Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

388 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
"Çağrı" tarixi roman həvəskarları üçün əsl tapıntıdır. Onu oxuyarkən orta əsrlərin sirli-sehirli dünyasında xəyali olaraq səyahət etdim. Bu kitab vasitəsi ilə Şərqin Fəridəddin Əttar kimi dahisini, Cəlaləddin Xarəzmşah kimi qəhrəmanını kəşf etdiyim üçün özümü xoşbəxt sayıram. Kitabın hekayə dili çox zəngindir, yormayan və könül oxşayan üslübu var. Hadisələrin gözlənilməz seyri sizi daim həyəcan və xoş gərginlikdə saxlayır. Oxuyarkən durmadan sətirlərinin altını cızacağınız və nə zamansa yenidən ona geri qayıdacağınız bir kitabdır. Oxuyub bitirdim və xoş dadı damağımda qaldı. Bu kitab bitsə də, onun sətirləri uzun müddət beynimdə dolaşıb duracaq.
Çağrı
ÇağrıElçin Əzimli · Teas Press · 202358 okunma
·
94 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.