Gönderi

147 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Muhamməd Peyğəmbərin ilk öncə iki oğlu dünyaya gəlir bu uşağlar çox çekmir ki,xəstələnib ölür.Bilirik ki,Peyğəmbər doğulanda atası,az yaşında isə anası dünyadan köçmüşdür.Beləcə Muhammədin (s) Xanım Xədicəylə izdivacından artığ oğlan dünyaya gəlmir və yeganə dünyaya göz açır Fatimə bint Muhamməd.Münafiqlər Peyğəmbərə tənə edir "sən Əbtərsən"(nəsli kesilmiş)bu vaxt ayə nazil olur-"1.Həqiqətən biz sənə Kövsər əta etdik.2.Odurki Rəbbinə itaət et və namaz qıl.3.Həqiqətən sənin düşməninin özü sonsuz və nəsli kesilmişdir."Həmin Fatimə ki,Kərbubəla şəhidi Hüseyni,Yezidin saraynı titrədən Zeynəbi dünyaya gətirəcəkdir.Fatimənin ləqəbi "ümmü-əbiha"(atanın anası) idi.Niyə atanın anası?Muhamməd Xanım Xədicədən sonra tek qaldı.Peyğəmbər ilk dəfə islamı təbliğ edəndə çox əziyyet çekirdi.Hətda bir dəfə Peyğəmbər mesciddə namaz qılarkən onun başına heyvan iç-çalatı tökürlər,Fatimə tez özünü ora çatdırıb atasının üz gözünü təmizləyir.Peyğəmbər Əbu Talib dərəsinə salınanda orda ac və susuz qalır bu günlərdə də Fatimə atasını tek qoymur.O heç vaxt atasını tək qoyub getmək istəmirdi.Atasıyla birlikdə mescidə gedərdi,onu həmişə müdafiə edərdi,yaralarını sarardı.Bu kiçik qızı hələ qabağda çox bəlalar gözləyirdi hələ nələrə dözməliydi.Fatimə (s) Peyğəmbərin əmisi oğlu Əli ilə izdivac edir.Niyə Əli?Peyğəmbərin ata-babaları pak bir nəsildən gəlirdi.Atası Abdullah babası Əbdülmütəllib Ərəbin sayılıb seçilən Cahiliyyət dövrünün,zəmanəsinin üstün şəxslərindən idi.Bu nəsil İsmayıla,İbrahimə,İsaya gedib çatırdı.Diqqət etsək görərik ki,bu nəsil ancağ pak bir xətt üzrə gəlib.Demək Peyğəmbərin qızı helə bir bəylə izdivac etməliydiki bu pak nəsil davam etsin.Bunun üçün ən üstün şəxs Əli (ə) idi.Əli uşağ yaşlarından Peyğəmbərin yanında böyüymüşdü ona ilk iman gətirən şəxs idi.Əli cavanlığını və ən yaxşı dövürlərini Peyğəmbərlə birlikdə ibadət edib elm öyrənərək keçirtmişdi.Bu xalis və saf nəsli davam etdirəcək bir şəxs mütləq ki,yaxşı təlim görməliydi.Bu izdivacdan ilk öncə Həsən sonra Hüseyin ardıycan Zeynəb və ümmükürsüm dünyaya gəlir.Peyğəmbərin Həsən və Hüseyinə xüsusi məhəbbəti var idi.Onlarla oynuyub əzizləyərdi,onlara acığlanmazdı.Hardan idi Fatimə övladlarına qarşı bu qədər sevgi?Peyğəmbərin bütün oğlan övladları dünyadan südəmər olan vaxt köçmüşdü.Bu uşağlar Əlidən sonra Peyğəmbər nəslinin davamçıları idi.O pak nəslin davamçıları.Həsən və Hüseyin Peyğəmbərin isti xqnavazişiylə böyüdü.Bu günlərdə Fatimə (s) hələdə çetin günlər yaşayırdı,Əlinin ailəsi yoxsulluğda əziyyet çekirdi bu uşağlara baxmağ,Peyğəmbəri müdafiə eləmek ümmü-əbiha ləqəbinə sadiq olmaq bunların hamısı cismən kiçik, ancağ böyük ruhiyyəli xanımın üzərində idi.Vaxt vədə yetişdi Peyğəmbər dünyadan köçdü və bununlada Xanımın daha çetin günləri başladı.Əlinin başı Muhammədin (s) qüsl və dəfninə qarışmışdı,Fatimə uşağları skitləşdiridi.Müsəlmanlar isə öz aralarında Peyğəmbərdən sonra canişin seçirdilər.Qədirxum hadisəsini isə heçkəs yadına salmırdı.Nə baş verdi Qədirxumda axrıncı həcc ziyarətindən qayıdan Peyğəmbər ölümündən 2 ay əvvəl Xum səharasında karvanı saxladarağ Əlinin (ə) əlini qaldırır və vilayətə rəhbər seçir,möminlərə əmr seçilir.Başı Peyğəmbərə qarışan Əlinin (ə) haqqı qəsb olunur və bu vəzifəyə Əbubəkr gəlir.Ən böyük zərbə Peyğəmbər qızına deyir atasının ölümündən sonra ikinci zərbə Ərinin haqqı qəsb olunur.Hakimiyyətə gələn qəsbkarlar ilk öncə Peyğəmbərin Fatiməyə bəxş etdiyi bağı müsadirə edir və Peyğəmbər ailəsi yoxsullaşır.Əbu Talib dərəsində Xədicə,Muhamməd və övladlarının çekdiyi əziyyet bu günlər Peyğəmbər evində Əli,Fatimə və övladları çekir.Nə imtahandı belə?Allahın Rəsulu üzü ağ çıxdı növbə möminlərin əmirindədir.Əli evinə çekilib Quranı toplamağla məşğul olur hərkəs bir yana gedir,Bilal Həbəşistana və.s.Fatimə susmur Fədək bağları böyük olmasada zalım hakimiyyətin əlində olduğu üçün böyük idi.(Xanım Zəhranın Fədək xetbəsini oxuyun.).Bir gecə gözləri dönmüş münafiqlər Xəttabın oğlu ömər və bir neçə şəxs Peyğəmbər evinə od vurur,Peyğəmbərin canının yarısını,Quranın ayəsini,Peyğəmbər nəslinin davamçısını qapı dalında  qoyurlar,övladı bətnində ölür.Əli məzlum qaldı Peyğəmbər evi yandırıldı.Bir zamanlar Peyğəmbərin ziyarət edib nurlandırdığı və nuru tükənməyən evə sükut çökdü."Fatiməni sevən məni sevir,Fatiməni qəzəbləndirən məni qəzəbləndirir" Rəsulallahın bu sözləri qorxutmadı münafiqləri...
Fatıma Fatımadır
Fatıma FatımadırAli Şeriati · Dünya Yayıncılık · 20061,262 okunma
·
67 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.