...Bir anlığa belə gözümü ondan çəkə bilmirdim. Bu dəqiqə zalda mənim
gözümə daha heç nə görünmürdü, hər şey mənə solğun, tutqun, dumanlı gəlirdi,
qarşımdakı sifətin alovlu şöləsi ilə müqayisədə hər tərəf, elə bil, zülmətə qərq
olmuşdu. Mən başqalarının burada olmasını unudub, bəlkə də, düz bir saat bu insana tamaşa etdim, onun hər bir hərəkətinə göz qoydum.