Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

583 syf.
9/10 puan verdi
Şarlotta Bronte-Ceyn Eyr Yazardan oxuduğum ilk kitab idi.Bir sözlə möhtəşəm idi.Kitabi oxuduqca Reşit Nuri Güntekinin"Çalkuşu" romanını xatırladırdı.Mənim üçün Fəridənin həyatı ilə Ceynin həyatında oxşarlıqlar vardı.Məndən başqa kimsə bunu hiss etdi mi? Ceyn Eyr körpə ikən valideynləri vəfat edir.Və bu balacanı dayısı öz himayəsinə götürür.Lakin illər sonra dayı vəfat edir,son istəyində isə həyat yoldaşına Ceyn Eyrə baxmağı tapşırır.Ceyn Eyrin dayısı arvadı onu öz evində saxlasada,amma gün üzü göstərmir.Və onu yetimxanaya göndərir.Qiz ilk günlər burda çox sıxılır,amma onun təhsil almasında kömək olur. Beləliklə Ceyn mürəbbiyə olur,hətta yetimxanada da iki il müəllimlik edir. Amma burda çox qalmaq istəmir, qəzetə elan verərək özünə iş axtarır.Tezliklə Ceynə məktub gəlir. On yaşlı bir qızın tərbiyəsi ilə məşğul olmaq təklif olunur.Ceyn bu təklifi qəbul edir və qıza mürəbbiyəlik etmək üçün həmin malikanəyə gedir.Lakin günlər keçdikcə burda qəribə hadisələr baş verir, evdən qəribə səslər gəlir və qəribə hadisələr baş verir. Bununla yanaşı Ceyn ev sahibinə aşıq olur. Lakin gözlənmədik hadisələr baş verir. O indi seçim qarşısındadı.Çox sevdiyi ev sahibini seçməli yoxsa öz yoluna davam etməlidi? Bunu kitabı oxuduqdan sonra biləcəksiz... Hər kəsə şiddətlə tövsiyə edirəm
Ceyn Eyr
Ceyn EyrCharlotte Brontë · Qanun Nəşriyyatı və Əli və Nino Nəşriyyatı · 201331,2bin okunma
·
40 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.