Gönderi

544 syf.
9/10 puan verdi
·
Beğendi
"Bir dəfə öz içindəki insanı anlamağa qadir olan insan, bu dünyada olan bütün insanları anlamağa qadirdir". Stefan Zweig'in obrazlarının psixologiyası və daxili aləmini professionallıqla təsvir bacarığının açıqca səbəbi olan ifadə olduğunu düşünürəm "Amazing Night"da yer alan bu alıntının. Öz daxili aləmini fərqli-fərqli obrazlarda təsvir edərək əslində dünyadakı bir çox insanın da duyğularına tərcüməçi olmuşdur. Stefan Zwieg 1881-1942 ci illərdə yaşamış və təəssüflər olsunki öz həyatına intiharla son vermişdir. Bu, bəlkə də onda sevmədiyim nadir xüsusiyyətlərdən biridir. Çünki intiharın heç bir zaman çıxış yolu olmadığını düşünmüşəm. "The Theory of Everthing" filmində də deyildiyi kimi "While there's life ,there's hope :)". Buna baxmayaraq intihar tərzindən təsirlənmədim də deyil açığı. II Dünya Müharibəsi ərzində yaşadıqlarından təsirlənən , öz duyğuları və düşüncələri altında parçalanan Zweig, alman şair olan Kleist'in həyat yoldaşı ilə birgə güllə vasitəsilə intiharından təsirlənmiş və o da öz xanımı Lotte ilə bənzər bir taleyi paylaşmaq istəmişdir. Və nəticə olaraq cütlük bir yerdə son və əbədi bir yuxuya dalmışdır. Bu məlumatın nə dərəcə düz olub olmadığını bilməsəmdə, deyilənə görə Zweig cütlüyünün ölümünə səbəb olan müharibənin baş rol iştirakçısı Hitler də, nazilərin məğlubiyyətindən sonra öz həyat yoldaşı ilə birlikdə intihar etmiş və bununla tarix bir növ öz təkrarını göstərmişdir. Əsərlərinə gəldikdə isə qısa və öz sözün necə demək lazım olduğunun bariz nümunəsidir Stefan Zweig. Əsərləri, həcmlərinin böyük olmamağına görə rahat oxunaqlı, digər tərəfdən də düşüncə tərzi və duyğusallıq baxımından uzun müddətli, yavaş-yavaş oxumaq istədiyiniz tərzdədir deyə düşünürəm. Ən azından mənim üçün belədir. Əsərləriylə sizə parlaq zəkanın nə demək olduğunu, insanın öz daxili aləmində nə dərəcə təzadlar yarana biləcəyini və əslində daim onunla mübarizə aparmağını, başqa insanlara qarşı hisslərimizin nə dərəcə dərin ola biləcəyini rahatlıqla göstərə bilən bir tərzinin olduğunu düşünürəm. Sözlər bəzən hissləri ifadə etməkdə çarəsiz qalır, amma Stefan Zweig'in əlində yox :D Əgər keçmiş yazıçılardan biriylə canlı danışmaq fürsəti yaransaydı, mənim seçimim şüphəsiz Stefan Zweig olardı. Qarşında sənin danışdıqlarının ən incə detalına qədər anlayacağını bildiyin birinin oturmasının tərif olunmaz bir hiss olduğunu düşünürəm və heç şüphəsiz bu hadisənin özünəməxsus bir cazibəsi var. Sevdiyim filmlərdən olan "Before" trilogiyasının "Before Sunrise" filmində də deyildiyi kimi, "Əgər bu dünyada sehr varsa bu insanların bir-birini anlamaq və nəyisə paylaşmaq cəhdində olmalıdır". Və öz kitablarıyla əslində oxucularıyla qarşılıqlı söhbət edə bilən Stefan Zweig də şüphəsiz bu sehri ən professional şəkildə istifadə edə bilən sayılı insanlardandır. Hər nə qədər insanlar onu tam olaraq anlamasa da :") "Bir vaxtlar içimin nə qədər ölü olduğunu əsla bilmədilər. İndi necə çiçəkləndiyimi də heç vaxt anlamayacaqlar..."
Stefan Zweig
Stefan Zweig
Stefan Zweig - Seçme Eserleri
Stefan Zweig - Seçme EserleriStefan Zweig · Yakamoz Yayınları · 2018950 okunma
·
656 görüntüleme
İnci Zadə okurunun profil resmi
Bu şərh Zweig'in əsərləri ilə bağlı qarşılaşdığım ən doğru-düzgün, necə deyərlər, "insanın ürəyindəki tikanı çıxaran", həmçinin elə yazıçının üslubuna bənzər şəkildə - uzun olmasa da, qısa və öz şərhlərdən biri oldu. Bəli, Zweig çətin, fəlsəfi dildə yazmır, buna baxmayaraq, dili ilk baxışda axıcı, tez oxunacaqmış kimi görünsə də, bu görünüş aldadıcıdır, çünki cümlələrində bolca duyğu, hiss var və onları həzm etmək zaman istəyir. Buna görə də kitab oxumağa yeni başlayan bir çox oxucu Zweig'in əsərlərini qısa və axıcı sanıb yanılğıya düşür, ancaq diqqətli olmaq gərəkdir. Yazıçının həyatıyla bağlı bir çox məqamı şaxələndirməyiniz və bağlar qurmağınız da çox uğurlu alınıb bu arada. Həqiqətən, tarix özünü dəfələrlə təkrarlayıb. Son olaraq, çox təşəkkürlər. Sevərək oxudum bu şərhi, əllərinizə sağlıq🌿
Waterlily okurunun profil resmi
Vaxtınızı ayırdığınız üçün mən təşəkkür edirəm, bəyənməyinizə çox sevindim💎
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.