Gönderi

Fikir azadlığı haqqında düşünürdüm, belə ki fikrimizi ifadə etməkdə məhdudiyyətlər olsa da, fikirləşməkdə azadıq, başımızın içində nə istəsək düşünə bilərik, heç bir məhdudiyyət , sərhəd yoxdur, hə? Amma əslində o iş tam olaraq elə deyil. Düşüncə azadlığımız , haqqımız təmin olunmur, "çəpərlənmələrə" məruz qalırıq, əksi olsaydı çox fərqli sistemdə yaşayırdıq . Bu çəpərləmələrin bir neçə təməli var. İlk olaraq təhsil, təhsilsizlik desəm daha çox yerinə düşər. Demokratiya əlaqəsi olmayan qüvvələr öz hakimiyyətlərini təmin və davam etdirməkdən ötrü təhsili öz istədiyi kimi istifadə edərlər, bu necəmi edilir? Təbii ki təhsili geri plana ataraq , lazım olan vəsaiti ayırmayaraq, əzbərçi sistemi fikirləşəbilən, təhlil və tənqid edə bilən insanı yetişdirəcək sistemdən üstün tutaraq, doğru dünyəvi təhsildənsə , insanları dinə yönləndirərək. Təhsilsizlikdən sonra digər təməl informasiya və məlumat alma vasitələrindəki sərhədlərdir. Deyə bilərsiniz ki nə sərhəd , internet, informasiya dövründəyik, hər şey iki barmağımızın altındadır. O iş də bir az fərqlidir . Təbii ki, internet də hər cür düşüncəni təmin edəcək məlumatlar var, lakin insanların ağlına bu gəlirmi, insanlarda buna həvəs, istək varmı ? Ümumiyyətlə belə bir şey edə biləcəyi ağlına gəlirmi? Burda günah həmin insandadırmı? Qətiyyən , o gözünü açandan təhsilsizlik, senzuralı informasiya sayəsində əks tərəfə yönləndirilir, beyni itilənməkdənsə kodlaşdırılır. Ölkənin hər yerində hər kəsin asanlıqla istifadə edə bildiyi informasiya mənbəyi televiziyadır, onun isə vəziyyəti ortadadır, heç bir çeşitlilik yoxdur, hamısı bir ağızdan eyni şeyləri deyir , onu izləyənin nəsə müxalif fikir olacağı ağlına gəlmir, interneti istifadə edənlər daha azad olsa da ilk əvvəl gərək idealı kanallarımızla eyni olan milli saytlar yığınını keçə. Təhsilsizlik , məlumatsızlıq qeyd olundu, indi mentalitet vurğulanmasa haqsızlıq olar. Tabularla dolu , yeniyə qapalı , cəmiyyət qınağı ilə var olan mentalitet. Bütün bunlar fərdin öz başına fikirləşməyinə, azad fikir yaratmasına əngəl olur. Bunlardan sonra bir insandan necə azad düşünməsini gözləyə bilərik? Belə qabiliyyəti olan insanlar var, ancaq bunlar əsasən hansısa səbəbdən cəmiyyətdən ayrı düşən, əks fikirləşməyə məcbur olan insanlardır. Belə ki, azad vəziyyət yoxdursa azad düşüncə də çətin ola
·
15 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.