Shade

Mən o vaxtlar bu şəhərdə deyildim, Sən təkcənə buludlara baxırdın... Oyaq qalıb, gecənin gül ətrini Nəfəs-nəfəs ürəyinə sıxırdın... Mən o vaxtlar bu şəhərdə deyildim, Dənizə qar yağarmış hey xəfifcə... Bəyaz, təmiz, büllurca, xoş bir sükut Gözlərinə yayılırmış zərifcə... FirudinHəmidli
Reklam
Bir çayam, dayanmışam. Uzanmışam təbiətin qoynuna Yorulmuş uşaq kimi... Kaş, duyaydı fikrimi Gözləri gülən adam... FirudinHəmidli
Bu ayna heç nəyi xatırlamır, Unudulmaz, Heç unudulmaz çöhrələri unudur... FirudinHəmidli

Okur Takip Önerileri

Tümünü Gör
Görürsənmi, artıq hər yan dənizdir; Səslənəcək kimsə sənə sulardan, Yayılacaq keçmişinə sədası... Uzaqlarda yad adamlar islanır, Üşüyürsən onlar ilə bərabər; Nə dinirsən, nə susursan zamana... Firudin.Həmidli
İtirilmiş bütün canlar bu gecə Uzaqlardan ona layla oxuyur, Sevdasını pıçıldayır dodaqlar... Heç olmadı nə əvvəli, nə sonu; Kitab-kitab söz udsa da sinəsi, Bir kəlmənin sükutunda boğulur... Saçlarının hörükləri açılıb, Ürəyinin ilmələri sökülüb, Dalğalanır küləyində gecənin... Firudin.Həmidli
Reklam
257 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.