantastikanın yaxşı ədəbiyyat ola biləcəyini sübut edən ilk müəllifdir. Nəşr edildiyi zaman klassik hala gələn və distopiya ədəbiyyatının dörd əsas kitabından biri olan Fahrenheit 451 XX əsrin şah əsərlərindən biridir. Guy Montag yanğınsöndürən idi. Televiziyanın hakim olduğu bu dünyada kitablar itmək üzrə idi, çünki yanğınsöndürənlər onları söndürmək əvəzinə od vururdular. Monteqin missiyası qeyri-qanunilərin ən təhlükəlisini, kitablarını yandırmaq idi. Monteq bir gün belə işini şübhə altına almadı və bütün günü televizorlarla örtülmüş otaqlarda keçirən arvadı Mildredlə birlikdə yaşadı. Ancaq yeni qonşusu Clarisse ilə tanış olduqdan sonra bütün həyatı dəyişdi. Kitabların dəyərini anlamağa başlayan Monteq indi bildiyi hər şeyi sorğulayacaqdı. Bu kitablarda insanlar nə üçün canlarını fəda etməyə hazır idilər? Faktları dərk etdikdən sonra bu qaranlıq cəmiyyətdə yaşamaq olarmı?- suallarının cavabını tapa biləcəyimiz kitabdır. “Xoşbəxt olmaq üçün hər şeyimiz var, amma xoşbəxt deyilik. Nəsə çatışmır. ətrafa baxdım. Əmin olduğum tək şey on-on iki ildir yandırdığım kitablar idi.”
Farengeyt 451
Farengeyt 451
Ray Bradbury
Ray Bradbury
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201989,8bin okunma
267 syf.
7/10 puan verdi
·
52 günde okudu
Bu kitab sanki yarımçıq bitti, ya da mən yarımçıq imiş kimi hiss etdim, bilmirəm. Amma belə bitməməli idi sanki. Sonrada oxuduğum təhlillərə əsasən anladım ki, yazıçının bənzədiyi bir obraz da əsərdə yer alır. Əvvəllərini sevmədim nə yalan deyim, hətta günlərlə sonlandıra bilmirdim kitabı. Axıcı gəlmirdi. Amma sonları yaxşı bitdi. Ən azından təəccübləndirməyi bacardı. Ömər obrazına həm kədərləndim, həm də nifrət bəslədim. Macidə isə mənim görmək istədiyim bir qadın obrazı deyildi. Bədi-çox fədakarlıq göstərir, pis niyyəti yoxmuş kimi görünür..
İçimizdeki Şeytan
İçimizdeki Şeytan
Sabahattin Ali
Sabahattin Ali
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · İş Bankası Kültür Yayınları · 2021172,5bin okunma
Reklam
504 syf.
10/10 puan verdi
·
Beğendi
Xalid Hüseyninin ən sevdiyim ikinci əsəri. Ömrüm boyunca oxuduğum kitablar içərisində ən unudulmazları, ən dəyərliləri. Əslində əsərlərinin sonunda həmişə pis oluram. Amma bu mənə təkcə mənfi aura yox həm də, çox şey öyrədir. Abdulla və Pərinin ayrılmaqları məni çox kədərləndirmişdi. Məsələn: hər şeyin fərqli bir şəkildə ola biləcəyini düşünüb daha həyatı dolu-dolu yaşamaqlarını istəyərdim.. Amma sonraki həyatlarında nə qədər çətin olsada ordan öyrəndikləri çox şeylər oldu. Əsərdə məni kədərləndirən ikinci nüans Abdulla qızının adını Pəri qoyması idi. Aradan illər keçməsinə baxmayaraq o bacısını unutmamışdı onu hər zaman qəlbində gəzdiməyi bacarmışdı..Əsərin sonunda onların görüşməlıri xüsusi maraq qatmışdı. Hər kəsə tövsiyyə edə biləcəyim bir əsərdir. Xoş mütaliələr <3
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda Gəldi
Khaled Hosseini
Khaled Hosseini
Ve Dağlardan Səda Gəldi
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201335bin okunma
360 syf.
5/10 puan verdi
·
10 günde okudu
Düzünü desəm roman mənə elə də maraqlı gəlmədi. Amma təsirli anlar bağışladığı oldu. Məsələn: Orxan və Əqdəmin ölümü. Gülmirənin yalnız qalması və Nadirənin acı talehi. Düşünürəm ki, başdan bəri bütün günahlar Salman Qurbanzadənin idi. Kitabın adı çox maraqlıdır.. amma çox təəssüf ki, təyyarəni idarə edən həmin şəxs Gülmirəyə yenidən qovuşa bilmədi. O artıq göylərdə yox, yerdə, torpaqda idi. Orxan torpaqda olsada, yazdığı əsərləri ilə oxucularının qəlbində daim yaşayacaqdı..
Təyyarə Kölgəsi
Təyyarə Kölgəsi
Alibala Hacızade
Alibala Hacızade
Təyyarə Kölgəsi
Təyyarə KölgəsiAlibala Hacızade · KitabKlubu · 201541 okunma
448 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 günde okudu
Həyatım boyunca oxuduğum ən kədərli, ən qüssəli və ən cazibədar əsərlərdən biridir. Çərpələng uçuran əsəri məni öz təsiri altına sala bilməyi bacarmışdı. Hətta imkan tapıb ikinci dəfə də oxumuşdum. Dostluq, günah hissi, bilə-bilə nəyisə gizlətmək, iftira, daha sonra isə bağışlanmaq üçün əlindən gələni etmə duyğusu.. Bütün bunlar romanda öz əksini tapıb. Əfqanistan həyatı və bir-birindən xəbərsiz 2 ögey qardaşın ürəkparçalayan əhvalatı.. Əsər haqqında çox şey danışmaq olar. Roman #1 New York Times Bestseller siyahisina əlavə edilib. Xalid Hüseyninin qələmi tək kəliməylə möhtəşəmdir!
Çərpələng Uçuran
Çərpələng Uçuran
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011165,3bin okunma
124 syf.
8/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Əsər mənim düşüncəmə çox dəyişikliklər etdi. Hər kəs bu kitabı oxumalıdı. Özünüzü inkişaf etdirmək, düşüncələrinizi müsbət yönə çevirmək istəyiriksə, Robin Şarma əsərləri ilk seçimimiz ola bilər..
Robin Sharma
Robin Sharma
Ferrarisini Satmış Rahiblə Öz Taleyini Öyrən Oyanışın 7 Mərhələsi
Ferrarisini Satmış Rahiblə Öz Taleyini Öyrən Oyanışın 7 Mərhələsi
Ferrarisini Satmış Rahiblə Öz Taleyini Öyrən Oyanışın 7 Mərhələsi
Ferrarisini Satmış Rahiblə Öz Taleyini Öyrən Oyanışın 7 MərhələsiRobin Sharma · Qanun Nəşriyyatı · 201441 okunma
88 syf.
6/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Bu dünyada hər şey mənasız və qarmaqarışıqdır.
Əsər vasitəsilə yazıçı bədii imkanlardan ustalıqla istifadə edərək cəmiyyəti dağıdan ən əsas qüvvə olan insan şəxsiyyəti üzərində zorakılıq, hörmətsizlik ona qarşı olan haqsızlıq və bəraət, cəmiyyətdə fərdin haqq-ədalət uğrunda mübarizəsindən geniş söhbət açır. Əsərin dili biraz qəlizdir. Ancaq oxumağa dəyər deyə düşünürəm..Xoş mütaliələr
Altı Nömrəli Palata
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201870,4bin okunma