Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fidan V

Fidan V
@fidanvaqif
Baku
3 okur puanı
Nisan 2023 tarihinde katıldı
Çərənçi insanın nitqi xırdavat dükanına oxşayır, orada ucuz qiymətə hər şey tapmaq mümkündür. Sözlərinin qiymətini bilən insanın nitqi isə zərgər dükanı kimidir – satdıqları az olsa da, qiymətlidir. Çalış, sözlərini ucuz satma…
Reklam
Ancaq səninlə, az da olsa, həmrəyəm: həyatın mənası yoxdur. Daha doğrusu, həyatın standart mənası yoxdur. Sən nə məna versən, həyatın da o mənaya bürünəcək. Həyatı çılpaq vücuda bənzədə bilərsən; rəngbərəng və fərqli paltarlar vücuda fərqli görünüş verdiyi kimi, həyatına gətirəcəyin fərqli mənalar da onun istiqamətini və keyfiyyətini dəyişə bilər.
Bugünkü həyatımız beynimizə keçmişdə əkilən düşüncə toxumlarının məhsuludur. Məhsuldan narazı qalmaq istəmiriksə, vaxtında düzgün toxum səpməliyik. Çünki qanqal toxumundan qızılgül cücərmədiyi kimi, mənfi düşüncələrdən də xoşbəxt həyat yaranmaz.

Okur Takip Önerileri

Tümünü Gör
356 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Dan Ulduzu
Dan UlduzuElçin Əzimli
8.9/10 · 78 okunma
Reklam
Sən heç meşənin səsinə qulaq asmısanmı? Mən sənə bulaqların şırıltısından, həşəratların cırıltısından, ya da ki quşların cəh-cəhindən danışmıram – bu onların öz səsidir. Gözlərini yumub diqqətlə qulaq kəsilsən, bütün meşənin ahəng içərisində budaqlarını sağa-sola yelləyərək zümzümə etdiyini eşidərsən. Bəlkə də, o zümzümə etmir, sadəcə, nəfəs alır. Ancaq onun nəfəs almağı belə nəğmə kimi səslənir.
Vücudən insana bənzəsə də, onu ruhən insan saymaq olmazdı artıq. İçində ruh daşıyanlar bu qədər ağrının, acının qarşısında necə əylənə bilərdilər axı?
Həyat ikiqanadlı bir quşa bənzəyir; bir qanadı sevincdir, o biri qanadı isə kədər. Yaşamaq üçün hər iki qanadı da çırpmaq lazımdır. Həyat quşu tək qanadla uça bilməz.
Eşq atəşdir, həsrət isə külək. Həsrət gücləndikcə eşq daha çox yandırar.
388 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
"Çağrı" tarixi roman həvəskarları üçün əsl tapıntıdır. Onu oxuyarkən orta əsrlərin sirli-sehirli dünyasında xəyali olaraq səyahət etdim. Bu kitab vasitəsi ilə Şərqin Fəridəddin Əttar kimi dahisini, Cəlaləddin Xarəzmşah kimi qəhrəmanını kəşf etdiyim üçün özümü xoşbəxt sayıram. Kitabın hekayə dili çox zəngindir, yormayan və könül oxşayan üslübu var. Hadisələrin gözlənilməz seyri sizi daim həyəcan və xoş gərginlikdə saxlayır. Oxuyarkən durmadan sətirlərinin altını cızacağınız və nə zamansa yenidən ona geri qayıdacağınız bir kitabdır. Oxuyub bitirdim və xoş dadı damağımda qaldı. Bu kitab bitsə də, onun sətirləri uzun müddət beynimdə dolaşıb duracaq.
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202357 okunma
Reklam
293 syf.
10/10 puan verdi
·
Beğendi
Must read kitablardan
Bəyəndim, ancaq ağır kitab idi. Uzun zaman bu kitabın təsiri altında qaldım. Bu kitab reallıqla arzuların toqquşmasında ortaya çıxan acı həqiqətdən bəhs edir. Sadəcə beyninizlə deyil, eyni zamanda ruhunuzla oxumaq istəyəcəyiniz bir kitab oxumaq istəyirsinizsə, mütləq "Arzu tramvayı"na müraciət edin!
Arzu Tramvayı
Arzu TramvayıTennessee Williams · İmge Kitabevi · 2018370 okunma