Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

352 syf.
10/10 puan verdi
·
Beğendi
·
34 saatte okudu
"Bəzi şeylər var ki artıq bu dünyada olmayanlardan başqa heç kimə danışa bilmərəm." Laurel hər zaman böyük bacısının qolları altında qorunurdu. Həyatları mükəmməl olmasada valideynlərindən çox onlar bir birlərini qorumağa çalışırdılar. Lakin bir gün ikisi birlikdə getdikləri film gecəsindən sadəcə Laurel sağ qayıtdı. May'ın başına nə gəldiyini sadəcə o bilirdi. Və bildiklərini isə heç kimə danışa bilməyib özü öz içində mübarizə aparır. Bir gün ingilis dili müəllimləri bir tapşırıq verir. Ölü birisinə məktub yazın. Biz kitab boyu Laurelin həyatında olan hər şeyi ölülərə yazdığı məktublardan oxuyuruq. Kitabı mənim üçün çox özəl hala gətirən şeylərdən biridə məktubların, Nirvan deyən kimi ağla gələn Kurt Cobain'a, The Doors'un yaradıcısı Jim Marrison'a, Jonis Joplin'ə, Amy Winehouse'a kimi bir sıra çıx özəl insanlara yazılması idi. Kitabın içərisində bir sıra çox çox mükəmməl mahnılar qeyd olunub. Bu da çox mükəmməl bir playlist hazırlamaq mənasına gəlir Laurelin hekayəsini çox sevdim, onun hissetdiklərini Ava'nın qələmi sayəsində tam hiss etdim və bu kitabı daha da özəl etdi. Sonlara doğru çox ağladım... Kitaba 10/10 verdim. Çox rahatlıqla tövsiyyə edəcəyim bir kitab oldu. Çox heyifki belə özəl bir kitab o qədərdə çox oxunmuyub.
Postacı Kapıyı Çalmayacak
Postacı Kapıyı ÇalmayacakAva Dellaira · Martı Yayınları · 20142,503 okunma
·
11 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.