Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Aytac Məmmədova

Aytac Məmmədova
@aytac1507
687 syf.
10/10 puan verdi
·
Beğendi
·
74 günde okudu
Kitab haqqında spoiler vermək istəmirəm, amma həyatda ən çox təsirləndiyim kitabdır, hadisələrin axarı və incə-incə təsviri o qədər dəqiqliklə əks olunub ki, yazarın insan olmasına dair şübhə yarandı. Mənim üçün bu əsərdə hər bir obraz ziddiyətlidi, ancaq Svidrigaylov qədər ziddiyətli olanını görmədim. Raskolnikovun həyatı isə sözün əsl mənasında keşməkeşlidir. Bir hüquq tələbəsi olaraq deyə bilərəm ki, əsər eyni zamanda kriminalistik tərəflər, cinayətkar psixologiya və dövrün hüquq sistemi haqqında məlumat verir. Bir oxucu kimi də onu qeyd edim ki, əxlaq, namus və insani dəyərlərin əks olunmasının yeni üslubu bu kitabda öz təsbitini tapır. Hər kəs mütləq oxumalıdır bu kitabı.
Suç ve Ceza
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2022160,4bin okunma
Reklam
126 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
"O qurbağanı ye" kitabı həyatımı praktiki yöndə dəyişən bir kitabdır. Həqiqət budur ki, heç nəyə tam vaxt ayırmaq mümkün deyil, hər zaman bir işimiz yarımçıq qalır, vaxt çatmır. Lakin bu kitab vaxtın idarə edilməsi və az vaxtda daha çox iş görərək daha məhsuldar və uğurlu olmaq barədə elə mühüm prinsipləri və qaydaları öyrədir ki, onu tətbiq edən hər bir kəs, kim olmasından asılı olmayaraq, hər bir kəs uğur qazana bilər. Məsələ yalnız tətbiqdir. Tətbiq etməyəcəksinizsə, boşuna oxumayın.
O Qurbağanı Ye!
O Qurbağanı Ye!Brian Tracy · Qanun Nəşriyyatı · 01,088 okunma
153 syf.
·
Puan vermedi
·
12 günde okudu
SATIŞ ULDUZU OL KİTABI BRAYAN TREYSİNİN ƏN MÖHTƏŞƏM ƏSƏRLƏRİNDƏN BİRİDİR. Kitabın ən əsas xüsusiyyətləri satışla bağlı mühüm məqamları qısa, aydın, ətraflı izah etməsidir. Satış işi ilə məşğul olanların cib kitabıdır deyə qeyd edə bilərəm. Amma satış sahəsi ilə məşğul olmayan istənilən şəxs də onu oxuya bilər, çünki kitab yalnız satışa deyil, uğur qazanmaq metodlarına, prinsiplərinə əsaslanır, hansı ki hər bir kəs onu öz həyatında tətbiq edə bilər. Vaxtın düzgün idarə edilməsi, mükəmməllik, öz sahəniz peşəkarı olmaq kimi müxtəlif məsələlər burada öz əksini tapıb. Hər bir kəsə oxumağı tövsiyə edirəm.
Satış ulduzu ol
Satış ulduzu olBrian Tracy · Qanun nəşriyyatı · 028 okunma

Okur Takip Önerileri

Tümünü Gör
272 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
"Değirmen" hekayəsi ilə başlayan, hər hissəsində müxtəlif hekayələr olan, 3 hissədən ibarət olan və sonda "Esirler" oyunu ilə bitən bu kitab Sabahattin Alinin ən üstün əsərlərindən biridir. "Değirmen - Esirler" kitabı çağdaş dövrün dərin olan hər bir məsələni əhatə edirdi: Sevgi, şərəf, namus, ədalətsizlik, vicdan, saflıq, kömək, əxlaq, insanlıq, vətən, təmiz və çirkli duyğular və daha nələr, nələr. Və hətta dövrün hüquq sistemi, ədalət sistemi, hüquq-mühafizə orqanlarının fəaliyyəti, rüşvətxorluq bəlası, vəzifədən sui-istifadə, qanunsuz və hüquqazidd əməllər çox incə və dərin şəkildə göstərilir. Hər bir hekayəsi haqqında məlumat verərək spoiler vermək istəmirəm, amma mütləq oxuyun deyirəm. Hətta Sabahattin Alinin bütün kitablarını oxumağı tövsiyə edirəm.
Değirmen - Esirler
Değirmen - EsirlerSabahattin Ali · Martı Yayınları · 2020113 okunma
171 syf.
10/10 puan verdi
·
3 günde okudu
"Bana seni seviyorum deme, sev" kitabı duyğulara və düşüncələrə əsaslanan bir kitabdır. Bu kitabı oxuduğum zaman əsl sevginin nə olduğunu, necə olmalı olduğunu təkrar gördüm. Əslində ən çox da qəlbiqırıq olan şəxslərin oxumalı olduğu kitabdır. Kitabdan hər cümləni alıntı olaraq paylaşmaq olar. Çox dərin və güclü hisslərlə yazılmış bu kitab bəzi insanlar üçün xoşbəxtliyi, bəzi insanlar üçün kədəri, bəzi insanlar üçün isə vicdan əzabını hiss etdirə bilər. Hamıya oxumağı tövsiyə edə bilərəm.
Bana Seni Seviyorum Deme Sev
Bana Seni Seviyorum Deme SevMiraç Çağrı Aktaş · Olimpos yayınları · 20142,504 okunma
Reklam
208 syf.
9/10 puan verdi
·
Beğendi
Kitabın mövzusu satış işi ilə bağlı mühüm məqamları əhatə edir. Ancaq sadəcə satışı deyil, eyni zamanda şəxsi inkişafı da əhatə edir. Bu kitabı yalnız satış işi ilə məşğul olanlar üçün deyil, eyni zamanda insan psixologiyası ilə məşğul olan və nitq qabiliyyətini inkişaf etdirmək istəyənlər üçün də əlavə olaraq tövsiyə edə bilərəm. Kitab satışı ilə bağlı mühüm məsələləri öyrədir, həmçinin insan davranışlarının əsasları, psixoloji taktikalar, insanlarla münasibətdə davranış üslubu və nitq qabiliyyətini inkişaf etdirəcək tərzdə yazılıb.
Satış Etmək Sənəti
Satış Etmək SənətiBrian Tracy · Qanun Nəşriyyatı · 010 okunma