Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

192 syf.
10/10 puan verdi
Ah Peçorin, hüzünlü kekim :,)
Axşamınız xeyirli olsun, mütaliəçilər. Necə bir giriş edəcəyimi bilmirəm, amma kitabı çox bəyəndiyimi deməklə başlayım. Oxumağı yadırğadığım, demək olar ki, heç bir kitabın məni bütünlüklə cəlb edə bilmədiyi bir ruh halında ikən, bu kitab məni oyatdı, özümə gətirdi. İçimdəki Peçorini kəşf etdirdi. Kimdir bu Peçorin? Çoxlarına görə anti-qəhrəman Peçorin. Kitabın sonunda haqqında heç də müsbət şeylərin yazılmadığı Peçorin. Bəs niyə? Həyatı vecinə almayan, sevgi münasibətlərinə rişxəndlə baxan, duyğulardan bixəbər, zövq üçün pislik edən biri adlandırılır. Məncə, Lermontov müsbət və ya mənfi bir obraz yaratmayıb. Əksinə, mənim üçün dürüst bir obraz idi Peçorin. Ətrafdakı hamı kimi olmayan, iç dünyalarını gördükdən sonra insanlardan uzaqlaşan biri idi o. Düşünürəm ki, bu kitab bizə içimizdəki Peçorini tanışdırır. Cəmiyyətdən uzaqlaşan, duyğulardan "məhrum"... Bəlkə də, buna görə narahat edir bizi Peçorin. Əsər bir zamanlar Peçorinin dostu olan Maksim Maksimıçın xatirələri ilə başlayır. Sonradan 'Peçorinin məktubları' adlı hissələrdə isə yazıçı bizi əsas qəhrəmanla baş-başa qoyur. Oxuyun, tanıyın Peçorini, duyğusuz deyin ona, mərhəmətsiz deyin, istər sevin, istər danlayın Peçorini, amma başa düşün Peçorini. Tövsiyə üçün təşəkkürlər, təşəkkürlər
Zamanımızın Bir Kahramanı
Zamanımızın Bir KahramanıMihail Yuryeviç Lermontov · Can Yayınları · 20184,470 okunma
·
123 görüntüleme
Nübar okurunun profil resmi
Konu seçimləri bərbaddır, ümumiyyətlə, incələmələrdə. Bu necə güncəlləmədir anlamıram😑
şəhanə okurunun profil resmi
İncələmən möhtəşəm😻Bu kitabı məndə oxumaq istəyirəm amma pdf formasın tapmadım.😑
Nübar okurunun profil resmi
Təşəkkür edirəm 🤗 Türkcə var məndə pdf, ataram qrupa istəsən☺️
1 sonraki yanıtı göster
Kamran İsazade okurunun profil resmi
Mükəmməl. Ən az kitab qədər mükəmməl bir təhlil oldu. Ümid edirəm ki, kitabın oxuyucuları və içindəki Peçorini kəşf edənlərin sayı artar. ☺️
Nübar okurunun profil resmi
Bəyənməyinə sevindim, necə ifadə edəcəyimi bilmirdim, əslində. Bacardığım qədər spoiler verməməyə çalışdım, məni Peçorin haqqındakı mənfi fikirlər narahat etdi nəsə. Mən də ümid edirəm 😊
4 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.