Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xanım İsmayılova

Xanım İsmayılova
@Xanmm
Ağıl hazır deyilsə, göz görə bilməz...
Öğrenci
Mars
15 Ekim
8 okur puanı
Mart 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
156 syf.
·
Puan vermedi
·
3 günde okudu
~Aktrisa~
Əziz 1k oxuyucuları. Bilmirəm fikrimi, hisslərimi sizinlə tam bölüşə biləcəm, ya yox. Ancaq, bu kitabda məni cəlb edən başqa bir şey vardı. Lakin nə xoş mənə ki və nə xoş bizə ki bu gözəl kitabın yazarı Azərbaycanlıdı! Kitab çox duyğusal bir kitab idi. Kitabın məzmunundan danışmaq lazım gəlsə onu deyə bilərəm ki: Kitab peşəsindən həyat yoldaşı tərəfindən evləndikdən sonra uzaqlaşdırılan bir aktrisadan danışır. Və hadisələr çox tez bir şəkildə cəryan edir. Peşəsi üçün darıxan aktrisa öz həyatını bir tamaşaya çevirmək istəyir, ancaq bu çox böyük fəsatlar törədir. Mən çox bəyəndim. Ümid edirəm sizdə oxuyarsınız bu kitabı.
İlqar Fəhmi
İlqar Fəhmi
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011116 okunma
Reklam
96 syf.
10/10 puan verdi
·
3 günde okudu
Bu mənim ən qısa kitab incələməm ola bilər...)
Sadəcə oxuyun bu kitabı... Çünki başqa bir izah verə bilməyəcəm. Bu kitabda digər kitablardan fərqli nə var anlamadım, amma oxumağa dəyər. Əgər kitabı oxusanız anlayacaqsınız nə demək istədiyimi.))
Şizofrenik Saturn
Şizofrenik Saturn
Şizofrenik Saturn
Şizofrenik SaturnMuzafferus · Xan Nəşriyyatı · 201627 okunma
176 syf.
8/10 puan verdi
·
9 günde okudu
Təhminə və Zaur...
Ağ Liman, Anar Rzayev. Kitabın mövzusu çox gözəl idi. Sonunda göz yaşlarıma hakim ola bilmədiyim kitablardan oldu... Ancaq mənə elə gəlir ki müəllif çox dərinliklərə, ən incə ayrıntılara, xırdalıqlara qədər yazmışdı. Və bu da oxucunu darıxdıra, bezdirə bilir. Kitabı ümumi olaraq çox bəyəndim. Oxumağınızı tövsiyə edirəm. Oxumamısınızsa mütləq oxumalısınız.)) Kitabı oxuduqdan sonra filmə də baxdım bəzi şeylər üst-üstə düşməsədə kitabda ki kimi eyni hadisələr idi və bəzi hadisələri isə qısaldaraq vermişdilər. Oxumağa dəyər...☆ Şərhlərdə kitab haqqında düşüncələrinizi və sevdiyiniz kitab adlarını da yazsanız sevinərəm Əziz, 1k okuyucuları.))
Ağ Liman
Ağ LimanAnar Rzayev · Qanun Nəşriyyatı · 0275 okunma

Okur Takip Önerileri

Tümünü Gör
352 syf.
10/10 puan verdi
Əli və Nino...
Salam 1k oxuyucuları. Bu kitabı oxumanızı sizə şiddətlə tövsiyə edirəm. Oxuyanda çox bəyənəcəyiniz və oxuyarkən kitabı necə bitirdiyinizi anlamayacaqsınız.)) Əli və Nino, ilk dəfə 1937-ci ildə Vyanada Alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilində tərcümə edilən məhəbbət romanıdır. Bəzən insanlar kitabın müəllifi haqqında dəqqiq bir fikir söyləyə bilmir. Çünki, kitabın müəllifi olaraq "Y.V.Çəmənzəminli, Qurban Səid, Lev Nissembauma"dır kimi bir sıra fikirlər irəli sürülmüşdür. İllər sonra Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəş isə Lev Nissembaumun əslində müsəlman kimi doğulduğunu və əsl adının Məhəmməd Əsəd bəy olduğunu iddia edir. Həmçinin, Azərbaycan Yazıçılar Birliyi 1993-cü ildə qəbul etdiyi qərara əsasən əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğu təsdiq etmişdir. Çox möhtəşəm kitabdır. Biz, çox zaman filmlərin, kitabların sonlarının xoşbəxt sonluqla bitməsinə demək olar ki öyrəşmişik. Ancaq Əli və Nino da bu belə deyil. Və bəzən belə sonluqlarda olmalıdı. Çünki biz kitabı bizə nəyi isə öyrətməyi üçün oxuyuruq. Bu kitabda da hər zaman iki aşiqin qovuşmadığını bizə öyrətməyə çalışır. Özünüz kitabı oxusanız daha yaxşı olar. Dediyim kimi necə başlayıb, necə bitirdiyinizi anlamayacaqsınız belə.
Ali ve Nino
Ali ve NinoYusuf Vezir Çemenzeminli · Kaknüs Yayınları · 2005579 okunma
184 syf.
9/10 puan verdi
·
Beğendi
Şeker Portakalı
Bu kitab 5 yaşındakı "Zeze"nin yoxsul, yorğun və bu yaşdakı heçbir uşağın yaşaması, görməməsi gərəkən hadisələrdən uyarlanaraq yazılıb. Mənim fikrimcə bütün oxucular bu kitabı oxumalıdır. Bu kitabda məni duyğulandıran, mənə dərindən təsir edən bir çox məqam oldu. İnanıram ki siz oxuyucularda bəyənəcəksiniz. Hətta kitabın sonunda göz yaşlarıma hakim ola bilmədim. Mən kitabı türkcə oxudum və çox gözəl, aydın tərcümə olunduğunu düşünürəm. Bu kitabı oxumamısınızsa mütləq oxuyun. Eyni zamanda oxuyanlarında kitab haqqında olan düşüncələri, fikirləri mənə çox maraqlıdır. Fikirlərinizi mənimlə bölüşməyi unutmayın.))
José Mauro de Vasconcelos
José Mauro de Vasconcelos
Şeker Portakalı
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022230,5bin okunma